DAHA BÖYÜK UĞURLARA
İDDİALI ZAQATALA...
Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Azərbaycan beynəlxalq "Turizm və səyahətlər" sərgisinidə rayonun turizm məhsulları ilə yanaşı milli mətbəx, folklor, xalçaçılıq nümunələri nümayiş etdirilmiş, 9 ayda mədəniyyət işçiləri Bakı şəhərində keçirilmiş "Azərbaycan-doğma diyar" və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilmiş milli azlıqlara həsr olunmuş festivallarda, Şəkidə keçirilmiş "Türk dünyasının mədəniyyət paytaxtı-Şəki-2016" və.s tədbirlərdə iştirak etmiş, Şəki şəhərində keçirilən III Beynəlxalq ənənəvi şirniyyat festivalında və Qəbələ şəhərində keçirilən IV Beynəlxalq Mürəbbə Festivalında Zaqatala kubok və medallar qazanmışdır.
"Multikulturalizm ili"nin tədbirləri
"Multikulturalizm ili" ilə əlaqədar Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondu, Mədəni
İrsin Təbliği
İctimai Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin,
Mədəniyyət və
Turizm Nazirliyinin,
DQİD komitəsinin və
Bakı İslam Universitetinin iştirakı
ilə Heydər Əliyev Mərkəzində,
Azərbaycan Dövlət
Pedoqoji Universitetinin Zaqatala rayon filialı və rayonun orta məktəblərində
müxtəlif mövzularda
tədbirlər, konfranslar
keçirilmiş, Xaçmaz
rayonunda keçirilən
"Multukultural dəyərləri
yaşadaq" adlı,
Bakı şəhərində
təşkil olunan
"Azərbaycan multukulturalizmi:
din və dil siyasətinin inkişaf perspektivləri" adlı
Beynəlxalq konfranslarda
və Bakı şəhərində keçirilən
"Azərbaycan-doğma diyar"
adlı milli azlıqların festivalında
Zaqatala layiqincə təmsil olunmuşdur.
Rayonda
"Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikası
Qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmış,
hesabat dövründə
dini maarifləndirmə,
din-dövlət münasibətlərinin
tənzimləndirilməsi məqsədi
ilə Rayon İcra Hakimiyyəti, DQİDK və
Bölgə qazılığının
təşəbbüsü ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində,
Dövlət İqtisad
Universitetinin Zaqatala filialında, Əliabad İslam mədrəsəsində,
məscidlərdə, Peşə
məktəbində, təhsil
və mədəniyyət
müəssisələrində dini radikalizmlə mübarizə ilə bağlı 50-dan çox
tədbir keçirilmişdir.
Ramazan ayı münasibəti ilə rayon ərazisində
yerləşən qəbirstanlıqlarda
iməciliklər keçirilərək
abadlıq işləri
aparılmış, Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC-nin
sədri cənab Əhməd Əhmədzadə
və Zaqatala RİH başçısı cənab
Mübariz Əhmədzadənin
təşəbbüsü ilə 600 nəfərdən
çox rayon dindarları
və ictimaiyyət nümayəndələrinə iftar süfrəsi təşkil olunmuş, Qurban bayramı münasibəti ilə 760
nəfərə qurban
əti paylanılmışdır.
Hesabat dövründə
DQİDK-nın sədri
M.Qurbanlının, Qafqaz
Müsəlmanları İdarəsinin
sədri Ş.A.Paşazadənin,
Qafqaz Müsəlmanları
İdarəsi sədrinin
I müavini, müfti Salman Musayevin rayona səfəri olmuş və mərkəzi məscidlər
ziyarət olunmuşdur.
Vətəndaş müraciətlərinə həssas yanaşma
"Vətəndaşların müraciətləri
haqqında" Azərbaycan
Respublikasının 30.09.2015-ci il tarixli
Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev vətəndaşların
müraciətlərinə baxılması sahəsində
kargüzarlığın aparılması
və nəzarətin
həyata keçirilməsini
təmin etmək məqsədi ilə yeni "Qaydalar" təsdiq etmişdir. Bununla əlaqədar
30.08.2016-cı il tarixdə RİHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin
müavinləri, rayonun
idarə, təşkilat
və müəssisələrində,
eləcə də bələdiyyələrdə kargüzarlığın
aparılmasına məsul
şəxslərin iştirakı
ilə seminar-müşavirə
keçirilmişdir.
2016-cı
ilin 9 ayında
RİHB yanında Şuranın
21 yığıncağında 32 məsələ müzakirə
edilərək müvafiq
qərarlar qəbul edilmiş, RİHB-nın
170 sərəncamı, 230 əmri
verilmişdir. RİHB yanında
Şuranın perspektiv
iş planında nəzərdə tutulan məsələlərin müzakirəsi,
qəbul edilmiş qərar, sərəncam və əmrlərin icrasına nəzarət mövcud "Təlimat"ın
tələblərinə uyğun
təşkil olunmuşdur.
9 ayda Rayon İcra Hakimiyyətinin vahid elektron informasiya sistemi üzrə 1003 ərizə qeydiyyata alınmış, RİH-nə
945 xidməti sənəd,
898 şifahi müraciət
daxil olmuş, 1380 xidməti sənəd göndərilmişdir. Rayon İcra Hakimiyyətinə
daxil olan bütün müraciətlər
mövcud qanunvericiliyə
uyğun vaxtında baxılaraq vətəndaşlara,
eləcə də aidiyyatı orqanlara müvafiq cavabların verilməsi təmin edilmişdir.
2016-cı ilin doqquz ayında RİHB-nın yerlərdə 39 səyyar qəbul-görüşləri keçirilmişdir ki, bu görüşlərdə 5697 adam iştirak etmiş, 223 tənqidi-qeyd və təklif irəli sürülmüşdür. Səyyar qəbullarda qaldırılan məsələlərin 16,1 faizi elektrik enerjisi təchizatı məsələləri, 11,7 faizi içməli su və kanalizasiya, 9,8 faizi məktəb tikintisi və təmiri, 17,5 faizi yolların tikintisi və təmiri, 8,5 faizi təbii qaz çəkilişi məsələləri, 6,7 faizi torpaqların suvarılması və digər məsələlərlə bağlı olmuşdur.
Vətəndaşlar tərəfindən irəli sürülən tənqidi qeyd təkliflərin 21,5 faizi artıq icra olunmuş, 32,3 faizinin icrası nəzarətə götürülmüş, 17,0 faizinin aidiyyatı təşkilatlar tərəfindən və 29,1 faizinin qanunamüvafiq qaydada baxılacağı barədə vətəndaşlara məlumatlar verilmişdir.
2016-cı ilin
doqquz ayında Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi Mədət Quliyev, Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova, İnsan
Hüquqları üzrə müvəkkil (Ombudsman)
Elmira Süleymanova,
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Zaqatala rayonunda bölgə
vətəndaşlarını qəbul edərək,
onların müraciət və təkliflərinin icrası ilə
bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlarını
vermişlər.
Məzahir
ƏHMƏDZADƏ
ədalət.-2016.-8 noyabr.-S.4.