Zəlimxan Məmmədli:“Təşəbbüskarları,
pozucu zehniyyəti tanıyıram”
“Həqiqəti
söyləyərək müharibə etmək fikrində deyilik”
"Borçalı"
İctimai Birliyinin başı üzərində qara buludlar dolaşır. Bir qrup metbuata çıxaraq
birliyin sədri Zəlimxan Məmmədlinin
fəaliyyətindən narazı
olduğunu bəyan edib. Konfrans keçirib. Bütün bunlarla bağlı suallarımızı "Borçalı”
İctimai Birliyinin sədri Zəlimxan Məmmədli cavablandırır.
-Zəlimxan müəllim "Borçalı”
İctimai Birliyi ilə bağlı xoşagəlməz informasiyalar
yayılıb. İctimai Birlikdə
nə baş verir?
-1993-cü ildə təsis
edilən təşkilat
heç bir işlə yadda qala bilməyib. 2009-cu ildən yeni heyətlə mümkün
olanları edə bilmişik. Hüququ çox sevirəm.
Hüququn olmadığı, işləmədiyi cəmiyyətlər
anormal cəmiyyətlərdir.
Həm də Azadlığı çox sevirəm. Azadlıq olmadığı halda başqasına, xüsusilə
elə, millətə
fayda vermək imkanın minimuma enmiş olur. Hər zaman bu sərhədlər çərçivəsində - kiminsə əlavəsi olmadan millətin, elin ruhuna söykənərək,
hüququ ali
bilərək fəaliyət
göstərmişik. Bilirəm ki,
mövcud Azərbaycan
reallıqlarında ən
çətin yolu seçmişik. Düşünürəm
ki, bizim ərtafımızda problem yaratmağa
çalışan və
ya yaradan məhz bu duruşumuzu
sinirə bilməyən
düşüncənin iş
birliyidir. Zaman-zaman təşkilat içərisində
problem yaratmağa çalışsalar
da buna nail ola bilmədilər.
Ən sonda hüquqsuzluq və mütilərin varlığı faktorundan
istifadə etdilər.
Mütiləri səfərbər edərək hüququ ayaq altına alaraq, qanunun, haqqın, ədalətin üzünə tüpürməyi
məqbul bildilər.
Təşkilatımız monolitdir, bu
proseslərdə cəmi
bir nəfər təşkilat üzvü
bu tələyə düşüb. Üzvlərimiz, yolumuz yerindədir və doğru bildiyimiz yolu getməkdəyik.
-Sizə qarşı quruplaşan insanları tanıyırsınızmı?
-İlk təşəbbüskarları,
pozucu zehniyyəti tanıyıram. Bunlar 2009-dan bu yana nə təşkilatın
üzvü olublar, nə də təşkilatın hər
hansı bir uğuruna seviniblər. Bu düşərgə son 8 ildə yalnız qara yaxmaqla, aşağılamaqla, düşmən
dəyirmanına su tökməklə məşğul
olublar. Saxta növbədənkənar konfrans adı altında toplaşanların
əksəriyyətini tanımıram.
Onlar fikrimcə, aldadılmış, nə
baş verdiyinin mahiyyətinə varmadan və yaxud nəyə
görəsə oyuna
salınmışlar ola bilər. Onların əksəriyyəti təşkilatın
üzvü deyillər.
500 min borçalı türkünün cəmiyyətə
üzvlük iddiası
qoyması absurd olmaqla,
gülməlidir. Təşkilatın hal-hazırda 199 nəfər
üzvü var və bunlar məsuliyyətlərini dərk
edən insanlardır.
-Məhz sizin rəhbərliyiniz altında Gürcüstanda
yaşayan soydaşlarımızla
bağlı bir sıra problemlərin həllinə nail olan Birliyin daha nə
kimi planları var?
-İlk növbədə
hüququn təhqir olunduğu düşüncəsindəyəm. Hüquqa bu
cür sayğısızlığın
nəticələrinin aradan
qaldırılması və
hüququn reabilitasiyası
hədəflərdən biridir.
Eyni zamanda aylıq, kvartallıq və illik fəaliyyət planımıza uyğun olaraq tədbirlərimizi həyata keçirəcəyik.
1912-ci ildə nəşr olunmuş məşhur Emin Ağa Borçalının
"Bəsdir, Oyan” kitabını 104 ildən
sonar təkrar nəşr
etdirdik. Onun təqdimatına
hazırlaşırıq. Daha sonra Avropa və
Türkiyəyə səfərimiz
nəzərdə tutulur.
