QAX: KEÇMİŞLƏRDƏN YOL ALAN GƏLƏCƏYİN ŞƏHƏRİ

REGİON

 

 (əvvəli ötən saylarımızda)

 

Hesabat dövründə şöbədə yaşa görə 167 nəfərə, əlilliyə görə 86 nəfərə, ailə başçısını itirdiyinə görə 20 nəfərə əmək pensiyası təyin olunmaqla ümumilikdə 273 nəfərə yeni pensiya təyin edimiş, 01 oktyabr 2016-cı il tarixə uçotda olan pensiyaçıların sayı 8429 nəfər olmuş və 1 nəfərə düşən orta aylıq pensiya məbləği 176,7 manat təşkil etmişdir. Müddət ərzində 353 aztəminatlı ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 1 ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 146 manat təşkil etmişdir. 89 nəfərə əlilliyə görə, 9 ailəyə ailə başçısını itirdiyinə görə və sağlamlıq imkanları məhdud olan 18 yaşadək 39 nəfər əlil şəxsə sosial müavinət təyin edilmiş, 479 nəfərə uşağın doğulmasına görə, 28 nəfərə cəzaçəkmə müəssisəsindən azad olunmasına görə və 14 nəfər radiasiya qəzasında əlil olmuş şəxslərə birdəfəlik müavinət verilmişdir. 17 nəfər əlil şəxs istirahət, müalicə və sağlamlıq mərkəzlərinə, 6 nəfər əlil şəxs isə Bakı şəhərində yerləşən Peşə-Reabilitasiya Mərkəzinə peşə təlimi keçmək üçün göndərilmişdir.

2016-cı ilin doqquz ayı ərzində rayon Məşğulluq Mərkəzində 1745 nəfər işaxtaran vətəndaş qeydiyyata götürülmüşdür. Qeydiyyata götürülənlərin 243 nəfəri ali, 330 nəfəri orta-ixtisas, 473 nəfəri ilk peşə-ixtisas, 662 nəfəri tam orta və 37 nəfəri isə ümumi orta təhsili olanlardır. Cari ilin ötən dövrü ərzində 92 nəfərə işsiz statusu verilmiş və onların hamısına müavinət təyin olunmuşdur.

Ölkə başçısının tapşırığına uyğun olaraq qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi məqsədi ilə hesabat dövründə dövlət şirkətləri, dövlət qurumları tərəfindən yaradılmış yeni yerləri ilə bağlı mərkəzə 139 yeri-vakansiya daxil olmuş, vakansiya yerləri işçi qüvvəsi ilə tam təmin olunmuşdur. Bundan əlavə şəhərdə quruculuq və abadlıq işlərinin, həmçinin çoxmənzilli binaların təmiri üçün 149 yeri yaradılmış və həmin yerləri də işçi qüvvəsi ilə təmin olunmuşdur.

Hesabat dövründə rayonda keçirilmiş Əmək Yarmarkasına 8 dövlət müəssisəsi, 7 qeyri-dövlət müəssisəsi və 5 fiziki şəxs tərəfindən ümumilikdə 194 yeri təqdim edilmişdir. Yarmarkanın yekununda 11 nəfər gənc, 44 nəfər qadın olmaqla ümumilikdə 54 nəfər daimi işlə təmin olunmuşdur.

Cari ilin doqquz ayı ərzində mərkəz tərəfindən ümumilikdə 457 nəfər daimi işlə təmin olunmuşdur ki, onlardan 137 nəfəri qadın, 156 nəfəri isə 29 yaşadək gənc olmuşdur.

"Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq əhalinin sosial cəhətdən həssas qruplarının, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə Məşğulluq Mərkəzində işsizişaxtaran kimi qeydiyyata alınmış şəxslərdən 12 nəfəri "Özünüməşğulluğun təmin edilməsi proqramı"na cəlb edilərək təlimlərə başlanılması üçün müvafiq tədbirlər görülmüşdür.

18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən cari ilin doqquz ayı ərzində vətəndaşların əmək və sosial hüquqlarının pozulması ilə bağlı daxil olmuş 19 şikayət ərizəsi əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerində araşdırılmış, 8 nəfərin əmək və məzuniyyət haqlarının qanunamüvafiq qaydada hesablanaraq 3500 manat məbləğində gecikdirilmiş vəsaitin ödənilməsi təmin olunmuş, 5 nəfər işinə bərpa olunmuş və 3 nəfərin isə pensiya stajının düzgün hesablanması təmin edilmişdir.

Xidmət təşkilatlarının

fəaliyyəti

 

Cari ilin doqquz ayı ərzində rayon Elektrik Şəbəkəsi tərəfindən 81,2 km 10 kV-luq, 78,4 km 0,4 kV-luq hava xətləri, 115 ədəd transformator yarımstansiyası əsaslı təmir olunmuş, 88 ədəd 10 kV-luq, 61 ədəd 0,4 kV-luq hava xətlərində qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz olunmuşdur. Müddət ərzində 7 ədəd sıradan çıxmış transformator təmir olunmuş, 19 ədəd yeni ayrıcı, 4 ədəd yeni transformator yarımstansiyası və 567 ədəd elektrik sayğacı quraşdırılmışdır.

Rayonun Tasmalı və Qaxbaş kəndlərində hər birində 1 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, ümumilikdə hər iki kənddə 455 ədəd 0,4 kV-luq yeni metal boru dirək basdırılmış, 13,6 km uzunluğunda SİP kabeli çəkilmiş və 0,4 kV-luq şəbəkənin yenidən qurulması başa çatdırılmışdır. Hazırda yeni "Qax yarımstansiyas"ının qurulması işlərinə başlanılmışdır. Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax xidmət sahəsi tərəfindən cari ildə 1398 mənzilə qaz çəkilişi aparılmış, 120 ədəd qaz sayğacı küçə xəttinə çıxarılaraq yenisi ilə əvəzlənmiş, 34 ədəd smart tipli sayğac və 3 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır.

Hazırda rayon üzrə 15592 ev təsərrüfatından 9517 ev təsərrüfatı təbii qazdan istifadə edir ki, bu da ümumi ev təsərrüfatlarının 61%-ni təşkil edir. Cari ildə rayonun Zəyəm və Tasmalı kəndlərində qazlaşma işləri yekunlaşdırılmış, 740 mənzil təbii qazla təmin edilmişdir.

Hesabat dövründə Qax Sukanal idarəsi tərəfindən əhali və qeyri-əhali abonentlərinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, ötən müddət ərzində əhaliyə içməli suyun verilməsi üçün quraşdırılmış Smart-kart tipli su sayğaclarının sayı 4200-ə çatdırılmışdır. Quraşdırılmış sayğaclardan 4000 ədədi idarə tərəfindən sistemə qoşulmuş, bunlardan 3530-na ön ödəməli kart verilmişdir.

Rayonda tikinti-quruculuq və abadlıq işləri planlı şəkildə davam etməkdədir. Rayon həyatının digər sahələrində də işgüzar əhval-ruhiyyə hökm sürür.

 

Məzahir ƏHMƏDZADƏ

Ədalət.-2016.-16 noyabr.-S.3.