YENİ DÖVRÜN
İMİŞLİSİ
Burada böyük layihələrə
uğurla start verilir
Coğrafi baxımdan Azərbaycanın
bərəkətli torpaqlarından
birində yerləşən
İmişli rayonu Azərbaycan müstəqillik
əldə etdikdən
sonra öz imkanlarını yeni dövrün tələblərinə
uyğun qurmağa başladı. Belə ki, bütünlüklə
kənd təsərrüfatı
rayonu kimi mövcud olan və bütün təsərrüfat subyektləri
də məhz bu istiqamətdə fəaliyyət göstərən
İmişli rayonu artıq həm də sənaye sektorunun inkişafı ilə diqqəti çəkməyə başladı.
Necə deyərlər, kənd təsərrüfatı ilə
sənaye bu rayonda qoşa addımlamağa, çiyin-çiyinə
dayanmağa başladı.
Üstəlik də bu qoşalıq özü ilə bahəm həm də rayonda sahibkarlığı, biznesi,
yeni iş yerlərinin açılması
və maddi durumun yaxşılaşdırılması
üçün axtarışlar
meydanı gətirdi. Hər kəs əvvəlki kimi bir istiqamtə,
yəni kənd təsərrüfatına deyil,
həm də sənayeyə, həm də biznesə maraq gböstərməyə,
qurub-yaratmağa kökləndi.
Təbii
ki, bütün bunların kökündə
Azərbaycan insanına
verilən dövlət
dəstəyi xüsusilə
hər birimizin prezidenti olan cənab İlham Əliyevin diqqət və qayğısı oldu.
Bu gün İmişli
rayounun iqtisadi inkişafını nəzərdən
keçirəndə bu
bölgənin regionların
inkişafına dair dövlət proqramında
öz yerini mükəmməl bir şəkildə ifadə
etdiyini və əldə olunun nəticələrin də
məhz həmin proqramdan qaynaqlandığı
bəlli olur. birmənalı şəkildə
etiraf etmək lazımdır ki, bu gün biznes
və sənaye bölgəsinə çevrilən,
üstəlik də hər gün yeniləşən, abadlaşan
İmişlidə təkcə
zahiri görkəm deyil, həm də insanların özünün Azərbaycana,
bütöv dünyaya
baxışı yeniləşir,
təzələnir. Yəni İmişli
sakinləri dünyanın
inkişaf tempinə, dünya adamının dünyaya baxışına
özünün yaradıcı
baxışını da,
yaradıcı yanaşmasını
da əlavə edərək həm yaşadığı bölgəni,
həm də öz həyatını yeniləşdirib daha da maraqlı edir.
Bütün bunlar ayrı-ayrı sahələr üzrə nəzərdən keçiriləndə
onda məlum olur ki, bu
gün İmişlidə
köklü dəyişikliklərin
baş verməsi həm ölkə prezidentinin diqqət və qayğısının,
həm də rayon rəhbərliyinin işgüzarlığının,
peşəkarlığının bəhrəsidi. Elə rayon icra hakimiyyətinin başçısı Vilyam
Hacıyevin 2016-cü ilin
birinci rübünün
yekunlarına dair hesabat məruzəsində
də məlum olur ki, ötən
il qazanılan
bütün uğurların
nəticəsində rayonun
sosial-iqtisadi durumu xeyli yüksəlmişdi.
Mətbuata açıqlama verən
icra hakimiyyətinin başçısı cənab
Hacıyev bildirmişdi
ki, 2014-cü ildən
başlayaraq İmişli
rayonu öz xərclərini birmənalı
şəkildə özü
ödəyir və artıq bu rayon dövlət datasiyasından
asılı deyildi.
Bəli, Muğan düzündə
yerləşən, həmçinin
Araz çayının
pıçıltılarını nəğmələrə çevirməyi
bacaran İmişli sakinləri indi fəxrlə deyə bilərlər ki, onların yaşadığı
şəhərdə və
bölgədə böyük
iqtisadi uğurlara imza atılıb. Belə ki,
görülmüş qətiyyətli
və ciddi tədbirlər nəticəsində
İmişlidə inkişafın
özəl moldeli yaradılıb. Və indi
bu cənub regionu öz modeli ilə digər bölgələrə
nümunə olmağa
başlayıbdı. Yəni özü-özünü
təmin edən, özü-öz xərclərini
öldəyən İmişli
rayonu birinci rüb ərzində aparılan abadlıq işlərinin miqyasına
görə də diqqəti cəlb edib və bu
gün də həmin təmir-abadlıq
işləri davam etdirilir. Təbii ki, görülən işlərin ümumi mənzərəsi ondan xəbər verir ki, rayon icra hakimiyyəti, onun başçısı və
komandası fəaliyyət
üçün konkret
proqram müəyyənləşdirmiş
və həmin proqram əsasında da köklü işlər görməyə
müvəffəq ola bilmişdi.