Səfərimizdə əsas məqsəd
həm Qarabağ, Güney Azərbaycan və təbii ki, Borçalı mövzusunda həqiqətləri
Avropa parlamentarilərinə
çatdırmaq, soydaşlarımızın
problemlərinə diqqəti
yönəltməkdən ibarətdir.
Noyabr ayının sonunda Qafqazda birgəyaşayış
problemlərinə həsr
olunmuş elmi-nəzəri
konfrans, dekabr ayında isə Borçalı türklərinin
ilin sonuna yaxın zirvə toplantısı və Türklüyə Xidmət
Mükafatının təqdimat
mərasimi nəzərdə
tutulmuşdur. Təbii ki,
soydaşlarımızın problemlərini ictimailəşdirmək
və dövlət hakimiyyət orqanları və ictimaiyyətin diqqətini bu problemə yönəltmək
əsas hədəflərdəndir.
-Elat Bayramlarının keçirilməsi
ilə bağlı bir sıra problemlər
var. Bu məsələnin həlli
ilə bağlı hansı addımlar atılır?
-Elat Bayramı soydaşımızın, ümumilikdə
isə Azərbaycan-türk
mədəniyyətinin vasitəçiliyi
ilə Gürcüstanın
bütövlüyü çərçivəsində
soydaşlarımızın Gürcüstanda vətəndaş
hüquqlarının tam təmini
və dünyaya səpələnmiş Borçalı
türklərinin imkanlarını
Borçalıya, Gürcüstana
yönəltməyə xidmət
edən unikal mədəniyyət layihəsidir. Gürcüstanın indiki iqtidarı bu reallığı qəbul etməkdə zorlandı, sinirə bilmədi, soydaşımın
hüquq çərçivəsində
boy göstərməsindən əsassız olaraq xoflandı. Bu onların tarixi yanlışlığıdır. Son parlament seçkisində
də azad fikir nümayiş etdirən soydaşımızın
halal qalibiyyətini bütün resurslarını
səfərbər edərək
əngəlləmələri də dediyimizə əyani sübutdur. Təbii ki, həqiqəti söyləyərək müharibə
etmək fikrində deyilik. Amma eyni zamanda Gürcüstanı bu yanlışlıqlardan imtinaya
dəvət etmək və Elat bayramını
da keçirməyin də soydaşımız
olaraq onların toxunulmaz hüququ olduğuna inandırmaq da vəzifələrimizdəndir.
-Yeri
gəlmişkən Ədliyyə Nazirliyinin
sizin təşkilat barəsində verdiyi çıxarış var.
Orda sədr Kərəm Məmmədli
göstərilib. Bununla bağlı
Ədliyyə Nazirliyinə hər hansı müraciət etmisinizmi?
-Hüquq sevgi,
sayğı tələb edir. Dövlətçilik
düşüncəsindən uzaq məmurlar
hüququ aşağılayıblar,
alçaldıblar, təhqir ediblər, ayaq
altına atıblar. Bir təşkilat varkən, fəaliyyətdə ikən,
yenicə konfrans keçirmişkən təşkilata
aidiyyətə olmayan kəsləri bir otağa dolduraraq onlara qanunsuzluq edənlərə motivasiya
dərsi keçmək Ədliyyə Nazirliyinin
vəzifəsi, işi deyil.
Ədaləti bərqərar etməli olan
dövlət qurumu təəssüf
ki, Azərbaycan dövlətçiliyinə
xəyanət etmək yolunu seçdi. Ədliyyə Nazirliyində oldum. Borçalı Cəmiyyəti ola da bilər, olmaya da bilər, Amma Azərbaycan dövlətçiliyi, demokratiya, hüququn aliliyi kimi müqəddəs
amallarla bu cür cinayətkarcasına davranmaq
olmaz. Hüquq qananın
sevgisi, eşqi, namusudur. Onu aşağlayan nə gözümdə, nə
könlümdə uca mərtəbədə
ola bilməz. Odur ki, indi hüququ
pozan Ədliyyə Nazirliyini
məhkəməyə vermişik. Bu prosesdir. İnanmaq
istərdik ki, bir zamanlar bu qanunsuzluqlara
imza atanlar hökmən,
məhz əlahəzrət qanun
qarşısında cavab verəcək.
Ədil
Ədilzadə
Ədalət.-2016.-3 noyabr.-S.3.