KÜRDƏMİR: ARZULARIN
İŞIĞINDA
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Hər bir il
"Kənd təsərrüfatı ili"...
Məlum olduğu kimi Kürdəmir Şirvanın
ən böyük rayonlarından biridir. Mərkəzi aranda yerləşən Kürdəmiri fərqləndirən
təkcə bu fakt deyil təbii
ki. Nəhəng taxıl kombinatı,
pambıq zavodu, konserv məhsulları, üzüm emalı müəssisələri... və
kənd təsərrüfatının
aparıcı sahələri,
xüsusilə pambıq
tarlaları ilə də məşhur olub Kürdəmir. "Məşhur" sözünü ona görə keçmiş
zamanda işlədirik
ki, birbaşa kənd təsərrüfatı
ilə bağlı olan həmin sahələr indi əvvəlki yükündən,
tutumundan uzaq düşüb. Ancaq nə
yaxşı ki, respublikanın hər yerində olduğu kimi Kürdəmirdə də kənd təsərrüfatının həmin
o "sıxışdırılmış"
sahələri üçün
yollar açılır.
Cənab Prezidentin söylədiyi kimi:
"...Artıq hər
bir il məhz
kənd təsərrüfatı
ilidir, hər bir ili kənd
təsərrüfatı ili
olmalıdır..."
Doğrudan Kürdəmir rayonunda təsərrüfatın ən
vacib və aparıcı sahələri
üçün geniş
imkanlar mövcuddur. Xüsusilə
məşğulluq ənənələrinə
sahiblənən üzümçülük,
pambıqçılıq, bağçılıq... Və deyəsən
bütün bunlar yaxın zamanlarda keçmiş şöhrətin
qayıdışına, yeni
və daha uğurlu formada dönüşünə ciddi
təkan olacaqdır.
...Kürdəmirdə uzun illər boyu arzulanan daha vacib bir məsələnin
də son illər həll olunması - rayon mərkəzinin müasirləşdirilməsi,
sanki bozumtul bir görüntüdən
al-əlvan və işıqlı şəhərə
çevrilməsi də
gələcəyə inamla
baxmağa sövq edir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2015-ci ilin sentyabrında
Kürdəmirə səfəri
zamanı söylənilənlər
bu inkişafın davamlı olduğunu bir daha sübut
etmişdir. Cənab Prezident görülən
işlərdən razı
qalmaqla yanaşı, inkişafın perspektivləri
baxımından daha böyük tədbirlərin
həyata keçiriləcəyini
vurğulamışdır.
Bütün istiqamətlər diqqət
mərkəzindədir
Bu yaxınlarda Kürdəmirdə
2015-ci ilin yekunlarına
həsr olunmuş ümumrayon yığıncağında
da bu məsələlər
diqqət mərkəzində
olmuş, rayonun inkşaf perspektivləri müzakirə edilmişdir. Yığıncaqda
geniş məruzə
ilə çıxış
edən Kürdəmir
Rayon İcra Hakimiyyətinin
başçısı Ceyhun
Cəfərov demişdir:
- Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2015-ci il sentyabr
ayının 17-də rayonumuza
səfəri və aparılan abadlıq və quruculuq işləri ilə şəxsən yaxından
tanış olması
rayonun həyatını
daha da əlamətdar
etmişdir. Bu səfər
zamanı cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək Heydər Əliyev parkında aparılmış
yenidənqurma işləri
ilə yaxından tanış oldu. Daha sonra
Cənab Prezidentimiz əhalinin asudə vaxtının səmərəli
təşkili, dövlət
rəmzlərinin təbliği
məqsədi ilə inşa edilmiş "Bayraq meydanı"nın
və "Bayraq muzeyi"nin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının,
12 min nəfər əhalinin
yaşadığı 13 yaşayış
məntəqəsini birləşdirən
Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Yeni Azərbaycan Partiyasının Kürdəmir
rayon təşkilatının inzibati binasının, Tarix Diyarşünaslıq
Muzeyinin, 624 şagir yerlik Atakişili kənd tam orta məktəbinin və Ağsu-Kürdəmir avtomobil
yolunun açılışlarını
həyata keçirdi.
