"AZƏRBAYCAN"
Artıq sentyabr ayı arxada qaldı. Amma mənim üçün və düşünürəm ki, AYB-nin ədəbi-bədii jurnalının oxucuları üçün də bu ay hələ başa çatmayıb. Çünki jurnalın sentyabr sayı, yəni 9-cu nömrəsi elə sentyabrın 3-cü ongünlüyündə oxuculara təqdim olundu. Təbii ki, həmişə maraqla gözlədiyim və hər sayında da rəngarəngliklə qarşılaşdığım "Azərbaycan"ın 9-cu nömrəsində də çox maraqlı poeziya və nəsr nümunələri ilə qarşılaşdım.
Öncədən onu deyim ki, jurnalın üz qabığında edilmiş dəyişikliklər mənim üçün çox maraqlıdı. Çünki üz qabığına çıxarılmış müəlliflərin adları və onların əsərlərinin adları dərhal ilk təəssüratı yaradır. Oxucu nəyi oxuyacağını əvvəlcədən təxmin edir. Bu məlumat xarakterli təqdimatı nəzərdən keçirib. Mən də jurnalı vərəqləməmişdən öncə deyə bilərəm ki, 9-cu sayda Azərbaycan poeziyasında öz dəsti-xətti, öz yeri olan sevilən şairimiz Vaqif Bəhmənlinin, eləcə də gənc şair Fərid Hüseyinin, həmçinin dəyərli nasirimiz, bir-birindən maraqlı romanlar müəllifi Elçin Hüseynbəylinin "Yenə iki od arasında" romanını oxuya bilərlər. O ki, qaldı bütövlükdə jurnala...g
Bəli, "Azərbaycan"ın 9-cu sayında yaradıcı kollektiv, başda jurnalın baş redaktoru İntiqam Qasımzadə, baş redaktor müavini Südabə Ağabalayeva və məsul katib Tofiq Mahmudov olmaqla maraqlı bir ədəbi söz çələngi ortaya qoyublar. Fikirlərimin əvvəlində söylədiyim kimi jurnal Vaqif Bəhmənlinin son iki ildə qələmə aldığı yeni şeirləri ilə başlayıb. Həmişə həssas, səmimi duyğular qələmə alan və bunu oxucu yaddaşına rahatlıqla həkk edən Vaqif Bəhmənli yazır:
Gerim o, irəlim o,
bir yaxam, bir əlim, o,
Çıxmır həyat sevgisi
gecə-güngüz başımdan.
Gözü yaşaranın, o,
həm də ki, məzəli o,
Mən həyatı sevirəm
çolma-çocuq yaşında.
Şairin bu təbii həyat
sevgisi əslində bizim hamımızın yaşadıqlarımızın poetik təqdimatıdı. Poeziyasevərlər Vaqif Bəhmənlinin bir-birindən maraqlı şeirlərinin ardınca
Fərid Hüseynin şeirlərinin özünəməxsus
mənzərəsi ilə
qarşılaşacaqlar. Bu şəxsən mənə
bir az
rəngarəng, yəni
həyatın müxtəlif
cizgilərini, görüntülərini
ifadə edən söz çələngi
kimi təsir bağışladı. Mən bu
şeirlərin təkcə
yazı üslubunu deyil, həm də onun oxucuya,
yəni mənə etdiyi təsiri də aydın şəkildə duyub yaşadım. Məsələn:
Daşürəkli xoşbəxtlik
keçmişdə qalandan
mən heç kəsdən
saat soruşmuram -
"Üç il əvvəl bu gün",
"Beş il öncə
bu vaxtlar"la
Bilirəm saatıg
Bizim dövrdə,
xoşbəxtlik ancaq
partlamayan saatlı
bombalardakı vaxtdı.
Oxucular bu sayda Sabir
Yusifoğlunun, Tahir Taizoğlunun, Nofəl Ümidin, Aftandil Ağababanın, Dəyanət
Osmanlının və
İsmayıl İmanzadənin
də şeirlərini
oxuya bilərlər. Yaradıcılıqlarına yaxından bələd
olduğum Dəyanət
Osmanlı və İsmayıl İmanzadənin
yeni şeirlərində
oxucular onların həm də söz meydanındakı uğurlarının şahidi
olacaqlar. Məsələn,
Dəyanət yazır:
Küləyi görəndə əsmək,
Uşağı görəndə uçmaq,
Gəmini
görəndə üzmək
Boylu buludların arasıyla,
Bulud sualarının içiylə
Anidən
qeybə qarışmaq...
- bax bunlar
azadlığın hakim olduğu
yerdə hər kəsin içindən keçən duyğuların
bir hisəsidir.
İsmayıl İmanzadə isə
vurğulayır ki:
Sevgisi qəlb coşduran,
Gəlini,
qızı çaşdıran
Baxışı göz qamaşdıran
-
Yetənə vurulan şair.
Jurnalın nəsr bölümündə
Elçin Hüseynbəyli
ilə yanaşı, Kamran Nəzirlinin və Aydın Talıbzadənin hekayələri,
yazıçılar haqqında
xatirələr qeydə
alan Məzahir Süleymanzadənin, Qarabağ
müharibəsi ilə
bağlı fikirlərini
sözə çevirən
Vahid Məhərrəmovun,
həmçinin filologiya
elmləri doktoru Vaqif Yusiflinin xalq şairi Qabilin 90 illiyi ilə bağlı qeydləri və digər materiallar jurnalda oxuculara təqdim olunur.
Düşünürəm ki, jurnalın bu sayındakı tərcümə olunmuş
və artıq son hissəsi çap olunan "Və bircə kəlmə də demədi" romanı da öz oxucularını sevindirəcək.
Son olaraq onu da xatırladım ki, jurnalın bu sayı da sözün xridarı olanlar tərəfindən yenə maraqla qarşılanacaq.
Ədalət.-2016.-7 oktyabr.-S.3.