PƏNAH XAN MƏRKƏZ KİMİ
NİYƏ AĞDAMI SEÇMİŞDİ!
Bildiyiniz kimi, artıq bir çox nazirliklər özlərinin
regional təşkilatlarını yaradırlar və bu regional strukturlar həm idarəetməni asanlaşdırır, həm
də bir çox üstün cəhətləri var.
Amma bu
regional təşkilatlar yarananda
mərkəz düzgün
seçilməlidir.
Məsələn, Təhsil Nazirliyinin Qarabağ üzrə
regional idarəsi Tərtərdə
yerləşir. Bura daxildi Füzuli,
Xocavənd, Beyləqan,
Laçın, Ağcabədi,
Ağdam, Tərtər
və deyəsən, Bərdə. Əslində
mərkəz Ağcabədi
olmalıydı. Niyə? Füzuli ilə Tərtərin arası təxminən
190-200 kilometrdi. Deməli, təhsil
işçisi hər
hansı bir problemini həll etmək, ya sənəd üçün,
ya nə bilim nə üçün
Füzulidən Tərtərə
getməlidi və ya Xocavənddən və ya Beyləqandan.
Bir günü batdı getdi, həm də yol xərci,
yemək xərci bunu da gəl
üstünə. Həmin idarə
Ağcabədidə yerləşsəydi
düz mərkəzə
düşürdü. Kilometrlə deyim, Füzuli-Ağcabədi təxminən
90-100 kilometr, Tərtər-Ağcabədi
90 kilometr, Beyləqan-Ağcabədi,
Xocavənd-Ağcabədi 40-50 kilometr, Ağdam-Ağcabədi
də təxminən elə və sair və ilaxır.
Hələ də gec deyil,
Təhsil Nazirliyi bu haqda fikirləşə
bilər. Və mən bunu heç də yerliçilik hissi ilə yazmıram. Mənim üçün Ağdam,
Ağcabədi nə qədər doğmadısa,
Füzuli nə qədər doğmadısa
Tərtər də bir o qədər doğmadı.
Mədəniyyət Nazirliyi özünün
regional təşkilatına mərkəz kimi Ağcabədini seçib
və mətbuatda oxudum ki, ağdamlılar
buna çox ciddi etiraz ediblər,
hətta müəyyən
təşkilatlara müraciətlər
də ünvanlayıblar. Səbəb də
onu göstəriblər
ki, sənət ocağı Ağdam ola-ola niyə regional mədəniyyət idarəsi
Ağcabədidə yaradılıb?
İnanıram ki, bu, Ağdam camaatının bütövlükdə fikri
deyil, hansısa müəyyən qrupların
işidi. Əvvəla, Mədəniyyət Nazirliyi
düzgün seçim
edib. Deyəsən,
üç rayon baxır
bura: Laçın, Ağdam, Ağcabədi. Ağcabədi də bu üç rayonun ortasındadı. Yəni əlverişli
bir yerdi.
İkincisi, məsələni də o
cür qoymaq olmaz ki, sənət
Ağdamdadı. Ağcabədi də böyük
bir mədəniyyət
ocağıdı. Ən azı
Üzeyir Hacıbəyovun
vətənidi. Hələ mən
Dədə Qorqudu, Füzulini, Aşıq Vəlini demirəm. Ağcabədi Pənah xanın
doğulduğu torpaqdı.
Mirzə
Cəlilin ömür-gün
yoldaşı, Azərbaycanın
görkəmli ziyalısı
Həmidə xanımın
vətənidi. Mütəllim
əminin, Yaqub əminin, İsi Məlikzadənin vətənidi , Ənvər Əhmədin,
Əhməd Elbrusun vətənidi.
Ümumiyyətlə, belə yanaşma düz deyil. Azərbaycanın hər bölgəsi tarixə böyük şəxsiyyətlər, böyük
kişilər, böyük
alimlər, böyük
sənət adamları
veriblər, təbii ki, Ağdam da elə Ağdamdı.
Ağdamlılara bir məsələni də xatırladım. Əzizlərim, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi
sərəncamla Ağcabədidə
yaradılmalıydı, amma
Ağdamda yaradıldı.