Yol tikintisi
sahəsində uzun illər mövcud olan problem bu gün demək olar ki, ortadan
qaldırılmış, İmişli-Bəhrəmtəpə
yolu, eləcə də İmişli-Mirili-Qaravəlli
avtomobil yolu təmir edilib istifadəyə verilmişdi. Burada rayona
yolu düşənlərin
həmişə narahatlıqla
gileyləndiyi bir məqamı da diqqətə çəkmək
lazımdı. Yəni İmişli
rayonunun giriş və çıxış
yollarındakı bərbadlıq
uzun müddət mətbuatın da tənqid ünvanı olmuşdu. Bu gün isə həmin problem demək olar ki, yoxdur.
Bu işlərlə birlikdə
rayon ərazisindən keçən
dövlət əhəmiyyətli
magistralın, yəni
Hacıqabul-Bəhrəmtəpə yolunun 40 km-lik hissəsi İmişli ərazisindən keçi
rvə burada artıq hələ ötən ildən təmir işləri yüksək səviyyədə
başa çatdırılıb.
Eləcə də rayonun
biri neçə böyük kəndini birləşdirən yollar
təmir olunmuş, müəyyən hissələrə
asfalt-beton salınmış
və bununla da yollardan istifadənin
effektivliyi daha da artırılmışdır.
Yolların təmir və
bərpası, yenidən
çəkilməsi işi
bu gün də uğurla davam etdirilir. Çünki yol mədəniyyətin
göstəricisidir və
imişlilər artıq
uzun zaman həmin o yol problemlərini yaşadıqlarından
bu gün yol tikintisinə daha canıyananlıqla yanaşaraq onun keyfiyyətli və uzunömürlü olmasına
çalışırlar. Yolla bağlı görülən
işlərdə respublika
müətəxəssisləri ilə yanaşı, eləcə də İmişli rayonunun mütəxəssisləri əlbir
işləyir və bu da həm
işin keyfiyyətinə,
həm də nəticənin daha yüksək olmasına öz təsirini göstərir. Yəni
qarşılıqlı təcrübə
iş əmsalı ilə yanaşı, işin keyfiyyətinə də öz təsirini göstərir.
Bu gün İmişli
rayonunda yollda bağlı görülən
işlər arasında
şəhərin M.Müşfiq
və Q.İsmayılzadə
küçələrinə asfalt örtüyün salınması, şəhər
ərazisinə, yəni
şəhərin giriş-çıxışına
aid olan hissələrdə
asfaltlanmanını aparılması,
eləcə də İmişli dolama yolunun 8 km-nə asfalt betonun qoyulması bütövlükdə
şəhərin giriş-çıxışında
7 km sahənin tam təmiri
birinci rübdə görülən işlərin
çox az bir hissəsidir. Təbii ki, təkcə magistralların, kənd və şəhərarası
yolların deyil, həm də küçə və səkilərin də yenidən qurulması, onların abadlaşdırılması
işi də İmişli şəhərində
xüsusilə diqqət
mərkəzində dayanır.
Əgər bu rayona, daha doğrusu, İmişli şəhərinç
yolunuz düşsə,
siz də abadlığın canlı
şahidinə çevriləcəksiniz.
Üzlük daşlarından, tametlərdən və digər tikinti materiallarından istifadə
edən imişlilər
səkiləri, meydanları
daha diqqətçəkən
və səliqəli duruma gətirirlər.
Xüsusilə kanalizasiya və yağış sularının
axıdılması üçün
xüsusi xüsusi novların çəkilməsi
burada diqqət mərkəzində olan işlərdən biridi. Rayon mərkəzində müasir
bir mənzərənin
yaradılması, yəni
salınan park və istirahət zolaqlarının
həm dizaynı, həm də buradakı qurğbuların,
yaşıllıqların yetərincə
olması zövq oxşayır. Əkilən ağaclapr və gül kolları həmin parklara və istirahət guşələrinə sanki
əlavə bir gözəllik bəxş
edir.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2016.-3 may.-S.3.