HƏSƏNOVUN
TƏCRÜBƏSİ
Yumoristik hekayə
Uğursuzluq Həsənovlar ailəsini hədəfə alıb yaman əzizləyirdi. Ayaqlarını bir səmtə qoymaq istəyəndə "qəmbərqulu" haradansa peyda olub ayaqlarına ilişirdi. Bəd günlər bir-birini əvəz edirdi...
Həsənovun ömür-gün yoldaşı həkim idi, mərkəzi xəstəxanada işləyirdi. Kəndçi qızı olsa da səbirli, təmkinli xanım kimi ailəni idarə edirdi. Hər dəfə Həsənov evdən çölə ayağını basan kimi səbir gəlirdi. Onun qarşısını kəsib neçə dəfə onu məzəmmət eləmişdi ki, ayağını bir az saxla, səbir keçsin, düşər-düşməzi olar - demişdi. Həsənov isə ona əhəmiyyət verməzdi, yoluna davam edərdi. Ona görə də həyat yoldaşı həmişə uğursuzluğa düçar olanda, o ki, var onu günahlandırırdı. Neçə dəfə demişdi, haqdan çıxma, ədalətsizlik eləmə, insanları incitmə. Elədiyin pisliklərə görə oğlumuz əzab-əziyyət çəkir, işləri düz getmir. Hansı işin qulpundan yapışırsa nəhs gəlirdi. Bir dəfə də bir yetim sevindir, nə olar? Bir seyidə nəzir-niyaz ver. Allah-təalaya da xoş getsin, keçsin günahlarından, axı biz də yazığıq, sənə görə bizdə günaha batırıq...
Həsənov isə cavabında demişdi:
- Yox bir, o qalmışdı, gedim mollaya, seyidə nəzir-niyaz verim, adım düşsün "it dəftərinə". Bunları raykom eşitsə, "srazı dədəmə od vurar". Məni bu adla da vəzifədən qovarlar. Raykom nə hava çalır mən də oynamalıyam.
Katib Həsənovu yanına, kabinetinə çağırdı, onun ünvanına nələr demədi:
- Əə, Həsənov, sənin oğluna etimad göstərdim "beveç" çıxdı. Heç bunun cavanlığı da yoxmuş ki, gedib İstisuda qoşulub cavanlara yeyib içiblər, bir həftə özünə gələ bilmiyibdi. Mənə çatdı ki, oğlunun iki kor bağırsağı olubdu, birini "soldatlıqda" olanda kəsdiribsən. Yenidən, beş ildən sonra biri də bitibdi. Həkim də güc-bəla ilə tapıb kəsibdi. Yaxşı qurtarıbdı, hə indi sənin oğlun necədi? Sənin o "pyaniska" oğlunu deyirəm! - deyə katib gülümsədi və kabinetin işıqlı, böyük pəncərəsindən görünən dağları seyr etməyə başladı...
- Yoldaş katib onu bağışla, keç günahından, bir qələt elədi mən atası ilə, - deyə Həsənov ikiqat onun qarşısında əydi.
- Həsənov, Çərkəz kişinin işi nə yerdə qalıbdı? Eşitmişəm prokuror Kazakov çaşıbdı deyəsən. "Keçinin əcəli çatanda buynuzunu həmişə çobanın çomağına sürtər" -deyiblər. İşə gedən kimi "kepezeni" aç, burax getsin evinə, bir çətən uşağı var. Əə, onun qapısında kolxozun cöngəsindən min dəfə çox, yaxşı kök mal-qarası var. İnanmıram, o dövlət malına tamah salsın. Şər atırlar. Mənə çatıbdı ki, həmin cöngələri də Şəlvə dərəsində toyda kəsiblər. Demək oğurlayıblar, oğrunu tapırsan - deyə katibin üzü daha da sərtləşdi...
