Abadlaşan Tovuz

 

 (əvvəli ötən sayımızda)

 

Tədbirdə vurğulanıb ki, son altı ildə Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna dəfələrlə səfər edib, bu obyektlərin əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində iştirak edib, görülən işləri yüksək qiymətləndirib.

Mərasimdə çıxış edən kənd sakinləri qayğı və problemlərinin həllinə göstərdiyi gündəlik diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqların bildiriblər.

Rayonda 2014-cü ilin birinci yarımilliyinin yekunlarına hərs olunmuş geniş Şura iclası keçirilib. Tovuz Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Hesabat məruzəsində cari ilin birinci yarısının bütövlükdə rayon üçün uğurlu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə rayonun sosial iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər qətiyyətlə davam etdirilib.

Kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ilin 9 ayı ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,8 faiz, yumurta istehsalı 4,4 faiz, yun istehsalı 2,2 faiz artmış, iribuynuzlu mal-qaranın sayı 499 baş artaraq 45801-ə, ana heyvanların sayı 35 baş artaraq 17806-ya, qoyun və keçilərin sayı 1648 baş artaraq 237 minə çatdırılıb.Rayonun torpaq mülkiyyətçiləri indiyədək 9514 hektar taxıl zəmisindən 29809 ton məhsul əldə ediblər. Buğda əkilmiş sahələrin hər hektarından 31,5 sentner məhsul götürülüb.

Hesabat dövründə rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə toxunularaq bildirilib ki, Tovuz şəhərinin Heydər Əliyev prospektində abadlıq işləri davam etdirilib, Nizami, F.Ələkbərov, Xətai və M.Musayev küçələrinə 14500 kvadratmetrə yaxın asfalt-beton örtük qoyulub.

Hazırda Qovlar şəhərinin Şəhriyar küçəsindəki parkda yenidənqurma işləri aparılır. Bu müddətdə 180 şagird yerlik Papaqçılar, 220 şagird yerlik Şamlıq, 180 şagird yerlik Çeşməli, hər biri 80 şagird yerlik Qalaboyun, QaradaşMuncuqlu kənd tam orta məktəblərinin tikilib. Tovuz şəhərində Nizami adına mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına "Ozan" Aşıq Sənəti Dövlət Muzeyinin, Qovlar şəhərində Rabitə evinin və Gənclər evinin tikintisi də hər kəsin sevincinə səbəb olub.

Bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə mərkəzi orqanlardan və vətəndaşlardan rayon icra hakimiyyəti başçısı aparatına çoxlu sayda vətəndaş müraciəti daxil olub. Buna baxmayaraq, müraciətlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb. Çünki bu müraciətlərdə qaldırılan məsələlər əsasən torpaq, mənzil-məişət problemləri, maddi yardım, əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı, sahibkarlıq və s. ilə əlaqədardır.

Bəli, bu gün Tovuz rayonu özünün iqtisadi göstəriciləri ilə diqqət çəkir. Təbii ki, bu göstəricilər daha çox kənd təsərrüfatı məhsullarının istehsalına aiddir. Yəni 2015-ci ildə kartof, taxıl, tərəvəz məhsullarının həm əkin sahəsi baxımından, həm də əldə olunan məhsulun miqdarı baxımından diqqəti çəkməsi məhz planlı təsərrüfatının real bəhrəsidi. Belə demək mümkünsə, görülən bu işlərdən yüksək aqrotexniki xidmət, təsərrüfatçılıq öz bariz nümunəsini sərgiləyə bilmişdi. Yəni Tovuz rayonunda zaman=-zaman formalaşmış kənd təsərrüfatının bu sahələri bu gün də həm öncül yerini saxlamış, həm də adamların ailə büdcəsinin möhkəmlənməsinəç öz müsbət təsirini göstərmişdi.

Məlum olduğu kimi, bol məhsulun əsas şərtlərindən biri aqrotexniki qulluq, digəri isə mineral gübrələrlə təminatdı. Bax, bu mənada götürəndə cari ildə Tovuz rayonunda 1352 ton mineral gübrəfermerlər, sahibkarlar, fərdi təsərrüfat sahibləri tərəfindən əldə olunmuş, bunun nəticəsində də rayonda 6629 nəfər istehsalçıya 9000 hektardan artıq buğda sahəsi üçün 361 min manata yaxın yardım göstərilmişdi. Nəticədə də əvvəldə söylədiyimiz kimi məhsul artımı əldə olunmuşdu.

Faktiki olaraq bu gün Tovuzda "Tovuzçay" su anbarının istifadəyə verilməsi, yeni subartezian quyularının qazılması təsərrüfat sahələrinin suvarılmasında öz sözünü deyibdi. Nəticədə də Tovuz çayının sol sahilində yaradılmış istirahət guşələri, bütövlükdə aparılan abadlıq işləri bu gün həm yerli sakinlərin, həm də Tovuza gələn qonaqların könlünü xoş edir. Bu da onu göstərir ki, bugünün Tovuzunda qurub-yaratmaq, süfrələri zənginləşdirmək, ailə büdcələrini artırmaqla yanaşı, istirahət etmək, gözəllikdən zövq almaq da insanların həyatının mənasına çevrilib.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2016.-14 oktyabr.-S.4.