Laçının qəhrəman oğlu...

 

Qundaq silahın bir hissəsidir, o həmişə sahibinin qucağında olduğu üçün belə deyilmişdir. Ömrlərinin südəmər cağlarında valideynini itirib sahibsiz, yetim qalan, bələkdə olan uşağa da, "qundağ" deyiblər. Çünki o da qucaqda saxlanılır.

Rüstəm kişi, Gözəl ana Quşçular kəndində yaşayırdılar.Kənd sakinlərinin əsas məşğuliyyətləri taxıl zəmilərini əkib becərmək idi. Onlar sahəni kübrələmək məqsədilə, mal-qara saxlanılan tövlələrin ətrafından kisələrə peyin yığaraq sahələrə daşıyardılar. Yazda cütlə yer şumlayardılar, bəzən cütün əkə bilmədiyi torpaq sahəsini bellə belləyərdilər. Torpağa toxumu şuma əl vasitəsi ilə səpərdilər. Şumlayandan sonra ağacların budaqlarından mala düzəldərək, toxum səpildikdən sonra əkin sahəsinin üstündən mala çəkərdilər ki, toxum torpağa qarışsın, qurd-quş yeməsin, torpağın altından yaxşı cücərsin...

Həkəri çayının sahillərində meyvə bağlar, tərəvəz əkmək üçün torpaq sahələri müəyyən olunaraq becərilərdi. Bu işlər adamların gündəlik məşğuliyyətinə çevrilmişdir. Görülən işlərin müqabilində işləyən kənd sakinləri əmək haqqı olaraq taxıl, meyvə-tərəvəz ala bilərdilər.

Verdiyev Əvəz Həşim oğlu 1916-cı ildə (Laçın rayonu) Quşçular kəndində anadan olmuşdur. Atası Həşim güzaranı nəzərə alıb

gənc ailəsini götürüb Bakıya, Bülbülə kəndində yaşayan yaxın qohumlarının yanında köçürlər.

Gənc ailə başçısı Həşimin qismətinə bir tikə çörək çıxmışdı, neft mədəninin birində işə düzəlmişdir. Ona görə deyirlər ki, "kasıbın ağzı çörəyə çatmamış başı daşa çatır". Qəndafın həyat yoldaşı Həşim öləndən sonra, o oğlu Əvəzi götürüb Quşçular kəndində yaşayan atası Rüstəm kişinin himayəsində yaşamalı olur.

Əvəz gündən günə böyüməyə başlayırdı, hələ Rüstəm babasının, Gözəl nənəsinin "buyruğuna" sözlərinə baxırdı. Babası işdən yorğun gələndə Əvəzin verdiyi bir "parç" su onun ürəyini soyudurdu, yorğunluğunu çıxardırdı. Əziz nəvəsini sevərdi, əzizləyərdi...

Bir dəfə yaxın qohumları Quşçular kəndinə qonaq gəlmişdilər. Yolüstü Əvəzə də baş çəkməli olurlar. O artıq böyüyüb qoçaq bir oğlan olmuşdur. 1936-cı ildə Əvəz Bakıya, Bül-bülə kəndində yaşayan qohumlar gilə qonaq gəlir. Məsləhət olur ki, burada qalsın. Orcenikidze adına maşınqayırma zavodunda işə qəbul olunur. Axşamlar isə axşam məktəbində təhsil almağa başlayır...

1938-ci ildə Qızıl Ordu sıralarına çağırıldığı üçün Əvəz Verdiyev öz fəhlə və məktəb yoldaşlarından ayrılmalı olur. Əvəz Orduya gələrkən möhkəm iradəli, dərin düşüncəli və intizamlı bir gənc kimi yetişmişdir. O artıq təcrübəli sovet əsgəri kimi rus dilində sərbəst danışa bilirdi, hərbi sursatlarla davranış, istifadə qaydalarını mükəmməl mənimsəmişdir.

Əvəz Verdiyev Qərbi Belarusiyanın müdafiə alayının tərkibində ilk döyüşlərə başladı. Finlyandiya müharibəsində vuruşaraq, bacarıqlı döyüşçü kimi şöhrət qazandı.

