Bir sevən qadının həyat hekayəsi

 

Novella

 

Ueda AKİNARİ

(1734-1809) - Yaponiya

 

(əvvəli ötən şənbə saylarımızda)

 

Ev sahibi dedi: "Sizin sözləinizi eşitmək çox kədərlidi. Çox təəssüf, mənim burda məskunlaşmağım bir il ancaq olar kənddə qabaqlar kimlərin yaşadığını bilmirəm. Bu yerlərin köhnə sakinləri qiyam olan günlərdə buranı tərk etdilər, indikilər başqa yerlərdən gəlib. Doğrudur, kənddə bir qoca var, bildiyimə görə o, köhnədən qalandır. Hərdən onu sizin həyətdə görürəm, mərhumun məzarına da o baxır. Sizin qadınınızın vaxt dünyasını dəyişdiyini o qoca yəqin ki bilir".

Kasusiro soruşdu: "Bəlkə, siz o qocanın harda yaşadığını mənə deyəsiniz?"

"O, bir komada yaşayır, - ev sahibi dedi, - burdan yüz addım dənizə tərəf. Onun əkin yeri var, hər yaz kətan toxumu səpir..."

Kasusiro tələsik koma olan yerə yollandı orada yetmiş yaşlarında bir belibükük qocanın ocaq qırağında həsir kətildə oturub çay içdiyini gördü. Onu görən qoca ilk andaca dedi: "Çox gec qayıtdın". Kasusiro kəndin köhnə sakinlərindən olan qoca Urumanı tanıdı, əvvəl-əvvəl qocaya salamat qaldığına, uzunömürlü olduğuna görə gözaydınlığı verdi, daha sonra paytaxta getməyindən başlayaraq ta dünənki gecədə olanlar da daxil bütün hər şeyi qocaya danışdı. Göz yaşları içində Miyaqini əziyyət çəkib dəfn etdiyinə, bu gün məzara baxdığına görə qocaya təşəkkür etdi.

Qoca dedi: "O ilin yayında sən kənddən gedəndən sonra qalxan qiyamın şiddətindən kim hara gəldi, baş götürüb qaçdı. Cavanları zor gücünə döyüş dəstələrinə aldılar. Sahibsiz qalan əkin yerləri tülkü çaqqalların gecələr ulaşdığı çölü-biyabana döndü. Belə çətin zamanda təkcə sənin sədaqətli qadının payızda qayıdacağına verdiyin vədə ümid bağlayıb evində qaldı. Mən öz evimdə qaldım, ona görə ki, ayaqlarım tutulurdu, yeriyə bilmirdim. Yaşıma görə həyatda çox ürək dağlayan hadisələrin şahidi oldum, amma o, gənc qadının çəkdikləri daha acı kədərli idi. Payız da, qış da keçdi, yaz gəldi, sonra yay on avqustda bu gənc qadın dünyasını dəyişdi. Onun ölümü məni həddindən artıq pərişan etdi. Mən öz əllərimlə məzarını qazdım onu qəbir evinə yendirdim. Bu qadının bir sarı vərəqə yazdığı dünyayla vidalaşmasından bəhs edən şeirini məzarı üstə qoydum. Mən heç vaxt əlimə qələm almamışam, ona görə adını, öldüyü günü, ayı da məzar daşına yaza bilmədim, məbəd burdan uzaqdadı. Şübhə yox ki, ötən gecə bu sədaqətli qadının ruhu sənin yanına gəlib, bütün ötən günləri sənin diqqətinə çatdırmaq istəyib. İndi gedək onun məzarı üstə, sidqi-ürəklə dua edək".

Bunu deyən qoca, əl ağacını özünə söykək eyləyib Kasusironun qabağına düşdü, bərabər məzar olan yerə getdilər. Onlar bütün gecəni dərdləşib qəmləndilər təkrar-təkrar mərhuma duaçı oldular.

Onların yuxusu gəlmirdi qoca bir rəvayət danışdı: "Bu, çox qədimlərdə olub, nəinki babam dünyaya gəlməzdən əvvəl, hətta babamın babasıdan da qabaqlar. Bu kənddə Mama-no Tekona adında çox gözəl bir qız yaşayıb. Kasıb ailədən olan bu qız on dörd gecəlik bədirlənmiş ay qədər gözəlmiş. Deyilənlərə görə o paytaxtın ən bahalı ipək geyimi-kecimi olan işvəkar, cilvəli, qəmzəli xanımlarından da nazənin olub. yalnız kəndin kişiləri deyil, həm paytaxtdan, həm başqa ölkələrdən bu yerlərə gələn ağalar cənablar da ona sevgilərini bildiriblər. Bütün bunlardan o, yalnız məyus olar, əhvalı pozular, qüssələnib qəmlənərmiş. Hamının ona olan məhəbbətinə etinasızcasına yanaşan gözəl qız, bax, o sahilə gəlir özünü dənizə atır. Qədimlərdən bu kədərli, qəmli hal-qəziyyə haqqında insanların qoşduğu nəğmələr bu gün yaşayır. Uşaqlıq illərində anam bu rəvayəti mənə danışanda oqızın taleyi məni çox məyus edərdi. Amma sənin qadınının həyatda çəkdiyi acılar gənc Tekonanın yaşadığından daha əzablı oldu". Qocaların qəlbi çox kövrək olur, o, bunu söylədi ağladı.

Kasusironun kədəri sözə, fikrə sığmırdı. O, qocanı dinləyəndən sonra hiss həyəcanını şeirlərə çevirdi:

 

vaxtsa çox qədimdə

Təkcə o qızı sevərdilər,

Çox şöhrətli Tekonanı-

Mən səni sevən kimi...

 

Qəlb könül çırpıntılarını sözlə ifadə etməyi bacaran adamın qəmi, qüssəsi iki sözü bir-birinə bağlaya bilməyənin kədərindən dəfələrcə yüngüldür. Bütün bunu bu obalara sıx-sıx səfərdə olan bir tüccar nağıl edərdi.

 

Ədalət.-2016.-12 mart.-S.16.