QAX:
KEÇMİŞLƏRDƏN YOL ALAN GƏLƏCƏYİN
ŞƏHƏRİ
REGİON
(əvvəli ötən
sayımızda)
Hesabat dövründə rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, 2016-cı ilin doqquz ayında rayon üzrə məhsulun ümumi buraxılışı 85 milyon 461 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 11 milyon 700 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox, kənd təsərrüfatı məhsulu istehsalı 38 milyon 320 min manat və ya 1,7% çox, tikintidə 8 milyon 28 min manat və ya 15,2% az, nəqliyyatda 1 milyon 691 min manat və ya 5% çox, rabitədə 727 min manat və ya 4,2% çox, ticarətdə 24 milyon 995 min manat və ya 15,1% çox olmuşdur. Əhalinin gəlirləri 91 milyon 532 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 421 min manat çox olmuşdur.
2016-cı ilin doqquz ayında rayonun gəlirləri 2 milyon 492 min manat proqnoza qarşı 2 milyon 540 min manat, yəni 101,9 faiz, xərcləri isə 12 milyon 184 min manat proqnoza qarşı 11 milyon 693 min manat, yəni 96 faiz icra olunmuşdur.
2016-cı ilin doqquz ayında rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 36 lahiyə üzrə 268 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuşdur. Hesabat dövründə rayonda daimi olmaqla 393 yeni iş yeri açılmış, orta aylıq əməkhaqqı 234,5 manat olmuşdur.
2016-cı ilin məhsulu üçün əkilmiş 12890 hektar payızlıq taxıl, o cümlədən 8300 hektar buğda, 4590 hektar arpa sahələrindən rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda - 36,4 min ton payızlıq dənlilər istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 7,8 min ton çoxdur. Cari təsərrüfat ilində aqrotexniki tədbirlərin aparılmasına daha ciddi yanaşıldığından payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 1.9 sentner artaraq 28.2 sentner təşkil etmişdir. Hər hektardan 29.6 sentner buğda məhsulu, 25.7 sentner arpa məhsulu götürülmüşdür. Müddət ərzində 1311 hektar sahədə qarğıdalı biçini aparılaraq 8300 ton qarğıdalı məhsulu əldə edilmiş, orta məhsuldarlıq 62 sentner təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 24,7 sentner çoxdur. Cari təsərrüfat ilində rayonda fəaliyyət göstərən taxıl toxumçuluğu müəssisəsisələrinin hesabına 1813 ton yüksək kondisiyalı toxum fondu yaradılmışdır. Hal-hazırda ərazilərdə 2017-ci ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanmış, 970 hektar sahədə səpin aparılmışdır.
Rayonumuz üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusı diqqət verilərək 331 ha sahədə tütün əkini aparılaraq cari ilin ötən dövrü ərzində 2788 ton yaşıl tütün yarpağı tədarük olunmuş, 3884 kq yüksək keyfiyyətli barama istehsal olunmuşdur. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində həlli vacib tədbirlərin həyata keçirilməsi məqsədi ilə payız mövsümü ərzində ərazilərdə 10 mindən artıq tut tinginin əkilməsi üçün yerlər müəyyənləşdirilmiş, həmçinin əkin aparılması məqsədilə 1000 m2 sahədə tut tingi ştili yetişdirmək üçün toxum səpini aparılmış, normal bitiş alınmışdır.
"Aqrolizinq"ASC-nin rayon bölməsi tərəfindən məhsul istehsalçılarına güzəştli şərtlərlə 925 ton azot, 50 ton ammofoska, 29 ton superfosfat, 1600 litr müxtəlif növ herbisidlərin satışı təmin olunmuş, müəssisəyə məxsus texnikalar vasitəsi ilə 2460 hektar sahədə payızlıq taxıl və qarğıdalı biçini, 180 hektar sahədə isə şum aparılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə yazlıq bitkilərin əkininə və payızlıqların biçini ilə əlaqədar 2223 nəfər istehsalçıya hesablanmış 1 milyon 10491 manat yardım verilməsi üçün sənədlər Respublika Komissiyasına təqdim olunmuş, yaxın günlərdə vəsaitin ödənilməsi gözlənilir...
Ekologiya
Yığıncaqda qeyd olunmuşdur ki, ötən dövr ərzində rayonun ərazisində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilərək Şəki-Qax-Zaqatala magistral yol kənarında 5050 ədəd, inzibati ərazi dairələrində isə 5800 ədəd müxtəlif növ agaclar əkilmişdir. Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 32 hektar dövlət meşə fondu torpaqlarında meşə əkini aparılmışdır.
İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı əraziləri və xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması üçün tədbirlər davam etdirilmişdir. Ötən dövr ərzində 2 mühafizə rejiminin pozulması, 2 qanunsuz otarma, 2 qanunsuz qırıntı, 2 qanunsuz zəbt, 2 ov hadisəsi aşkarlanmış, 7,7 min manat iddia qaldırılmış və həmin cərimənin 6 min manatının Qoruğun xüsusi fonduna köçürülməsi təmin olunmuşdur.
Heyvandarlığın inkişaf
etdirilməsinə mütərəqqi metodlar tətbiq olunur
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. Ötən müddət ərzində respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 3 başının 2 nəfər heyvandarlıqla məşğul olan sahibkara 50 faız güzəştlə lizinq yolu ilə satılması təmin olunmuş, digər 1 nəfər sahibkara isə 2 baş cins düyənin satılması üçün ilkin sənədlər Aqrolizinq ASC-yə təqdim olunmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət.-2016.-11 noyabr.-S.3.