"Mənim şeirlərim
Qarabağlıdı"
Nə
gəzir gül ətri, çiçək qoxusu,
özün bil, istərsən oxuma dahag
Sözdən dəstə tutur baxma çoxusu,
Bir ləçək
də girmir yuxuma daha.
Sözləri nəzərə, ğözə
tez ğəlir,
Qəlb
döyüntüsünü duyan kəslərin...
Sizin ağlınıza təzə
söz gəlir,
mənim qulağıma
güllə səsləri...
O... "ıyirmi faiz" nə boydadırsa,
Bu xalqın o boyda davası çatmır..!
Biz dağa qaçırıq
hava almağa,
Şuşada dağlarin havası
çatmır..!
Əli çənəsində qalan
şairə
yurdunun tənəsi, gileyi gəlsin..!
Torpağı işğalda olan
şairin
gərək sözlərindən
qan iyi gəlsin!..
Bu şeirin müəllifı
Ruslan Dost Əlidir. Cəmi 23 yaşı
var, Bərdənin Xanərəb kəndində
doğulub. Lap bu yaxınlarda ilk şeir kitabını çap etdirib.
Qabaqcadan
proqnoz vermək istəməzdim, deməzdim
ki, Ruslanın böyük gələcəyi
var. Amma ilk kitabındakı
şeirlər göstərir
ki, o istedadlıdır
və bu istedad elə bir Allah vergisidir ki, onu qorumaq,
qayğısına qalmaq
lazımdır.
Tək adam adamla
yaşıd olmurmuş,
eyni yaşdakılar
gör nə qədərdi;
Ay mən yaşdakılar, bir dövrdəyik,
Bizimlə yaşıtdı Xocalı
dərdi...
Daralan ürəyin darvazasına
hələ də əl boyda qara
bağlıdı...
Oxucum, bilmirəm sən haralısan,
mənim şeirlərim
Qarabağlıdı!...
Şeirimizdə Qarabağ mövzusunun
konkret sərhədləri
müəyyənləşməkdədi:
Ruslan Dost Əlinin şeiri isə bu cəhətdən fərqlidir. Onun mənsub olduğu
nəsil müharibəni
görməyib. Ancaq bu müharibə onların içində yaşayır-atalarının,
əmilərinin, dayılarının
döyüş yollarında
ya da əzizlərinin
şəhid məzarlarında.
Ancaq
"mənim şeirlərim
Qarabağlıdı" misrasının
da öz məntiqi var.
Müharibə bu yaşda cavanlara
həm də təklik, tənhalıq və fərdiyyətçilik
duyğusu bəxş
edib. Ruslanın şeirlərində də daha çox
fərdi-subyektiv hisslərin
ifadəsi ilə qarşılaşıriq.
Onun belə bir misrası
var: "Özümə
bənzətdim söz
şəkillərin". Ruslanın əksər
şeirlərində sözlərin,
ifadələrin şəkilləri
çəkilir və
bu şəkillər misralara çökdükcə
sözlər həndəsi
fiqurlara yox, canlı hisslərin yaratdığı metaforik
tablolara çevrilir.
Sözlə "oyun oynamaq"
da deyərlər buna. Amma "söz oyunu"
bəzən mücərrəd
bir anlama gətirib çıxarırsa,
Ruslanın şeirlərində
bunlar assosiativ düşüncə tərzinin
ifadəsi kimi diqqəti cəlb edir. Məlumdur ki, assosiativ
təfəkkür obrazlı
təfəkkürün ən
yüksək formasıdır
və burada konkret hiss və fikir xüsusi intuitsiya və istedad tələb edir.Cavan bir şairin buna az-çox yiyələndiyi
məqamlar var və buna sevinmək
olar. O deyəndə
ki:
ömrüm elə
"bəlkə" oldu,
"kaş" oldu,
ümid dolu günlər axır boş oldu.
göz dikdiyim divar oldu, daş
oldu,
baş qoyduğum masa oldu bu
sevgi.
Bu şer parçasında
və eləcə də həmin şeirin sonrakı bəndində "saçlarından
qısa oldu bu sevgi" misraclında işlənən
bədii təsvir vasitələri obrazlı
təfəkkürdən doğur. Deyəndə
ki: "əvvəl əllərinin açarı
idi, indi gözlərimə kilid əllərim. Saçında körpəlik iməkləyərdi,
bükülmüş əllərim,
bu küt əllərim"- bu dörd misrada poetik tapıntılar göz qabağındadır.
Yenə bir misal":məni
bu od-ocaq qızdırmır daha, məni xatirələr isti saxlayır". Bu dövrdə gözəl
bir sevgi şeiri yazmaq zor işdir. Sevgi şeirləri get-gedə şablonlaşır. Amma
Ruslan Dost Əlinin bir sevgi şerini
də oxudum, sevindim:
Mən səni Ay kimi sevirəm, dedim,
Ay kimi gecədən gecəyə gördüm...
Yaman qısqanc imiş, biz görüşəndə,
Ay da işıq salır küçəyə,
gördüm.
Səni
Günəş kimi sevirəm, dedim,
həmən qürub
etdin, saraldın, getdin.
Səni
bulud kimi sevirəm dedım,
Elə bulud kimi qaraldın getdin.
Sonra, səma kimi sevirəm, dedim,
onda da telinə əlim çatmadı.
Dedim, durna qatarından düşmüsən,
uçdun, əllərinə
əlim çatmadı.
Səni
ulduzlartək sevirəm,
dedim,
gedib ulduzların gününə düşdün...
Sənə bircə dəfə
"sevmirəm" dedim,
O da ki, "aldatma
günü"hə düşdü.
Ruslanın şeirləri poeziyaya təzə hava gətirəcəkmi? Hər halda, buna inanıram. "Buludlar ağaca bənzəməsə də, damcılar bənzəyir nar dənəsinə", "Ruhum pəncərə kimidi, bədən bir dar otaqdı, iki göz var-pəncərədi, bir ürək var-otaqdı", "Payızda ağıllı şair gəzməyin, payız şairlərin dəli vaxtıdı", "Torpaq təzə yazılmış bir şeirdi, hər yarpaq bir oxucudur, İlahi", "Uşaqkən quşlara daş atan oğlan, böyüdükcə quşa dönmək istədi", "bu yağış söndürür qəzəb tonqalın, damcılar düşdükcə səbirlər üstə", "Yrəyimi kəsik-kəsik edirəm, nə vaxt şeir yazıramsa qan çıxır"- müxtəlif əhval-ruhiyyənin, ovqatın ifadəsi olan bu misralarda sözə poetik missiya aşılamaq göz qabağındadır...
Ədalət.-2016.-11 oktyabr.-S.3.