Muğanda bir ünvan var...
(Əvvəli ötən
sayımızda)
Bu gün regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq Azərbaycanın bütün ərazilərində uğurlu, həm də kompleks şəklində quruculuq, abadlıq işləri davam etdirilir. Görülən bu işlərin önəmini nəzərə alan ölkə prezidenti cənab İlham Əliyev hər bir ilin konkret mahiyyətini, missiyasını öncədən bəyan edir. Yəni əgər bir anlıq arxada qalan illərə nəzər salmış olsaq, onda görərik ki, ötən il Azərbaycan üçün daha çox sənayenin inkişaf etdirilməsi bu sahənin qabardılması ilə yada qaldı. Ona görə də ölkə tarixinə arxada qalan illər "quruculuq illəri", "sənaye ili", "kənd təsərrüfatı ili" kimi daxil olacaqdı.
Bax, əvvəldə dediyimiz bu prinsiplərin əsas mahiyyəti də təbii ki, ölkədə aparıcı sahələrin daha sürətlə inkişafını təmin etsmək və bunun nəticəsində də həm ölkə əhalisinin maddi-sosial durumun yaxşılaşdırmaq, həm də yeni iş yerlərinin açılması hesabına Azərbaycan insanının aylıq büdcəsinin möhkəmlənməsini təmin etməkdir. Bu gün faktiki olaraq İmişlidə sənayenin özünəməxsus xüsusiyyətləri hər kəsin diqqətini çəkir. Əgər rayonun sənaye obyektlərini nəzərdən keçirsək, onda görərik ki, bu gün İmişli fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalab Birliyi" MMC müxtəlif növ qəndlər istehsal etməklə yanaşı, həm ölkənin bazarını, həm də ölkəjdən kənarda da öz məhsullarını realizə etmək imkanı qazanıbdı. Təbii ki, bölgədə yetişdirilən şəkər çuğunduru hesabına geniş fəaliyyət göstərən bu Birlik həm də rayon sakinlərinin işlə təmin edilməsində müəyyən rol oynayır. İmişlidə təkcə "Azərbaycan Şəkər İstehsalab Birliyi" MMC-nin xətti il əvə onun fəaliyyəti nəticəsində kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları demək olar ki, tam gücü ilə işləyir və adlarını vurğuladığımız məhsulların istehsalı birmənalə şəkildə təmin olunmuşdur. Həmçinin rayonun Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq tutumu olan taxıl anbarı, Qaragüvəndik kəndində yumurta istehsalı ilə məşğul olan, özü də damazlıq yumurta sahəsində ixtisaslaşan "Araz Damazlıq quşçuluq" MMC-nin fəaliyyət göstərməsi də həm rayonun büdcəsinə, həm də rayon sakinlərinin sosial durumuna müsbət təsir etməkdədi.
Əgər diqqət yetirsək onda görərik ki, 2016-cı ilin bu dövrunə qədər İmişli rayonu üzrə sənaye məhsullarının istehsal həcmi manatla ifadə edilərsə diqqətçəkən artım olub. Bu isə istehsal olunan sənaye məhsullarının təqribən 91 fazinin qeyri-dövlət sektorunun payına düşməsi hesabına əldə olunmuşdu. Yəni iş adamları, sahibkarlar, fermerlər öz qarşılarına qoyduqları məqsədə müvəffəq olduqları üçün onların istehsal etdikləri məhsul sonda ümumi rayon istehsalının böyük bir hissəsinə çevrilmişdi.
Yəqin ki, İmişli rayonunda neft istehsal olunduğunu hər kəs bilir. Bax, bircə faktı qeyd etmək lazımdı ki, ötən ilin yekunlarına görə İmişlidəki Muradxanlı neft yataqlarından 14,6 ton neft hasil olunmuşdu. Bu, təkcə ötən ilin 9 ayında əldə olunan məhsulun rəqəmlə ifadəsidi. Həmin 14,6 ton neft isə bütövlükdə qarşıya qoyulan planın 100 faiz yerinə yetirildiyinə həm də təminat olmuşdu.
Bir məqamı da diqqətə çatdırmaq lazımdı ki, İmişlidə fəaliyyət göstərən sənaye müəssisələri bütünlüklə müasir avadanlıqlarla təmin edildiyindən onlar həm istehsal gücü, həm də ortaya qoyduğu məhsul qəbul olunmuş standarlara cavab verir. Heç də təsadüfi deyil ki, Azərbaycanın bu güşəsi həm də xarici investorların diqqətini çəkidi. Ona görə də bu gün İmişlidə xarici şirktlərdən olan Belçikanın Lommel şəhərində fəaliyyət göstərən bəzi şirkətlər artıq öz nümayəndələrini İmişliyə göndərmiş və müxtəlif müqavilələr imzalanmışdı. Təbii ki, adı çəkilən şəhər həm də İmişliylə qardaşlaşdıqları barədə memoranduma da imza atmışdı. Deməli, artıq İmişlidə holland pendirinin istehsalı üçün də müəyyən hazırlıq işləri görülüb və başa çatdırılıbdı. Yəqin ki, bu il, yəni yaxın illərdə artıq İmişlidə istehsal olunun holland pendiri süfrələrimizi bəzəyəcəkdi. Çünki bu ilin 2-ci ayında həmin məsələnin reallaşması üçün xarici nümayəndələr vəziyyətlə yerində tanış olmaq məqsədi ilə rayona səfər etmişdilər. Vurğulamaq yerinə düşər ki, həmin zavodun tikintisi üçün 200 milyon avro ayrılacaq və zavoda 200-ə yaxın insanın işlə təmin olunması nəzərdə tutulubdu. Üstəlik, zavodun tikiləcəyi 500 hektar ərazi də müəyyənləşdirilib, zavodun layihəsinə uyğun olaraq işin başlanmasına start verilən kimi İmişliyə 1000 baş holland inəyi də gətiriləcək. Bax, kompleks şəklində layihəsi hazırlanmış zavod özlüyündə artıq həm İmişli üçün, həm Azərbaycan üçün böyük önəm daşıyır. İnanmaq olar ki, bu cür möhtəşəm bir layihə mütləq gerçəkləşəcək və dünya artıq İmişlidə istehsal olunan, yəni üzərində Azərbaycanın, İmişlinin ünvanı göstərilən holland pendiri ilə üz-üzə gələcəkdi.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2016.-11 oktyabr.-S.3.