Cənab
Prezident Mollakənd-Axtaçı-Öyləqulu
avtomobil yolunun açılışı zamanı
bir qrup rayon ictimaiyyətinin nümayəndələri
ilə görüş
keçirtdi. Görüş
zamanı yenidən Kürdəmirdə olduğundan
çox məmnun olduğunu bildirərək
rayonda görülmüş
abadlıq-quruculuq işlərinə
yüksək qiymət
verdi. Rayonumuza
töhfə olaraq cənab prezidentin sərancamı ilə rayonun yaşayış fonduna daxil olan
21 çoxmənzilli yaşayış
binalarının əsaslı
təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait
ayırmış və
həmin işlərin
görülməsinə başlanılmışdır.
Bütün sahələrdə
qazanılmış uğurlar
bir daha sübut edir ki, Ulu Öndər
Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli
inkişaf mərhələsini
yaşayır, dünya
miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir...
...Hesabat ilində Dövlət Proqramına əsasən rayonumuzda nəzərdə tutulmuş
tədbirlər uğurla
həyata keçirilmişdir.
Ümumi daxili məhsul 6,0 faiz artaraq 339 milyon 293 min manat olmuşdur. Ümumi məhsul buraxılışının
72,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən
16,2 fazi sənayedə,
17,7 faizi inşaat kompleksində, 38,3 faizi isə kənd təsərrüfatı sahəsində
olmuşdur. Ümumi məhsul buraxılışının
27,8 faizi isə xidmət sahələrində,
o cümlədən 26,2 faizi
ticarət və ictimai iaşə, 1,4 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində əldə edilmişdir.
Tikinti, quruculuq və abadlıq işləri daha
böyük miqyas alır
2015-ci ildə rayonda
tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə
və meydanlarının
abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirə salınmaz tədbirlər keçirilmişdir. Belə
ki, Heydər Əliyev parkında Heydər Əliyev muzeyinin qarşısındakı
ərazidə beton mozaik tavalar 1406 m2 sahədə qranit plitələrlə əvəz
edilmiş, muzey qarşısındakı klassik
formada quraşdırılmış
fontan qurğusu sökülərək yenidən
yeni üslubda, modern tipli fontan qurğusu
kimi quraşdırılmış,
şəhərin Bakı
prospektində piyada yoluna 580 p/m beton səki düzülmüş,
420 m2 mozaik tavalar qoyulmuşdur. Şəhərin
"Kürdəmir Taxıl"
Açıq Səhmdar
Cəmiyyətinin ərazisindən
"Bayraq meydanı"na
kimi olan məsafədə yolun kənarlarına 5220 p/m beton
səki daşları
düzülmüş, 62 ədəd
2 plafonlu müasir tipli işıq dirəkləri quraşdırılmışdır.
Ərazisi 5,5 ha olan "Bayraq meydanı" kompleksinin, "Bayraq muzeyi"nin və "Gənclər kafesi"nin
fasad hissəsində cəbhə sistemi quraşdırılmış, qarşısına
dəmir şəbəkə
bərkidilmişdir. "Bayraq
meydanı" və
"Bayraq meydanı"ndan
şəhər istiqamətində
salınmış yolun
sağ və sol tərəfində yamaclara
ümumilikdə 6 hektar
sahədə qazon ot bitkisi,
15 mindən çox ağac və gül kolları əkilmişdir.
"Bayraq muzeyi"ndə və "Gənclər kafesi"ndə 2370 m2 sahədə
mərmər və qranit üzlük materialı vurulmuş, tavan alçipanla üzlənmiş, havalanma
sistemi, mebel avadanlıqları və qapıları quraşdırılmış,
işıq sistemi çəkilmiş, iri həcmli kondisionerlər qoyulmuş, daxili divar və kalonlar
oboyla üzlənmiş,
emulsiya ilə rənglənmişdir. "Bayraq meydanı"nın
ərazisində kanalizasiya
xətləri çəkilmiş,
müasir tipli suvarma sistemləri quraşdırılmışdır, "Ala qapı" baş giriş qapısı tikilmiş, ərazidə
2 ədəd müasir
tipli fontan qurğusu quraşdırılmışdır.
Hündürlüyü 52 metr olan Bayraq dirəyi gücləndirilmiş və
muzey üzərində
qaldırılmışdır.
"Bayraq muzeyi" və "Gənclər kafesi" üzərindəki
600 m2-lik ərazi hidroizolyasiya
olunmuş, mərmər
plitələrlə üzlənərək
ətrafına 150 p/m-lik
şüşə lövhəli
məhəccər quraşdırılmışdır.
(ardı var)
Ədalət.-2016.-12 mart.-S.5.