Amma onda ağcabədililər
üsyan eləmədilər
ki, niyə dövlətin sərəncamına
əməl edilməyib
və niyə bu Ağdamda yaradılıb.
Orda ən əsas bir səbəb
vardı. Fövqəladə Hallar Nazirliyinin
rəhbərliyi niyə
bu qərara gəldi?
Ağcabədi yerində oturmuş bir rayondu. İnkişafı
da göz qabağında, həm abadlıq-quruculuq baxımından,
həm də iş yerlərinin açılması baxımından.
Ağdam isə yerində deyil və Quzanlı da o zaman bir
qəsəbə idi, indi şəhər statusu alıb, elə də inkişaf etməmişdi
– nə abadlıq-quruculuq
baxımından, nə
də iş yerlərinin açılması
baxımından.
Nazirlik Quzanlını
ona görə seçdi ki, o qəsəbənin infrastrukturuna
öz təsirini göstərsin. Həm orda gözəl və möhtəşəm
bir bina tikdi, gözəl bir park saldı, parkda Ulu Öndərin
büstünü ucaltdı,
yüzdən artıq,
dəqiq rəqəmi
bilmirəm, daha çox yeni iş yerləri açıldı və bu idarəyə həm də təkcə ağdamlılar
deyil, Quzanlıya yaxın Ağcabədi kəndlərindən də
mütəxəssislər cəlb
edildi. Qəsəbəyə bir şur gətirdi. Neçə rayondan insanlar
Fövqəladə Hallar
Nazirliyinin səlahiyyətlərinə
daxil olan məsələlərlə bağlı
Quzanlıya gəlməyə
başladılar. Şəhərin ab-havası dəyişdi.
Və onu da qeyd edim
ki, regional idarənin Ağcabədidə deyil, Ağdamda yaradılmasında
mənim də müəyyən qədər
rolum oldu. Amma ağcabədililər
bunu bilsələr də məndən küsmədilər.
Əzizlərim, canım-gözüm ağdamlılarım,
kimlərinsə təxribatına
uymayın.
Və sonda. Qarabağ tarixindən.
Qarabağ xanlığının paytaxtı Şuşa
şəhəriydi. Amma Pənah
xan xanlığın
mərkəzi kimi Ağdamı seçmişdi.
Və Ağdam şəhərinin
inkişafı üçün
də müxtəlif sərəncamlar vermişdi.
Məsələn, sərəncamlardan
biri bu idi
ki, kim
Ağdam şəhərinə
yatırım yapsa vergidən azad olunur. Bura sənətkarlar daxil idi, tacirlər
daxil idi, faytonçular daxil idi, zərgərlər daxil idi, silah-sursat
düzəldənlər daxil
idi və sair və ilaxır.
Ona görə Qarabağın
bütün bölgələrindən
hamı Ağdama axışdı. Və Ağdam
bir şəhər kimi sürətlə inkişaf elədi. Özü də vəsiyyət elədi ki, mən öləndə məni Ağdamda basdırın. Niyə Bayatda
yox, Ağdamda?! Bilirdi ki, onun məzarı
ziyarətgaha çevriləcək,
bu da Ağdam
şəhərinə bir
müqəddəslik gətirir.
Niyə Ağdamı seçdi? Ağdam Qarabağın düz mərkəzindədi. Ağdamdan Laçına 70 kilometr, Yevlaxa 70 kilometr, Füzuliyə 48 kilometr, Ağcabədiyə 48 kilometr, Bərdəyə 48 kilometr (qəribədi), Şuşaya 37 kilometr, Ağdərəyə 37 kilometr, Xankəndinə 25 kilometr, Kəlbəcərə 90 kilometr, Goranboya 70 kilometr. Yəni bütün qarabağlılar üçün ən əlverişli bir nöqtə.
Bunu da ona görə qeyd elədim
ki, regional strukturlar yaradan nazirliklər
və komitələr Pənah xanın bu
təcrübəsindən öyrənsinlər və bəhrələnsinlər.
AQİL ABBAS
Ədalət.-2016.-2016.-16 noyabr.-S.1-2.