GƏL, GEDƏK GÖYLƏRƏ...
Sabir Abdinə əl
boyda məktub
Özümdən asılı deyil. Qarşılaşdığım hər kitabı, hər sözü mütləq vərəqləməli, oxumalıyam. Elə ki, işin bu ilk addımını, yəni başlanğıcını etdimsə, onda o kitab, o söz yaddaşıma yazılır. Təbii ki, onu ürəyim, duyğularım qəbul edirsə yaddaşıma yazılandan sonra da işin ikinci addımı başlayır. Yəni yaddaşıma yazılan mənim rahatlığımı əlimdən alır, təkrar-təkrar o kitaba, o sözə dönürəm. Onu gah rəfə qaytarıram, gah da rəfdən yazı stolumun üstünə. O vaxta kimi ki, mənim rahatlığımı əlimdən alan kitab, söz məni dilləndirir. Başlayıram içimdə danışmağa... sonra həmin o danışdıqlarımın yazı forması canlanır gözümün önündə və bir də görürəm ki, bilgisayarın önündə dayanmışam, diqtə edirəm. Bax, elə indiki kimi...
Bəli, mən Sabir Abdini hələ tələbəlik dövründən tanıyıram. Dövlət Universitetində oxuduğum illərdən söz bizi birləşdirib, şeir bizi ruh qardaşı edib... sonra da kitabları. İllah da ki, bəstəkarların nəğməyə çevirdikləri bir-birindən yatımlı, bir-birindən düşündürücü, həm də insanın könlünü oxşayan musiqili şeirlər...
Bilmirəm, istədiyimi ifadə edə bildim, ya yox, amma Sabir Abdinin "Bir payız günü", "Mənə dəniz verin", "Dənizə baxıram"... və digər nəğmələri məni nostalji duyğular üzərində kökləyir, xatirələrin əsiri oluram. "Əsirlik" demişkən, Sabir Abdinin işğal altından olan torpaqlarımızla, xüsusilə Füzuli şəhəri ilə bağlı yazdığı "Füzuliyə qar yağır" şeiri... Dinləyirəm, oxuyuram, hər şey yerli-yerində... hər şey insanın qəlbinə, ruhuna, düşüncəsinə hakim. Bax, bu artıq poeziyadı, bu artıq şairlikdi!..
Sabir Abdinin yeni kitabı "Yazıçı" nəşriyyatında "aybKitab" layihəsi çərçivəsində işıq üzü görüb. Onun ön sözünün müəllifi, professor, çox dəyərli ziyalımız Nizaməddin Şəmsizadədir. Bu xatırlatmanı sadəcə oxucu diqqəti üçün edirəm. Amma kitabın özü mənim üçün poeziya çələngi kimi daha önəmlidir. Çünki "Mən də bir vətənəm" deyən Sabir Abdin həqiqətən ustalıqla fikri, duyğunu sözə çevirib. Və o söz həm də canlı, hərəkətdə olan, diri və yaşayan sözdü.
Şair yazır ki:
Mən də bir Vətənəm,-
Qana qan demirəm, qanım durudu,
Tökülən qanları torpaq qurudur.
Ürəyim gözümün sevgi
yurdudu...
Zənnimcə, bu şeirin hər bir misrası
həm müstəqil,
konkret fikirdi, həm də dördü birlikdə həmin o konkret fikirlərin dayaq nöqtəsi olan Vətənin sözlə
ifadəsidi. Ona görə də
misraların hər birini ayrılıqda iqtibas gətirmək, nümunə də göstərmək mümkündür.
Hətta
mənim qənaətimə
görə, onlar özü-özlüyündə bir şair aforizmidi.
Mən Sabir Abdinin şeirlərində
ən çox müstəqil və səmimi fikrin şahidi oluram. O, müraciət
etdiyi predmeti, obrazı o qədər səmimi şəkildə
şərh edir ki, oxucu bir
anlıq düşünür.
Bəlkə də bu misraların müəllifi
mən özüməm?!
Məsələn:
Atamın
əlləri
sərilib göy üzünə...
başımın üstündə
bir haraydı, bir haydı...
