QARA EYNƏKLİ QADIN

Povest

 

Zakir Bağır

 

(əvvəli ötən saylarımızda)

 

Kəsilməyən atəş altında xeyli əsgər yaralanmışdı. Aralarında şəhid olanları da var idi. Onların meyitlərini burada saxlamaq olmazdı. Kim bilir ermənilər meyitlərin başına nə oyunlar açacaqlar.

Yeganə çarə yüksəklikdə mövqey tutmuş erməni senayperi vurmaq idi. Bu isə çox çətin iş idi. Ermənilər bizimkiləri hər tərəfdən yaxşı görürdülər.

Hissə komandiri Asimana yaxınlaşdı:

-Asiman Günəşli.

-Bəli cənab komandir.

-Mən sizin şəxsi işinizlə tanış olmuşam. Siz orta məktəbdə oxuduğunuz zamanlar hərbi dərslərdə fərqlənmisiniz. Hətta Respublikada keçirilən hərbi oyunlarda qalib də olmusunuz.

-Elədir, cənab komandir.

-Aldığınız fəxri fərmanlar və diplomlar buna sübutdur.

Asiman başını aşağı dikdi. O, çox tərifi xoşlamırdı.

Orta məktəbdə onlara hərbi fənnini birinci Qarabağ müharibəsinin iştirakçısı tədris edirdi.

Asiman İldırım müəllimi xatırladı. O, xəstə olduğuna görə Asimangilin təntənəli şəkildə cəbhə bölgəsinə yola salma mərasiminə gəlməmişdi.

...Birinci Qarabağ müharibəsində İldırım müəllimin xidmət etdiyi hərbi hissə bir neçə əməliyyat hazırlamışdı. Amma bu əməliyyatlardan tez xəbər tutulmuşdu. Bunu ermənilərə kim xəbər vermişdi? Bəlkə hissədə satqın vardı? Bəs kim idi bu satqın? Axı, əməliyyatlar yüksək rütbəli zabitlərin iştirakı ilə hazırlanmışdı.

Həmin gecə İldırım müəllim postda qalmışdı. Ondan 150-200 metr aralıqda əsgər yoldaşı keşik çəkirdi. Kənddə sükut kökmüşdü. İldırım müəllim xışıltı səsi eşitdi. Kimsə ağacların arxası ilə gedirdi.

"Görəsən gecənin bu vaxtında kim olar?" İldırım müəllim düşündü. Çiynindəki silahı çıxartıb hazır saxladı. Bir neçə dəqiqə keçdi. İki-üç üzü tüklü adam ona yaxınlaşdı. O da əlində tutduğunu ona verdi. Yad dildə danışmağa başladılar. Bəs özü ilə gəzdirən, üzü tüklü adamlara verən adam kim idi?

Demə, bunu o biri postda növbə çəkən əsgər də görübmüş.

Dayanın kimsiniz? - əsgər soruşdu. Tez onu öldürün.

Tüklü adamlardan biri cibindən bıçaq çıxartdı. Bıçağı necə atdısa, düz əsgərin ürəyinə dəydi.

Üzü tüklü adamlardan biri nə isə soruşdu. Onları gətirəndə İldırım müəllimin növbə çəkdiyi postu göstərdi. Onlar İldırıma sarı gəldilər. İldırım qaçmaq istədi. Amma bu əbəs idi. Onu asanlıqla vura bilərdilər. Postdan aralıda bir ağacın yanında gizləndi. Gələnlər postda heç kimin olmadığını görüb gətirəndən nə isə soruşdular. O, da yad dildə cavab verdi. Üzü tüklü adamlar getdilər.

Gətirən bir müddət ətrafa göz gəzdirdi. İndi İldırım həmin adamın üzünü yaxşı görürdü. O komandiri Babayev idi. Təcili hərbi hissəyə getmək, hissə komandirinə xəbər vermək lazım idi. İldırım cəld qaçmağa başladı. O yaxşı bilirdi ki, postu icazəsiz tərk etdiyinə görə cəzalanacaq. Bu onu qorxutmuşdu.

Tağım komandiri Babayev də onun qaçdı-ğını görmüşdü. Ona sarı qaçırdı. Amma ona çata bilmirdi.

Dayan İldırım postu niyə icazəsiz tərk etmisən?

İldırım tağım komandiri Babayevə cavab vermədi. Sürətini daha da artırdı. Tağım komandiri Babayev hiss edirdi ki, o heç vaxt İldırıma çata bilməz.