- Onu rayondan "perik" salaram, o da məni yaxşı tanıyar, hələ gəlib mənə "qılıqlamaq" əvəzinə... Qaynanam mənə zəng elədi danışırdı ki, Çərkəzi buraxdır . "Sanksiyanı" da prokuror veribdi, baxarıq, - dedi raykomun katibi...
- Təcili, sahə müfəttişini
göndər "Bolşevik" kolxozuna Çərkəzin həyətindən
iki baş cöngəni
birkalasın, totirovkalasın, qatsın kolxozun
mal-qara fermasının içinə. Akt da yazsınlar ki, milis tərəfindən
"anonim" şikayət məktubuna əsasən
"Bolşevik" kolxuzunun
fermasında qəfləti yoxlama
aparıldı və ferma müdiri
Çərkəzin mal hesabı düz çıxdı. O biri izahatları da dəyişərsiniz, materialı
bağla, arxivə at getsin...
- Baş üstə, yoldaş katib, xahiş edirəm oğlumun bir iş məsələsi yadınızdan çıxmasın
- deyə Həsənov
irişdi.
- Heyf, onu doğan
anadan, xanımına böyük hörmətim
var. Gedəndə məndən
həkimə salam deyərsən. Bəlkə baş həkimə tapşırım şöbə
müdiri qoysun, savadlı həkimdir.
Mənə soyuq dəyəndə
icazə ver katibən gəlsin qonaq evində məni masaj eləsin - deyə raykom sözünə davam etdi.
Həsənovun birdən üzünün
siması dəyişdi,
qaraldı, ağardı
və sonradan rəngi özünə gəldi.
- Oğlun da peşə
tapıbdı, jurnalist
olsa idi, göndərərdim məktəbdə
direktor işləyərdi.
Bir geoloq iş üçün gəlmişdi onu göndərdim məktəbdə
coğrafiya müəllimi
işləsin. Keçən dəfə qəbula bir nəfər jurnalist gəlmişdi, dirənibdir ki, rayonda qəzetdə işləmək istəyirəm.
Atası yaxşı kişidi, atasını tanıyıram, qoymayıbdı
ki, xahişə mənim yanıma gəlsin, özü gəlibdi, iş axtarır ürəkli gəncdi, belə kadrdan xoşum gəldi. Mənə belə işguzar
qorxmaz kadr lazımdır. Məsləhət
gördüm ki, gəl səni göndərim kənddə
müəllim işlə,
direktor yeri boşdur, həm ədəbiyyatdan, həm də tarixdən dərs deyərsən, həm də... Balam kəndin nəyi pisdir, get otur kabnetdə. Maarif şöbəsinin müdirinə
tapşıraram iki
"oklad" maaş verər. İmtahanda da, şagirdlər kənd yerində toyuq-cücədən, eşitmişəm
hələ quzu da gətirən olur. Kənd sovetinin sədrinə tapşıraram ev
kirayə edər. Qışda meşədən də odun tədarükü təşkil olunar. Rayon mərkəzində nə var ə? Yel əsib qoz
tökülübdü?...
Bir nəfər də gəlmişdi. Təklif elədim
ki, gəl səni qoyum təzə idarəyə müdir. Televizor ötürücü stansiyası təşkil eləmişəm. Qayıtdı ki, Həsənovun oğlu kimi, məndə gedim kənddə, kolxozda, kənddə rüsvay olum? Bəlkə sənin oğlunu göndərim televizor ötürücü stansiyasına
müdir?...
- Yoldaş katib, mən oğlumu tanıyıram, onun da televizordan başı çıxmır,
ora "inciner" lazımdı, o bəlkə
öhdəsindən gələ
bilər. - deyə
Həsənov onun sözünü yumşaltmağa
çalışıbdı.
- Ə, televizor onun
başına dəysin,
kabineti var, texniki, mühəndisi var, hələ söz verirəm rayon mərkəzindən işə
aparıb gətirmək
üçün "UAZ"-da versinlər. Yaxşı, bəlkə qəzetə göndərim sənin oğlunu.