Atamın
əlləri
qabar-qabar
Çat bağlamış daş kimidi.
atamın əlləri
saxlar göy üzündə
buludları
sıxar ovcuna.
O buludlar bir sığal
idi,
indi də bir nağıldı
Atamın əlləri.
İndi
də bir heykəldi,
bir dəlidi,
Tanrının bir cüt əlidi.
Tanrım
qoy, öpüb oxşasın
o əlləri
öz əlləri kimi...
Zənnimcə, bu şeirdəki fikir yükünü, onun rəsm cizgilərini, üstəlik
də onun hərəkətinin trayektoriyasını
şərh etməyə
ehtiyac yoxdur. Çünki o, hər birimizin atasının əlləri
kimi gözümüzün
qarşısındadı. Biz o əllərin halallığından üzü
Tanrıya tərəf
gedirik. O halallıq
bizi Tanrının əllərinə çevrilən
ata əllərinin biləyindən yapışıb
üzü yuxarı aparır.
Sabir Abdin bax elə
mən oxucunu o ata əlinin işığıyla bir istiqamətə yönəldir
və deyir ki: "Gəl, gedək göylərə".
Bax, öncə dediyim o fikrin istənilən bir misradakı tamlığı, bütövlüyü
burda da üzə çıxır.
Yəni sübuta axtarış verməyə ehtiyac qalmır. Çünki
şair yazır:
Əllərim üzünü örtə
bilməsə,
Üzümü örtəcək sənin
tellərin,
Qəfildən yıxılsam, köməyim
olar,
Sənin uşaq kimi kövrək əllərin.
Bir anlıq
uşaq əllərini
gözünüzün önünə
gətirin. Görün necə ipək
kimidi, görün nə qədər adamın öpmək, gözlərinə, ürəyinə
təpmək istədiyi
bir səviyyədədi.
Çünki o, namərdliyə, çirkə, haramlığa,
heç nəyə toxunmayıb, heç nəyə bulaşmayıbdı.
Göy üzü kimi tər-təmiz, ana südü kimi ruh oxşayan, qəlb sığallayandı.
Bu misranın poetikləşməsi onu göstərir ki, şair qarşısına
qoyduğu missiyanı,
yəni sevdiyinin əllərinin təkcə
hərarətini yox, onun necəliyini yox, həm də
onun oxşamaq, xilas etmək, yaşatmaq, sevindirmək imkanını da oxucuya çatdırır.
Və yenə həmin o əllərin başqa bir şeirdə, başqa təqdimatda imkanlarını
açıb qoyur ortaya və yazır:
Əllərim üzünü örtə
bilməsə,
Qoy örtsün
üzümü bir ovuc duman.
Dağlar
nağıl desin, bir əlçim bulud,
Ruhumu oxşasın
mənim anbaan.
Bu, şairin əllərinin
gücsüzlüyü deyil. Əksinə,
bu onun əllərinin
bir ovuc duman boyda olmasını
xatırlatmaqdı... Bir
ovuc dumanın gücündə olmasını
pıçıldamaqdı... Və bir də
o əllər o dumanla
eyniləşib şairin
yaşadığını oxucuya göy üzündən söyləməkdi!..
Görürsünüzmü, əllər ancaq Tanrı ətəyindədi.
Bəli, mən ruh qardaşım,
şair dostum Sabir Abdini əl
içi boyda olan kitabı haqqında ancaq əlləri düşünərək,
onun təqdim etdiyi əllərdən tutaraq duyğularımı,
düşüncələrimi sizə çatdırıram. Və özüm
də çox yaxşı bilirəm ki, "Adını sən seç..." kitabı hələ məni çox özünə çəkəcək,
öz əhatə dairəsində çox saxlayacaq. Özü də məhz
həmin əllərin
gücüylə. Mən
də bu əllərin gücünə
inamla kitabın uğuruna sevindiyimi bir sözlə ifadə etmək istəyirəm:
- Bəli qardaş, sən mənə və bütün oxuculara dedin ki, "Adını sən seç..."? Mən də seçdim və deyirəm:
- Gəl, gedək göylərə,
açılıb yollar...
Ədalət.-2016.-7 oktyabr.-S.4.