Azadlıq rəngli Bayrağım!

Nə yaxşı ki, çöllərin yovşan azadlığı var...

 

Vaxt vardı ki, bu gün Xəzərin sahilində əzəmətlə dalğalanan, dəli küləklərlə döş-döşə gələn bayraq boyda azadlıq eşqindəydik. Boyumuzdan ucalara atılandan sonra nəfəsimizi dərmək üçün dayanacağımız son duracaq ölüm idi. Səssiz ölümlər gözləyirdi bizi evdə, işdə, getdiyimiz küçənin hər tinində. Qara paltarlı adamların kölgəsindən şimşək kimi sıyrılmaq üçün nələrdən keçmədik, nələrdən...

Qazılan quyuların dibi o qədər dərin idi ki...

"Dost” da qazırdı, düşmən . Sovet vətəndaşının, daha doğrusu, Azərbaycan qızının, oğlunun arzusu, istəyi bir gündən uzağa getməməliydi. Hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş, bir az ucadan "A” deyənlərin adının qarşısına "nəzarətə götürülsünyazılırdı...

Tarixin bütün dövrlərində millətimizin ucalığı, əzmi, təpəri qurtuluşumuza yol açıb. Əzilsəkdə, faciə-faciə üstündən gəlsə "göz yaşları içindəgülüşə bələnmişik bəzən. Qeyrətli oğullar boy verib yurdun hər qarışından. Bayraq boyda ürəklərini Vətən göylərinə sərib, azadlıq istəyiblər.

Bizə göy üzündə bir qəbir boyda bayraq yerini çox görüblər. Göylərdə sevdasına qərq olduğumuz, 1920-ci ilin aprelindən bir daha yüksəlməsinə ümid etmədiyimiz bayraq həsrətimiz düz 70 ildən çox çəkib...

İlahi, necə çətin imiş həsrətlilərin görüşməyi...Baxmağa göz, dözməyə ürək gərəkdi, ürək...

Bizi birləşdirən ən böyük dəyərlərn biri bayraqdır. Bir bayraq altında birləşmək gələcəyə doğru yol almaqdır, uzaqlara boylanmaqdır. Bayraq keçmişin gələcəyə olan salamıdır.

Hərdən mənə elə gəlir ki, bayraq ucalıqda olmayanda onun gücü, təsir dairəsi o qədər böyük olmur. Bayrağı ucalara qaldıranda həm onun, həm onu qaldıranın böyüklüyügörünür.

sonda onu demək istəyirəm ki, Tanrının belə sevdiyi bayraqlar var ki, o da onun hər zaman daha ucalarda dalğalanmasını istər.

Sənin Bayrağın kimi, Azərbaycanım, ANA Vətənim, ATA Vətənim!!!

Bir kərə yüksələn bayraq enmədi ürəyimizdə, enməyəcək heç zaman Vətənin üzərindən!

 

Hafiz Təmirov,

polis mayoru

Ədalət.-2016.-9 noyabr.-S.3.