1940-cı ildə əsgəri xidməti müddəti qurtardığı üçün o, ordudan tərxis olunur. Quşçular kəndinə qohumları gilə dönəndə kənddə ağsaqqallar məsləhət görürlər ki, savadlı oğlansan kolxozda uçot işlərinə kömək et kənddə savadsızlığı ləğv etmək üçün yaşlı adamlara yazmaq, oxumaq öyrət. Xeyli vaxt bu işləri görür hörməti birə-beş artır.

1941-ci il Faşist Almaniyası müharibə elan etmədən SSRİ-nin dövlət sərhədini pozaraqBöyük Vətən müharibəsi başlayır. O, yenidən Qızıl Ordu sıralarına çağırılır. Əvəz ilk dəfə Rostov-Don ətrafında döyüşlərdə iştirak edir. İşğalçılar çoxlu tankbaşqa motorlu hissələrlə Rostova tərəf irəliləyirdilər. Lakin Sovet qoşunları düşmənə ciddi müqavimət göstərir və onların irəliləməsinə maneələr törədirdi.Bu zaman serjant Əvəz Verdiyev öz dəstəsi ilə Rostov yaxınlığında çox böyük dövlət əhəmiyyətli tikilini qorumaq tapşırığı alır. Faşistlər hər tərəfdən bu məntəqəyə hücum edirlər. Əvəz Verdiyev böyük taktiki əhəmiyyəti olan bu məntəqənin müdafiəsi zamanı on nəfərdən artıq faşist məhv edir. O, öz əsgər yoldaşları ilə tez-tez mövqeyini dəyişərək faşistlərin arxasına girir, düşmənə gözlənilmədən həmlə edirdi.

Belə bir şəraitdə faşistlər öz səngər mövqeylərini qoyub qaçmağa məcbur olurdular. Bu vuruşmada Əvəz Verdiyevonun cəsur döyüşçüləri çoxlu qənimət ələ keçirirlər. Şiddətli döyüşlər zamanı Əvəz ağır yaralanır. Lakin o cəbhəni tərk etmədən az müddətdə müalicə olunduqdan sonra yenidən ön cəbhəyə qayıdır, dostları onun bu cəsurluğuna və insani keyfiyyətlərinə yaxından bələd olmağa başlayırlar.

Xarkov, Orlov şəhərlərinin, Lvov ətrafındakı döyüşlərdə, Droqoviç, NikolayevZoloçev rayonlarının azad edilməsində serjant Əvəz Verdiyev əsl qəhrəmanlıq sücaəti göstərmişdir.

1944-cü ildə payız fəsli yenicə başlayırdı. Böyük Vətən müharibəsinin bu həlledici dövründə Azərbaycan xalqının mərd qəhrəman övladları döyüşlərdə göstərdikləri sücaətə görə fərqlənirdilər. Faşistlər ağır döyüşlərdə getgedə məğlub olaraq geri çəkilirdilər. Visla çayı sahillərinə çatmış döyüş yolu həmyerlimiz Əvəz Verdiyevin göstərdiyi qəhrəmanlıq salnaməsinin təməlini qoymuş olur. Avqust ayının axırları idi. Staşa şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Bu şəhərdə düşmənin çoxlu canlı və texniki qüvvələri yerləşirdi. Hitlerçilər şəhəri əldən verməmək üçün möhkəm müqavimət göstərirdilər. Staşa şəhəri düşməndən azad etməkdən ötrü çox ciddi hazırlıq görülürdü. Komandanlığın əmri ilə şəhərə kəşfiyyat dəstəsi göndərildi. Bu kəşfiyyat əməliyyatı baş serjant Əvəz Verdiyevin başçılıq etdiyi dəstəyə tapşırılmışdır. Kəşfiyyat müvəffəqiyyətlə başa çatdırıldıqdan sonra şəhərə hücum başlandı. Bu əməliyyatı Əvəz Verdiyev öz hissəsi ilə şəhərin sağ tərəfindən, bu gözlənilməz hücum olduğu üçün məxfi idi, gizli yolla, kiçik bir qəbiristanlıqdan keçərək, düşmənin arxasına keçirlər. Bu düşmənə ağır zərbə oldu, Şiddətli vuruşma başladı.

