QOBUSTAN:
DÖVLƏT SİYASƏTİMİZİN PARLAQ
NÜMUNƏSİ
(Əvvəli
ötən sayımızda)
Kəndlərdə də içməli su təminatının yaxşılaşdırılması üçün bir sıra işlər görülür. Çuxanlı kəndində yeni su anbarı və xəttin, bulaqların açılışı olmuşdur. Nabur kəndində 700 metrdən artıq su xətti çəkilmişdir. Burada hər bir evin içməli su ilə təminatı üçün müvafiq tədbirlər görülüb. Yenə də daxili imkanlar hesabına Dərəkənd kəndində hər bir evə içməli suyun verilməsi təmin edilmişdir.
Təklə kəndində yerli sahibkar tərəfindən yeni artezian istifadəyə verilmiş, 2 bulaq tikilmişdir.
Rayonda əhalinin rabitə və poçt xidmətinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Bədəlli, Yekəxana, Təsi, Poladlı, Cəmcəmli, Ərəbqədim, Göydərə kəndləri istiqamətində ümumilikdə 58,5 km fiber optik kabel çəkilərək xidmətin keyfiyyəti yüksəldilmiş, Cəmcəmli və Şıxzahırlı kəndlərinə də internetin verilişi təmin olunmuşdur.
Hazırda rayonun yaşayış məntəqələrinin 44,8 faizinin internetə çıxış imkanı vardır. Ərəbşahverdi və Təklə Mirzəbaba kəndlərinə də yaxın vaxtlarda fiber optik kabel çəkiləcəkdir.
2015-ci ildə Qobustan Telekommunikasiya Qovşağı üzrə tarif gəliri 230,0 min manata qarşı 231,0 min manat icra edilmişdir. Əvvəlki illərdən qalan debitor borcları 4 min 100 manat azalmışdır.
Qobustan rayonunda 12 poçt şöbəsi və 1 poçt agentliyi fəaliyyət göstərir. Bu şöbələrdən 6-sı birbaşa Mərkəzi Bankın şəbəkəsinə qoşulmuşlar. Bu da kənd əhalisinin rayon mərkəzinə gəlmədən bütün ödənişləri yerindəcə etməyə, digər poçt xidmətlərindən yararlanmağa imkan verir. 2015-ci ildə rayon poçtamtı üzrə plan tapşırığı 103 faiz yerinə yetirilmişdir. Bu il ilk dəfə olaraq rayonda fəaliyyət göstərən 16 bələdiyyənin hər biri üçün poçtamtda hesablar açılmışdır ki, bu da bələdiyyə vergilərinin vaxtında toplanması və istifadə olunmasında şəffaflığa əməl olunmasını təmin edəcəkdir.
Ötən il 1 noyabr Milli Məclisə keçirilən seçkilərlə də yadda qaldı. Rayon üzrə 28 seçki məntəqəsinin hər birində seçkiqabağı yüksək hazırlıq olmuş, şəhər 22 saylı, Sündü kənd 44 saylı və Təklə kənd 46 saylı seçki məntəqələrində dünyanın hər bir yerindən sərbəst şəkildə seçkiləri izləməyə imkan verən veb kameralar quraşdırılmışdır.
Rayon üzrə 19 min 445 seçicidən 50,6 faizi seçkilərdə iştirak etmiş, böyük səs üstünlüyü ilə Zeynəb Xanlarova yenidən millət vəkili seçilmişdir.
Seçki günündə rayonun demək olar ki, bütün məntəqələrində xarici və yerli müşahidəçilər tərəfindən müntəzəm müşahidələr aparılmış, seçki prosesində hər hansı qanun pozuntusu qeydə alınmamışdır.
Çağırış yaşlı vətəndaşların orduya çağırışı tərəfimizdən daim nəzarətdə saxlanılır. 2015-ci ildə 293 çağırışçı gənc ordu sıralarına göndərilmiş, 300 nəfər ordudan tərxis olunmuşdur.
2015-ci ildə rayon üzrə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq 8 min 742 manat vəsait köçürülmüşdür.
Müraciətlərə həssaslıq və
"Asan xidmət"
Bu ilin yanvar ayında nümayəndəliklərin 2015-ci ildə gördüyü işlərə dair hesabat yığıncaqları keçirilmişdir. Ümumilikdə 1226 nəfər rayon sakini hesabatlarda iştirak etmişdir ki, onlardan 62 nəfəri müəyyən təkliflərlə çıxış etmişlər. Bu təkliflərin həlli üçün müvafiq tədbirlər görülür.
2015-ci ildə Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Aparatına 250 müraciət daxil olmuşdur. Müraciətlərdən 149-u ərizə, 99-u şikayət, 2-si isə təklif olmuşdur. 2014-cü illə müqayisədə müraciətlərin ümumi sayı 2014-cü illə müqayisədə 36 müraciət azalmışdır. Müqayisəli dövrdə şikayətlərin sayı 25,6 faiz azalmışdır.
