GÖYÇAY: MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİ

 

 (əvvəli ötən saylarımızda)

 

Rayon əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsi başa çatdırılmış, şəhər əhalisinə, müəssisə və təşkilatlara yeni su mənbəyindən içməli su verilməsinə başlanılmışdır. Layihə çərçivəsində müxtəlif diametrli 160,5 km. uzunluğunda su xətləri, 131,2 km. kanalizasiya xətləri çəkilmiş, 5 subartezian quyusu qazılmış, ümumi tutumu 7 min kub metr olan 5 su ambarı tikilmişdir. Abonentlərə 10210 ədəd su sayğacı quraşdırılmışdır. Ötən il Yeniarx, Bığır, Mirzəhüseynli, Türkmən və Alpout kəndlərində modul tipli su təmizləyici qurğular istifadəyə verilmişdir. Hazırda Qəbələ-Müskürlü, Mallı-şıxlı, Veysəlli, Şıxəmir, KürdşabanQaraman kəndlərində su təmizləyici qurğuların quraşdırılması işləri aparılır. Yeraltı su mənbəyi olmayan daha 11 kənddə də bu tipli qurğuların quraşdırılması üçün torpaq sahələri seçilmişdir.

Kəndlərin qaz təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüş, hesabat ilində rayonun Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Alxasava və Aşağı Qaraməryəm kəndlərinə təbii qaz verilişi bərpa edilərək rayon üzrə təbii qazla təmin olunan yaşayış məntəqələrin sayı 30-a çatdırılmış, daha 11 kəndə yeni qaz xətləri çəkilişi işlərinə başlanılmışdır. Rayonun təbii qazla təmin olunmayan digər kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır.

Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində əməli tədbirlər görülmüş, Muğanlı-Yevlax avtomagistralının Göyçay rayonu ərazisindən keçən hissəsinin tikintisi başa çatdırılmış, 19,2 km. uzunluğunda Göyçay-Ucar avtomobil yolu əsaslı təmir edilmiş, 5,5 km. uzunluğunda Mallı-şıxlı-Ərəğşahverdi, 5,6 km. uzunluğunda Müskürlü-Qəbələ Müskürlü, 6,8 km. uzunluğunda Qarabaqqal-Hacalıkənd kədlərarası avtomobil yolları inşa edilmişdir. Dövlət Proqramına müvafiq olaraq 2015-ci ildə mərkəzi rayon xəstəxanası əsaslı yenidən qurulmuş, Qızılağac və Alpout kəndlərində həkim məntəqələri inşa edilmişdir.

Hesabat dövründə rayonda uşaq musiqi məktəbi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni bina, şahmat məktəbi, Kənd Təsərrüfatı idarəsi üçün inzibati bina istifadəyə verilmiş, rayon Tədris İstehsalat Mərkəzinin inzibati binası əsaslı yenidənqurulmuşdur.

2015-ci ildə fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 633 daimi yeri açılmışdır. Bütövlükdə 2003-2015-ci illərdə rayonda 11482 yeni yeri açılmışdır ki, bunun da 9438-i və ya 82,2 faizi daimi yerləridir.

Regionların tarazlı və davamlı inkişafı, qeyri-neft sektorunun yüksəlişi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirən Dövlət başçısı İlham Əliyevin ölkədə Milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər Göyçayda da özəl sektorun dinamik inkişafına güclü təkan vermişdir. Yerli sahibkarlar adamları rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsində, əhalini narahat edən problemlərin həllində fəal iştirak edirlər.

2015-ci ildə rayon üzrə sənaye məhsulunun 81,6 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. İnvestorların rayona cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasının nəticəsidir ki, hər il "AzNar" ASC-nin konserv zavoduna, "Göyçay-Süd" ASC-nin süd zavoduna, səhmləri türk adamlarına məxsus kərpic zavoduna, Broyler Quşçuluq fabrikinə yüz minlərlə manat investisiya qoyulur. Keçən il Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən sahibkarların sayı xeyli artmış, 2015-ci ildə 33 sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 1184,8 min manat güzəştli kredit verilmiş, ayrılmış kredit hesabına 70 yeni yeri yaradılmışdır. Rayonda kiçikorta sahibkarlara məsləhət, informasiya və tədris xidmətləri göstərmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Göyçay biznes tədris mərkəzi fəaliyyət göstərir.

2015-ci ildə sahibkarların vəsaiti hesabına bir sıra istehsal, ticarət və xidmət obyektləri inşa edilmişdir. Özəl sektorun inkişafı, maddi imkanlarını artıran vətəndaşlarımızın sayının artması bütün Azərbaycanda olduğu kimi rayonumuzda da sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan orta təbəqənin əhatəsini genişləndirir.

Təhsil, səhiyyə,

mədəniyyət və turizm

 

Hesabat ilində rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrin kollektivəri də öz işlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərmişlər.

Rayon Təhsil şöbəsinin fəaliyyəti 2015-ci ildə fənn kurikulumlarının 7-ci ili vəzifələrinin icrasına yönəldilmişdir.

Hesabat ilində rayon üzrə 57 ümumtəhsil məktəbi, o cümlədən 40 tam orta, 13 ümumi orta və 4 ibtidai məktəb, həmçinin 5 məktəbdənkənar tərbiyə müəssisəsi - o cümlədən Uşaq Gənclər İdman məktəbi, Şahmat məktəbi, Ekoloji Tərbiyə Təcrübə Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərmişdir.

Məlum olduğu kimi ölkədə Təhsil Sektorunun İnkişaf Layihəsi vəzifələri həyata keçirilir. Fənn kurrikulumlarının tətbiqi ilə tədrisdə baş verən dəyişikliklərlə əlaqədar respublikamızda xeyli uğurlu təcrübələr qazanılmışdır. Fənn kurikulumlarının tətbiqindən keçən dövr ərzində 2237, o cümlədən hesabat ilində 419 müəllim treninqlərdən keçərək müvafiq sertifikat almışlar. Fənn kurikulumlarının tətbiqi sahəsində rayon təhsilində əldə edilmiş təcrübə tədris prosesində uğurla tətbiq edilir. Məkəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr siyasətinin düzgün aparılması, təlimdə ən müasir təlim metodlarının tətbiqi kimi aktual məsələlərin həlli üçün daha geniş imkanlar açılır.

Hesabat ilində diqqətdə olan məsələ tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün keçirilən tədbirlərin daha kütləvi təşkilini təmin etmək olmuşdur. Təhsil sistemində "Məktəb icmaları" pilot layihəsi tətbiq edilməyə başlanmışdır. Respublikada 20 kənd rayonu bu müsabiqəyə qoşulmuşdur. Fərəhli haldır ki, Göyçay şəhər 7 saylı tam orta məktəbi həmin layihəyə qoşulan məktəblər sırasındadır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2016.-3 mart.-S.3.