Ona görə də tələsik yaşadığı otağa sarı getdi.

Hərbi hissə komandiri İldırımı axıradək dinlədi:

-Səhv etmirsən?

-Xeyr, cənab komandir.

Hissə komandiri harayasa zəng etdi.

Tezliklə postda keşik çəkən əsgəri hərbi qosbitala apardılar. Onun yarası çox da dərin deyildi. O da İldırımın dediklərini təsdiqlədi. Tağım komandiri Babayevin yaşadığı otaqda axtarış apardılar. Çox şeylər ortaya çıxdı. Tağım komandiri Babayev həmişə deyərdi ki, mənim arvadımı ermənilər öldürüblər. Amma otağa axtarış zamanı başqa şey aydın oldu. Birinci Qarabağ müharibəsi başlayanda Tağım komandiri Babayev öz arvadını və oğlunu Yerevana göndərmişdi. Tapılan məktublar bunu sübut edirdi. Hissədə bəziləri deyirdi ki, tağım komandirinin anası erməni qızıdır. O, da dayıların xeyrinə satqınlıq edir. Bəziləri də deyirdi ki Babayev ermənidir. Ad-familiyasını dəyişdirib.

Saqqallı ermənilər də Tağım komandiri Babayev də qaça bilməmişdilər.

İstintaq zamanı aydın oldu ki, Tağım komandiri Azərbaycanda yaşayan ermənidir. Əsl ad-familiyası da Suren Babayandır. O da familiyasını dəyişmiş, Surxay Babayev olmuşdu. Tağım komandirinə kimi yüksəlmiş bu satqını necə olub ki, heç kim tanımayıb?

Birinci Qarabağ müharibəsində vuruşan İldırım müəllim belə satqınlarla çox üzləşmişdi. O, həmişə deyirdi:

-Ola bilsin, sizin heç kiminiz hərbiçi olmasın. Amma hərbini dərindən bilməlisiniz.

O, hər bir hərəkəti əvvəlcə özü yerinə yetirir, sonra şagirdlərinə təkrar etməyi tapşırırdı.

...Əməliyyat çətin və məsuliyyətli idi. Kiçik bir səhv çoxlu əsgər və zabitin ölümü ilə nəticələnə bilərdi.

Tağım komandiri bu sözləri deyəndən sonra bir müddət susdu. Əsgərləri süzdü. Tağım komandiri böyük hörmət qazanmışdı. Əsgərlər onu sevirdilər.

Əməliyyatı uğurla yerinə yetirmək üçün birinci növbədə senayperçini öldürmək lazım idi. O, isə yerindən tərpənmirdi. Saatlar ağır-ağır keçirdi. Artıq hava qaralmışdı. Hava soyuq idi. Amma erməni senayperçi hec yana getməmişdi.

Artıq gecədən xeyli keçmişdi. İndi erməni senayperçi görünmürdü.

Asimanın xidmət etdiyi hərbi hissənin tağım komandiri əmr verdi.

-Yama qazın.

Bir neçə əsgər erməni senayperinə 200-250 metr qalmış səngər qazdılar.

Erməni senayperi vurmaq Asiman Günəşliyə tapşırılmışdı. Şəxsi sənədlərində olduğu kimi təlim zamanında Asiman ən yaxşı atıcı kimi tanınırdı.

Dan yeri ağaranda saqqallı erməni əsgərləri göründülər. Şən idilər. Asiman səngərdə idi. Artıq saqqallı erməni əsgər və zabitləri təpədə öz yerlərini tutmuşdular. Bu an təpədə gurultu qopdu. Bizimkilər bunu gözləyrdilər.

Hücuma keçdilər. Düşmənin bir snayperi və üç plemyotu vardı. Erməni senayperçisi ölmüşdü. Onlar atəşin hansı nöqtədən açıldığım bilmirdilər. Döyüş zamanı bir neçə erməni zabiti və əsgəri öldürüldü. Bir neçəsi əsir alındı. Böyük əhəmiyyətə malik təpə düşmənlərdən alındı. Dindirmə zamanı bir erməni zabiti bildirdi.

-Bizə əmr olunub. Türkləri qorxu içində saxlayın. Onda hər şeyi qoyub qaçacaqlar.

-Görürsən, biz qorxmuruq komandir bildirdi. Təpənin alınması təkcə bizim əsgər və zabitləri deyil, yerli sakinləri də sevindirirdi. İndi onlar evlərində təhlükəsiz yaşayar, öz işləri ilə məşğul ola bilərdilər.