Yeni işə
təyin olunan bala Həsənov işə çatan kimi, rayon qəzetində
"mütəxəssisin tribunası"
başlıqı altında
geniş məqalə
yazmışdı. Təşəbbüs qaldırmışdı ki,
kolxozda boş sahələri kol-kosdan, daş-kəsədən təmizləmək
lazımdı.
Genişlənmiş torpaq sahəsində, yeni üzüm növləri yetişdirmək
haqqında məsələ
qaldırmışdır. Bu gənc
mütəxəssisin yeni
iş metodları, qabaqcıl təcrübəyə, mütərəqqi iş metodlarına geniş yol verilməsini və üzümçülük kolxozunda
həyata keçirilməsini
xahiş etmişdir. Bu təşəbbüs raykomda büro iclasında müzakirə
olundu və bəyənildi. "Komsomol" kolxozunun sədri Alıyevə tapşırıldı ki,
rayon qəzetində çap
olunan və irəli sürülmüş
müddəaların həyata
keçirilməsi üçün
kömək etsin.
Tez bir zamanda qəzetin əməkdaşı bala
Həsənov kolxozda oldu. Sədrlə ərazini gəzdilər.
Həkəri çayının kanarında təcrübə
üçün yer müəyyən olundu.
Kolxozçular torpaq səhəsini
kol-kosdan, daş-kəsəkdən
təmizlədilər. Traktorla həmin sahə şumlandı, mala çəkilərək
düzəldildi. Bala
Həsənin qəlbində
götür-qoy elədi,
fikirləşdi ki;
- Adı kitablara düzən məşhur Miçurin bağ-bostanda tər tökdü, üzun müddət zəhmət çəkib,
sonradan adı dillər əzbəri olubdu. Mən isə alim-aqronom ixtisası ola-ola, bir iş görə
bilməyim? Bazarda gəzəndə üzümləri görmüşdü.
Yetişmiş süfrə üzüm
sortları onun çox xoşuna gəlmişdi. On yeşik
üzüm aldı, beş yeşik
şanı, beş yeşik isə kişmiş. Üzüm yeşiklərini maşına yüklədi
və kolxoza apardı. Kolxoz sədrinə göstəriş
verdi ki,
işə başlayır,
ona kömək üçün adamlar ayırsın. Qadınlar işə gələndə
hər birisi böyük ləyən, tiyan gətirirdilər, üzümlər suda yuyulub təmizləndi.
Həsənov göstəriş
verdi ki,
şanı üzümünün
toxumunu ayırsınlar.
Ayırdıqdan sonra Mədinə xalanın dili dinc durmadı,
qayıtdı ki,
- Yoldaş Həsənov, icazə ver təmizlənmiş üzümün
meyvəsini tullamayaq, ondan üzüm mürəbbəsini bişirək.
Vallah ona heyfim gəlir, bu məhsulu çölə atmaq olmaz, yaxşı mürəbbəsi olar, çaynan ləzzət verər - dedi.
- Həsənovun ürəyi
yumşaldı, könlündən
keçdi ki, üzüm mürəbbəsi
ilə çay içmək pis olmaz, nə ləzzətli olardı?! Razılıq verdi.
Amma tapşırdı
ki, üzümün toxumlarından muğayat olsunlar...
Yuyulmuş üzüm toxumları qurumaq üçün sərildi. Kişmiş üzümün metodu isə Həsənovu bir az çaşdırışdı. O biri üzümün toxumundan təcrübə
üçün istifadə
etmək olardı. Kişmiş
üzümün təcrübəsi
üçün xeyli
fikirləşdi.
Şanı üzümündən təmizlənmiş
toxumlar mal-qara peyninə qarışdıraraq
istixanaya səpdilər. Həsənov
göstəriş verdi ki,
- Kişmiş üzümün
gilə-gilə ayırıb,
mal-qaranın peyinə
qarışdırsınlar, istixanaya səpsinlər. Səpilən təcrübə-sınaq
işlərindən sonra
su səpilməsini özü həyata keçirdi ki, ürəyi tam arxayın olsun...
