Hacıqabul inkişaf
yollarında
(Əvvəli ötən
sayımızda)
Üstəlik ötən il Hacıqabul rayonunda buğda məhsulunun istehsalı ilə məşğul olan 710 nəfərə 154 min 448 manat subsidiya verilmişdi. Bununla paralel olaraq 254 nəfərə torpağın becərilməsi üçün gərəkli olan yanacaq və sürtgü materiallarının qiymətini ödəmək baxımından hər hektarına 40 manat olmaqla 581846,1 manat güzəştli vəsait ayrılmışdı. Bax, bütün bunlar da rayonda kənd təsərrüfatının inkişafına, onun ilbəil daha məhsuldar və səmərəli olmasına öz təsirini göstərmişdi. Üstəlik, rayonun əkin sahələrinin su təminatı da diqqət mərkəzində saxlanılmışdı. Doğrudu, yay aylarında suya tələbat artdığı üçün torpaq mülkiyyətçiləri müəyyən problemlərlə qarşılaşırlar, bu vəziyyətə cavabdeh olan rayon suvarma sistemləri idarəsi və onun rəhbərliyi hələki problemin bütünlüklə həllinə nail ola bilməyib. Ancaq rayon rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı bu vəziyyətin də getdikcə tələb olunan səviyyəyə gəlib çatacağına ümid verir.
Bəli, bu gün Hacıqabulda kənd təsərrüfatı və bütövlükdə iqtisadiyyatın bütün sahələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın da məqsəd və məramı hər kəsin rifah halını yüksəltməkdir. Hacıqabulda bunu çox gözəl dərk edən zəhmət adamları Azərbaycan prezidenti İlham Əliyev cənablarının onlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq daha həvəslə işləyir və öz rayonlarının həm ümumi mənzərəsinin, həm də sosial durumunun yüksəlməsi üçün ürəklə, inamla, ilhamla işləyirlər.
Regionların İnkişafına dair dövlət Proqramına uyğun olaraq Azərbaycanın bütün bölgələrində, şəhər və kəndlərində, hətta ən ucqar yaşayış məntəqələrində belə diqqəti çəkən tikinti-abadlıq işlərini müşahidə etmək mümkündür.
Təbii ki, bütün bunların əsas istiqamətləndircisi, yəni bu inkişafın rəhbəri və təşəbbüsçüsü ölkə prezidenti cənab İlham Əliyevdi. Məhz onun irəli sürüb həyata keçməsinə də rəhbərlik etdiyi bu inkişaf proqramı Azərbaycanın 90-cı illərin əvvəllərindəki nöqtədən tərpətməyə yeni inkişaf yoluna istiqamət götürməyə vadar etdi. Artıq həmin o illər və həmin o Azərbaycan tarixini bir parçasıdı. Amma bu günün Azərbaycanı öz inkişaf səviyyəsinə görə dünyanın istənilən ölkəsi ilə müqayisəyə hazırdı. Yəni istər yaxın qonşularımız, istər dənizlərin, okeanların o biri üzündəki məmləkətlər müstəqil Azərbaycanın inkişafına, onun sosial durumuna sözün yaxşı mənasında həsəd apara bilər. Bax, bu aspektdən çıxış edəndə ölkənin digər regionları kimi Hacıqabul rayonunda da kənd təsərrüfatı ilə yanaşı, sosial sahədə də, yəni iqtisadiyyatın sənaye və digər qollarının da inkişaf etdiyini müşahildə etmək mümkündü. Ötən ilin yekunlarına dair keçirilən hesabat yığıncağında Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun da vurğuladığı kimi, 2015-ci ildə rayon üzrə əvvəlki ildən xeyli artıq sənaye məhsulu istehsal olunmuşdu. Bunu sahələr üzrə bölsək, onda məlum olar ki, Hacıqabulda ötən il insanlara həm xidmət, həm sənaye qurumlarının inkişafı istiqamətində xeyli irəliləyişlər əldə olunmuşdu.
Hacıqabulda təkcə poçt, rabitə sahəsində deyil, eləcə də nəqliyyat sahəsində, həmçinin tikinti-quruculuqda köklü uğurlara imza atılıbdı. İcra hakimiyyətinin başçısının hesabatında həmin uğurlardan bəhz edən rayon rəhbərinin də xatırlatdığı kimi, ötən il rayonda 40 milyon 129,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdi. Üstəlik də iqtisadiyyatımız və sosial sahələrin bütün istiqamətlərinə 53 milyon 358,2 min manat investisiya qoyulmuşdu ki, bu da son nəticədə həm yeni iş yerləri, həm məhsuldarlıq, həm də bütövlükdə rayonun ümumi mənzərəsinin yenilənməsi deməkdi. Bütün bunlarla yanaşı, onu da xatırlatmaq yerinə düşər ki, ölkənin digər bölgələri kimi Hacıqabulda da tikinti, quruculuq işləri sürətlə aparılır. Rayona qonaq gələn hər kəs burada gerçəkləşdirilən abadlığın şahidi ola bilər. Yəni rəqəmlərin dili ilə ifadə etsək, artıq Hacıqabulda 38,5 min kvadrat metrlik yaşayış sahəsi istifadəyə verilmişdir. Bu yaşayış sahələri üçün də 3 milyon manata yaxın dəyəri olan işlər görülmüşdü. Üstəlik də rayonda Heydər Əliyev Fondunun ayırdığı vəsait hesabına 440 şagird yerlik məktəb şəhər mərkəzində, 220 şagird yerlik Nəvai qəsəbəsində məktəblər istifadəyə verilib. Bununla yanaşı, 220 şagird yerlik 2 saylı şəhər, 80 şagird yerlik Ağacanlı kənd tam orta məktəbələri tikilib istifadəyə verilmişdi. Heydər Əliyev Fonda Hacıqabul rayonunda təkcə məktəb tikintisinə deyil, eləcə də uşaq bağçasının tikintisi üçün də kifayət qədər vəsait ayırmış və hazırda 100 yerlik uşaq bağçasının tikintisi yekunlaşmaq üzrədi.
Son illərdə Hacıqabul təhsilində və buradakı pedaqoji kollektivlərinin yetirmələrinin uğurlarında da irəliləyişlər aydınca diqqəti çəkir. Ali məktəblərə qəbullarda keçirilən olimpiadalarda, bilik yarışlarında qazanılan uğurlarda Hacıqabul məktəblilərinin nailiyyətlərini görməmək mümkün deyil.
Bax, bütün bunlar ondan xəbər verir ki, bu gün Hacıqabul rayonu öz inkişafının ən maraqlı günlərini, aylarını yaşayır.
Bütün bunların başlıca səbəbi də respublikamızda yaradılmış işgüzar şərait, sabitlik və sabaha inamdı. Birmənalı şəkildə də həmin sabitliyin də, inkişafın da, inamın da əsas qarantı ölkə prezidenti cənab İlham Əliyevdi. Bunu Hacıqabulda hamı çox gözəl bilir.
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2016.-5 oktyabr.-S.3.