 

EPİLOQ

 

Qonşu tibb bacısının həyət qapısı döyüldü.

-Kimdir?

Səs gəlmədi.

-Kimdir? Qapı açıqdır.

Qara eynəkli qadın çəkinə-çəkinə həyətə girdi. Sanki o, tibb bacısının nə deyəcəyini bilirmiş.

-Bilirəm, məndən zəhlən gedir. İcazə ver üç-dörd saatlıq sizdə qalım. Ərin gecə növbəsinə gedəndə gördüm. Ərin gələnə kimi gedəcəm.

-Yaxşı, gəl otağa. Hava çox soyuqdur. Qara eynəkli qadın yenə sıxıla-sıxıla evə tərəf addımladı. Bir müddət qonşuluqdakı doğulub boya-başa çatdığı evə baxdı. Dərindən ah çəkdi. Bu tibb bacısının nəzərindən qaçmadı.

İçəri keçdilər.

Qara eynəkli qadın xeyli arıqlamışdı.

Tir-tir əsirdi.

Əbili yenə qayınatasıgilə getmişdi. Amma evin açarını ona verməmişdi.

-Bəlkə komandir (o arvadını nəzərdə tuturdu) mənimlə gəldi. İstəmirəm səni burada görsün. Bir-iki günlük qalmağa yer tap, özünçün...

Qara eynəkli qadın gecə qalmaq üçün yer tapmamışdı. Müştəriləri də ancaq gündüzləri onunla keçirirdilər.

İndi onun yeganə ümid yeri qonşu tibb bacısı idi. Ərinin gecə növbəsinə getdiyini görmüşdü.

-Hər halda o da qadındır. Razılaşar.

-Mətbəxdə xörək hazırdır. Qəfədanı da, qoy qazın üstünə. Mən də uşağı əmizdirim. Birlikdə şam yeyərik.

Tibb bacısı televizora baxa-baxa körpəsini əmizdirməyə başladı. Qara eynəkli qadın da mətbəxə keçdi.

Heyvanlar haqqındakı sənədli film bitdi. Diktor elan etdi:

-İndi də Milli Qəhrəmanlarımız silsiləsindən verilişi tamaşaçılara təqdim edirik.

Ekranda iri planda Asiman Günəşlinin şəkili göründü.

Tibb bacısı özündən asılı olmayaraq qışqırdı:

-Asiman!

Səsə mətbəxtdən qara eynəkli qadın da gəldi. Ekranda Asimanın şəkilini görüb çəkinə-çəkinə tibb bacısının yanında oturaraq televizora baxmağa başladı.

Aparıcı Asiman Günəşlinin uşaqlıq, orta məktəb və ali məktəbdə təhsil aldığı illərdən, könüllü cəbhə bölgəsinə getməsindən, cəbhə bölgəsində göstərdiyi igidlikdən danışdı. Asiman, sən evlisənmi?

-Xeyr, subayam.

-Bəlkə nişanlısan?

-Nişanlı da deyiləm.

Qara eynəkli qadın hönkür-hönkür ağlayaraq ucadan dedi:

-Axı mən ara-sıra Asimanın sinif yoldaşı Yaşar görürdüm. Niyə ondan Asimanın rayona gəlməməsinin səbəbini soruşmadım? Əgər soruşsaydım, hər şeyi bilərdim. Bəlkə də taleyim başqa cür ola bilərdi.

Axşam yeməyindən sonra qonşu tibb bacısı onun üçün divan-çarpayıda yer hazırladı.

Qara eynəkli qadın ağlayırdı...

...Dan yeri sökülməmiş körpə ağladı. Tibb bacısı yerindən durub xalatını geydi. Otağın işığı yanırdı. Qara eynəkli qadın yerində yox idi.

Divan-çarpayının üstündə kiçik bir yazı kağız vardı. Tibb bacısı onu oxudu:

"Unut məni. Fərz elə ki, bu dünyda belə bir adam yaşamayıb. Əlvida".

...Rayon polis şöbəsinin işçiləri özünə qəsd etmiş qadın cəsədini tapmışdılar. Bu, pozğun həyat keçirən Qara eynəkli qadın ləqəbi ilə tanınan qadının cəsədi idi. Onun çantasında bir yazılı kağız tapılmışdı.

"Mənim ölümümdə heç kim günahkar deyil. Mənim kimi qadınların bu dünyada yaşaması haramdır".

 

Ədalət.-2016.-6 senyabr.-S.4.