Həsənov hər gün işə gedəndən sonra, boş vaxtlarında təcrübə
sahəsinə gələrdi,
üzümün toxumlarının
cücərməsini səbirsizliklə
gözləyirdi. Hər dəfə Mədinə
xalaya möhkəm-möhkəm
tapşırırdı ki,
şitillərdən müğayət
olsun.
Xeyli vaxt keçmişdi. Kişmiş üzüm üçün
istixanada cücü-mücülər,
qarışqalar, böcəklər
görünməyə başladı.
Hərdən bal arıları da uçub gəlirdilər,
torpağın üstə
qonub vızıldaşırdılar.
İstilikxanada başqa aləm
vardı. Ərazidə nə qədər həşaratlar, böcəklər
vardısa hamısı
gəlmişdilər. Bu
mənzərə Həsənovu
bərk dilxor eləməyə başladı.
Mədinə xala təcrübəli
kolxozçu idi.
Həsənovun təcrübəsindən onun da ağlı
bir şey kəsmirdi. Birdən
qayıtdı ki,
- Ay oğul, istixanada kişmiş üzümün
cücə-mücələr, qarışqalar, dağıtdılar
onun şirəsinə
də bu həşaratlar yığışdılar.
Axı Miçurin başqa yerdən toxumlar gətirib Rusiyada əkib becərib yetişdiribdir. Sən bilmirsən
kişmiş üzümünün
toxumu olmur? Get onun qələmini kəs gətir, qələm vasitəsi ilə çoxalt onda yetişdirmək olar.
Həsənov ta bir şey deməyib maşına əyləşdi, yolboyu fikirləşirdi. Axı Mədinə xala düz deyirdi kişmiş üzümünün toxumu olmur. Şanı üzümün toxumlarının yavaş-yavaş cücərməsi heç olmasa ona təsəlli verdi. Təcrübəsinə çəkdiyi əzab-əziyyətlər hədər getməmişdi. Evdə də rahatlıq tapa bilmədi...
Ürəyi şanı üzüm toxumlarının yanında qalmışdı. Onların cücərməsini səbirsizliklə gözləyirdi. Hələ cücərən toxumları da saymışdı. Fikirləşirdi ki, sağlıq olsun həmin pöhrələri gələn il sahələrə köçürəcəkdi. Ta hər gün kolxoza gedib, istixanaya baxandan sonra ürəyi rahat olurdu. Hərdən bitmiş pöhrələrə əlləri ilə sığal çəkərdi, onları oxşayırdı, boylarını sevərdi.
Mədinə xalanın oğlu əsgərlikdən gəlməli idi. Ona görə də, o qapıda qoyun-keçinin içindən erkək bir çəpişi yaxşı bəsləyirdi ki, oğlu gələn kimi kəssin. Hələ elə öyrətmişdi ki, Mədinə xalanı görən kimi onun yanına gəlirdi. O da cibindən əlinə nə keçsən idi, ona yedizdirərdi. Bir neçə dəfə arxasına düşüb iş yerinə qədər də gəlmişdi.
Bu dəfə çəpiş Mədinə xaladan qabaq təcrübə-sınaq sahəsinə gəlmişdi. İstixanada təzə cücərmiş nə vardısa hamsını otlamışdı. Yeyib doyandan sonra istixanada oyan-buyana atılıb düşürdü, oynayırdı.
Mədinə xala işə gəlib təcrübə-sınaq istixanasına daxil olanda, qəflətən mat-məətəl qaldı. Bəslədiyi çəpiş gənc mütəxəssis Həsənovun zəhmətini puç eləmişdi.
Nemət
BƏXTİYAR,
AJB-nin üzvü,
Media "Qızıl Qələm"
mükafatı laureatı
Ədalət.-2016.-3 noyabr.-S.4.