Çox keçmədi ki, düşmən əks həmləyə keçdi. Alman faşistləri lap yaxında idilər. Əvəz Verdiyev "maksim" pulyemyotun arxasında uzanıb gözləyirdi. İndi düşmən ilə onun arasındakı məsafə 50-60 metr idi. Elə bu vaxt Əvəz "Maksim" pulyemyotunu mərmi "yağışı" başladı...

Düşmənin sırası pozuldu, bu zaman sol tərəfdən faşistlərin yeni dəstəsi göründü. Əvəz özünü itirmədi, o pulyemyotunu başqa bir yerə çəkərək, hücum edən faşistlərə şiddətli atəş açdı. Düşmən arxaya, geri çəkilməyə məcbur oldu. Hissə bir saniyə vaxt itirmədən ayağa qalxıb hücuma keçdi. Qızğın vuruşmadan sonra Staşa şəhəri onun ətrafında olan Osik kəndi faşistlərdən təmizləndi. Təkcə bu döyüşlərdə Əvəz düşmənin canlı qüvvələrinə texnikasına vurduğu ağır zərbədən başqa 13 alman əsgər zabitini əsir tutmuşdu.

Cəsur döyüşçü həmyerlimiz baş serjant Əvəz Həşim oğlu Verdiyevin şəxsi döyüş hesabında yüzdən çox düşmən əsgəri zabitin məhv etməsi, 13 alman əsgəri zabiti əsir götürməsi qeyd olunmuş, cəsarət dözümlülük nümunəsi göstərilmişdir.

Əvəz hərdən dodaqaltı zümzümə edərdi:

 

Dağlarda çiçək ay Güləbatın,

Doldur ver içək ay Gülabatın,

Hamıdan göycək ay Güləbatın.

 

Cəbhə dostları onun başına yığılardı, sux zarafatları hamının xoşuna gələrdi. Ağır döyüşdən sonra bu onlara daha da güc bəxş edərdi.O, vaxtları hərbi hissənin polkovniki olmuş, sonralar general-leytenant rütbəsinə qədər yüksələn, iki dəfə Sovet İttifaqı qəhrəmanı D.A. Draqunski xatirələrində yazmışdı:

- Mən hərbi xəstəxanadan təzə çıxmışdım, onun haqqında xoş sözlər eşidirdim. 1941-ci ilin iyun ayında yaxından tanış oldum. Bu görüş 55-ci qvardiya tank briqadasına qayıtdıqdan sonra olmuşdur. Motorlu atıcı batalyonun komandiri mayor Stalnenko da cəsur və bacarıqlı döyüşçü Əvəz Verdiyevin qəhrəmanlığından danışmışdı.

1944-cü il iyulun 14-də Birinci Ukrayna cəbhəsinin qoşunları qəti hücuma keçdi. 55-ci briqada birinci eşelonda gedirdi. Sovet qoşunları bir neçə gün ərzində qərbə doğru xeyli irəliləmişdi. Ancaq hitlerçilər inamla müqavimət göstərirdilər. Onlar Lvovdan şimalda dairəvi müdafiə yaratmışdılar. Kulikovo yaşayış məntəqəsində almanların böyük bir qrupu toplaşmışdı.

Baş serjant Əvəz Verdiyev öz bölməsini buradan qəfləti düşmən mövqeyinə hücuma keçdi. Cəsur döyüşçülər iki dəzgahlı pulyemyotu, minaatan batareyanı ələ keçirdilər, düşmənin xeyli əsgəri və zabiti məhv edildi.

Əvəz Verdiyevin dəstəsi avqustun 2-də leytenant Andrey Serajimovun tankı üstündə Staşub şəhərinə hücuma keçdilər. VerdiyevSerajimov Qızıl bayrağı şəhərin ən uca nöqtəsinə sancıb cəld hərəkətlə yerə tullanıb qaçmaqda olan 2 hitlerçini itələyib tankın içərəsinə saldılar və briqadanın mövqeyinə gətirdilər. Polyaklar azadlığın ilk carçılarını uzun müddət əlləri ilə salamladılar. Onların səsləri eşidilirdi:

- Əziz qardaşlarımız, sizi gözləyirik!

