QUZU

Yumoristik hekayə

 

Nemət Bəxtiyar.

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

 

Həsənov ikinci il idi ki, tələbə həyatı yaşayırdı. Ona hər ay evin kirayə haqqını göndərirdilər, hələ pay bağlaması da əskik olmaz, nehrə yağı, motal pendiri, bal yaddan çıxmazdı...

Bir dəfə qonşunun oğlu Həsənovu səslədi:

- Ay qonşu, təzə hind filmi gəlibdir, bəlkə birlikdə gedək kinoya baxaq?

Səhərisi, hələ maraqlı hind filminin təsiri altında olan

Həsənov qonşunun oğlunu səslədi:

- Bəlkə bu gün gedək filmə baxmağa...

Həmişə tezdən yuxudan qalxan Həsənov bu gün yatıb qalmışdı. saat ona işləyirdi. Tez, tələsik yerindən qalxdı, məktəbə qaçdı. Məktəbdə dərslər başlamışdı, ikinci dərsə çatdı. Müəllim gecikmənin səbəbini soruşdu. Xəbərdarlıq etdi ki, birdə gecikməsin.

Siyasi iqtisad müəllimi Həsənova işarə edərək:

- Həsənov, pul, əmtəə nədir, bu barədə bilirsən. Görkəmli şəxsiyyətlər bu barədə demişdilər? - dedi.

- Müəllim, pul yaxşı şeydi, olsa daha yaxşı olar, adamın kefi kök yaşayar.

- Həsənov yaxşı hazırlaş, suallara cavab verməsən qiymət almayacaqsan...

- Müəllim, çalışaram qiymət alım.

- Həsənov, qiymətin almağın yolları var, ya gərək oxuyasan, yadakı, gərək...

Həsənov, dərsdən sonra işlə məşğul olursan? Get otur kitabxanada, Marksın, Engelsin, Leninin əsərlərini qoy qabağına oxu, ondan sonra sənə qiymət yazaram.

Torpaqşünaslıq, əkinçilik, mexanika, elektrik, xəstəliklər, haqqında fənn müəllimləri Həsənovdan çox narazı idilər. Onlarda xəbərdarlıq etdilər ki, Həsənov dərslərini oxumasan, hazırlaşmasan imtahanlardan keçə bilməyəcəksən - demişdilər.

Həsənov sinifkoma yaxınlaşdı,müəllimlərin ona qiymət yazmasına kömək etməsini xahiş etdi. Söz verdi ki, həmin müəllimlərin ünvanlarına rayondan onlar sovqat gətirəcəkdir.

Həsənov icazə alıb rayona getdi.

Atası soruşdu:

- Ay oğul, xeyir ola, bu vaxtı? Məktəbdə dərslərin necə gedir?

- Hər şey yaxşıdı, öz qaydasında gedir. Ancaq ayın onunda mənim ad günümdü, tələbə yoldaşlarımla birlikdə ad günümü qeyd edəcəyik, ona görədə bir quzu lazımdır, aparım...

Həsənov əliboş qayıtmamışdı, quzunu kirayə qaldığı evin həyətinə gətirdi. Səhərisi quzunu müəllimin ünvanına apardı, darvazanı döydü, müəllim ikinci mərtəbədə eyvana çıxdı, Həsənovu görcək:

- Həsənov xoş gəlmisən, gətirdin əmanəti? - deyib evə keçdi.

Həsənov quzunun qapıdakı ağaca bağladı darvazanı açıq qoyub kücəyə çıxdı. Bir az keçdikdən sonra arxaya döndü, həyətdə sakitlik idi. Ehtiyyatla quzuya yaxınlaşdı,quzu onu görəndə mələdi, cibindən bıçağı çıxardı quzunu bağladığı ipi kəsdi. Quzunu qoltuğuna vurub həyətdən çıxdı darvazanın qapısını açıq qoyub getdi.

Həsənov səhər yenə həmin quzunu söz verdiyi o birisi müəllimin ünvanına apardı.

Həsənov ev sahibini səslədi. Müəllim Həsənova əli dolu gəldiyinə görə "xoşgəldin" elədi.

Həsənov adəti üzrə cibindən ipi çıxarıb quzunu qapıdakı ağaca bağladı, müəllim Həsənovu evə dəvət elədi. O isə razılıq əlaməti olaraq tələsdiyini bildirdi. Yenə darvazanın qapısını açıq qoyub küçəyə çıxdı. Xeyli keçəndən sonra arxaya döndü həyətdə sakitlik idi,o yenə quzunun ipini bıçaqla kəsdi quzunu qucağına alıb qapıdan cıxdı. Quzu istədi ki, mələsin Həsənov tez quzunun ağzını əli ilə bağladı. Küçənin tinindəki maşına oturub uzaqlaşdı.

Həsənov quzunu üçüncü dəfə, üçüncü müəllimin ünvanına beləcə gətirib sonra da özüylə apardı.

Bazar günü tələbə yoldaşlarına söz vermişdi ki, ad günündə quzu kabab olacaqdı.

Tələbə yoldaşları, hələ sinifkomda gəlmişdi, Həsənovun ad günü çox təmtəraqlı bir şəraitdə, restoranda keçirildi. Yemək-içməkdə öz qaydasında idi. Dostları Həsənovun sağlığına çoxlu xoş sözlər dedilər. Həftənin birinci günü Həsənov məktəbə gəldi. Tənəffüsdə siyasi iqtisadiyyat müəllimi Həsənovu yanına çağırdı və dedi:

- Həsənov, çox sağol quzunu gətirdin, iplə ağaca bağladın, sonra da çıxıb getdin, qapı açıq qalıb, quzu çıxıb gedibdi, o yer qalmadı ki, axtarmayaq, quzu yoxa çıxdı.

Xeyli keçəndən sonra o biri müəllimlər də Həsənova əhvalatı açıb-ağartmaq istəmədilər... sakitcə Həsənova bldirdilər ki, bəs Həsənov gətirdiyin quzu yoxa çıxıbdı...

Sinifkom bu işdən xəbər tutdu və Həsənovu yanına çağırdı, xəlvəti ondan soruşdu:

- Həsənov rayondan gələndə neçə quzu gətirmişdin?

Həsənov qayıtdı ki.

- Elə o qədər!

 

Ədalət.-2016.-22 iyun.-S.4.