Ərizələrdən 38,9 faizi müsbət həll edilmiş, 56,4 faizinə müvafiq izahat verilmiş, 2,7 faizi aidiyyəti üzrə göndərilmiş, 2 faizi əsassız sayılmışdır.
Şikayətlərdən 9,1 faizi müsbət, 7,1 faizi qismən həll edilmiş, 65,6 faizinə müvafiq izahat verilmiş, 18,1 faizi əsassız sayılmışdır.
Onu da qeyd edək ki, rayon üzrə ən çox şikayət Qobustan şəhər ərazi nümayəndəliyi, Ərəbqədim, Bədəlli, Cəyirli, Qurbançı və Şıxzahırlı kənd ərazi nümayəndəlikləri üzrə olmuşdur.
2015-ci ildə İcra hakimiyyəti başçısının rayonun mərkəzi Qobustan şəhəri və kəndlərində bəzi yaşayış məntəqələrində bir neçə dəfə olmaqla ümumilikdə 45 səyyar qəbulu keçirilmişdir. Bu səyyar qəbullarda 131 vətəndaş tərəfindən 131 məsələ qaldırılmışdır. Bu təkliflərin həlli nəzarətdə saxlanılır.
Cənab Prezidentin təşəbbüsü ilə "ASAN" xidmət artıq bölgələrdə olaraq əhaliyə nümunəvi xidmətlər göstərir. 13-28 oktyabr 2015-ci il tarixlərdə səyyar "Asan xidmət" rayonda olmuşdur. 15 gün ərzində müraciət etmiş 1202 vətəndaşa xidmət göstərilmişdir. "Asan xidmət" 2016-cı ilin fevral ayında yenidən Qobustan rayonuna gəlmişdir. Artıq xidmətin müddəti 1 ay müəyyənləşdirilmişdir. Bu isə vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.
Təhsildəki uğurlar
2015-ci il rayonda təhsil sahəsində uğurlu bir il kimi yadda qalmışdır. Son illərdə təhsilə xüsusi diqqət və qayğı göstərilir. Rayonda mövcud olan 30 ümumtəhsil müəssisəsindən 17-si yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Hesabat dövründə rayon üzrə ali məktəblərə sənəd verən 154 məzundan 101 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur ki, bu da 2014-cü illə müqayisədə 33 nəfər çoxdur.
Ötən il 3 nəfər 600-dən yüksək, 11 nəfər isə 500-dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. Ali məktəblərə qəbul ola bilməyən şagirdlərdən 16 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşlar.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhid Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin müəllimi Əmrağa Eyyubov "Əməkdar müəllim adına layiq görülmüş, şəhər 1 saylı tam orta məktəbin müəllimi Şahin Soltanov isə "Tərəqqi medalı" ilə təltif olunmuşdur.
2016 - "Multikulturalizm ili"
2015-ci il Bakıda keçirilən ilk Avropa Oyunları ilə də yadda qaldı. İlk Avropa oyunları ərəfəsində rayonumuzda məşəl estafeti keçirildi. Bu estafetdə rayonumuzda böyük ruh yüksəkliyinin və rayon əhalisi arasında güclü mütəşəkkilliyin şahidi olduq. 12 mindən artıq rayon sakini küçələrə çıxaraq məşəldarları böyük çoşqu ilə qarşılamışlar. Tədbirdən öncə şəhərdə çox böyük səliqə-səhman işi aparılmışdır. Heydər Əliyev prospekti boyunca bütün yol kənarları qaydaya salınmış, Şəhidlər Xiyabanının ətrafı, Bakı-Şamaxı yolunun şəhər ərazisindən keçən hissəsinin sağ və sol tərəfində geniş quruculuq-abadlıq işləri, asfalt vurulması, ağac əkilməsi, köhnə elektrik dirəklərinin və transformatorların dəyişdirilməsi, yaşıllıqların salınması işləri aparılmışdır.
Tədbirin rayonda təşkili və keçirilməsi Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş, bununla əlaqədar bizə rəsmi minnətdarlıq məktubu göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilmişdir.
Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, BMT-nin fəal iştirakı və dəstəyi ilə keçirilən dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir. Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir. Ölkəmizdə mövcud olan "Multikulturalizm" artıq alternativi olmayan həyat tərzi, dünya ölkələrinə bir örnəkdir. Qobustan rayonunda da multikultural dəyərlərə çox böyük diqqət ayrılır və bundan sonra da bu dəyərlər yüksək səviyyədə qorunub saxlanılacaqdır.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2016.-30 mart.-S.3.