- Gələcəyik, tezliklə gələcəyik! - deyə Əvəz Verdiyev onlara cavab verirdi...

Sonradan döyüş yoldaşı əlavə edərək:

- Sandomir əməliyyatı zamanı mövqeyi əldə saxlaması üçün 27 gün gecə-gündüz qızğın vuruşduq. Gündə düşmənin 5-7 hücumunu dəf edirdik. Həmin günlərdə cəsur Əvəz bizimlə yanaşı idi. Onun səhhətində problemlər yaranmışdı, qulaqları tutulmuşdu, yarım kontuziya olan, ancaq ruhən güclü olan Əvəz döyüşü davam etdirirdi. Onun bölməsində yalnız 2 nəfər sağ qalmışdı. Dəfələrlə ona deyildi ki, xəstəxanaya müalicəyə getsin. Deyirdi ki, döyüşdən sonra gedərəm, çox inadkar idi, döyüşlərdə öndə iştirak etməyi adət etmişdi.

...Laçın rayon sakinlərinin üzündə böyük sevinc vardı. Hamı həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevi qarşılamağa çıxmışdı. Rayon partiya komitəsinin katibləri Soltan Məmmədov, Məmməd Məlikov da görüşə gəlmişdilər.

Əvəz Verdiyev izdihamla görüşə-görüşə kəndlərinə gəldi.

Toy, bayram əhval-ruhiyyəsi yaşadılar.

Laçın Rayon Partiya Komitəsinin katibi Əvəz Verdiyevlə görüşdə məsləhət görmüşdü ki, bir daha cəbhəyə qayıtmasın, rayonda Əvəz kimi kadrlara böyük ehtiyac vardı - demişdi.

O isə cavabında demişdi ki,

- Bəs onda cəbhədə qoyub gəldiyim, əsgərlər mənə deyərlər, onların mənə ehtiyacı var, mən onlardan ayrıla bilmərəm - demişdir...

Sovet İttifaqı Qəhrəmanı, baş serjant Əvəz Həşim oğlu Verdiyev məzuniyyət vaxtı başa çatandan sonra, o yenidən ön cəbhəyə dostlarının yanına, müharibədə döyüşlərdə iştirak etmək üçün qayıtmışdır.

1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmış ona "Qızıl Ulduz" medalı Lenin ordeni təqdim olunmuşdur.

Qəhrəman Sovet Ordusu ağır döyüşlərdən sonra neçə-neçə qəhrəman oğullarının qanı bahasına SSRİ-nin dövlət sərhədlərini bərpa etdilər. Əsgərlərimiz Ukraynanı azad etdikdən sonra Polşanın içərilərinə doğru irəliləyirdilər. Əvəz Verdiyevin rəhbərlik etdiyi bölükdən iki nəfər əsgər qalmışdı. Visla çayı onun sahilində Baranib-Sandomerski şəhərini azad etdilər. Sonrakı döyüşlərdən birində ağır yaralanmış Əvəz Verdiyev 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində qardaşlıq məzarstanlığında dəfn olunmuşdur.

Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevin göstərdiyi igidliyi, onun əzizləri həmyerliləri biz Laçınlılar üçün bir örnəkdi. Fəxr edirik ki, Əvəz Verdiyev kimi həmyerlimiz vardı.

Əvəz Verdiyevin adını əbədiləşdirmək üçün Laçın şəhərində orta məktəbə, küçəyə, anadan olduğu Quşçular kəndi və onun ətrafında yerləşən Səfiyan kənd sovxozuna onun adı verilmişdir, Laçında orta məktəbin qarşısında əzəmətli heykəli, sovxozun idarə binasının önündə isə büstü qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsində onun adını daşıyan bir küçə vardır.

 

Nemət Bəxtiyar

AJB-in üzvü

Ədalət.-2016.-3 may.-S.4.