BU
İNKİŞAF, BU YÜKSƏLİŞ...
KÜRDƏMİRDƏDİR
REGİON
(əvvəli
ötən saylarımızda)
Abadlıq və tikinti-quruculuq
tədbirləri müasir tələblərə
uyğun aparılır
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramına
uyğun olaraq
2016-cı ilin 6 ayı
ərzində rayonda tikinti-quraşdırma, yenidənqurma
və abadlıq işləri davam etmişdir.
Ölkə Prezidenti Cənab
İlham Əliyev Kürdəmirə səfəri
zamanı töhfə
olaraq müvafiq sərəncamı ilə
rayonun yaşayış
fonduna daxil olan 21 çoxmənzilli yaşayış binalarının
əsaslı təmiri
ilə əlaqədar
3,0 milyon manat vəsait ayırmış
və sərəncama
uyğun olaraq, tenderdə qalib gəlmiş "Tac
2014" MMC tərəfindən çoxmənzilli yaşayış
binalarında təmir
işlərinə başlanılmışdır.
Keçən müddət ərzində
"TAC-2014" MMC tərəfindən rayonun Babək küçəsi 5 və
7 saylı 45 mənzilli,
Aran qəsəbəsi
1,2,3 saylı 5 mərtəbəli,
Aran qəsəbəsi
23,24,25,26, 30 və Heydər
Əliyev prospekti 1/5,
1/7, 1/9, 1/50 və 1/68 saylı
2 mərtəbəli ictimai
yaşayış binalarında
589 m2 dəmir-betonkəmər tökülmüş, 17131 m2 mansart
tipli kirəmit formalı metal vərəqələrlə
dam örtüyü vurulmuş,
243 m2 metal plastik dam və
blok pəncərələri
qoyulmuş, 52 ədəd
blok metal qapılar quraşdırılmış, 6366 m2 sahədə binaların fasad divarlarının suvağı sökülərək
yenidən vurulmuş,
4752 m2 sahədə fasad
divarları emulsiya ilə rənglənmiş,
9221 m2 sahədə pilləkən
qəfəsləri suvaqları
sökülərək yenidən
vurulmuş və emulsiya ilə rənglənmişdir. Beş
mərtəbəli yaşayış
binalarının kürsü
hissəsinə 507 m2 sahədə
ağlay üzlük materialı vurulmuş, binalarının pilləkən
meydançalarına 167 m2 sahədə
metlax döşənmiş,
binaların ətrafına
475 m2 sahədə mozaik
səki daşları
düzülmüş, binaların
qarşısına 1370 m2 asfalt
örtüyü vurulmuş,
1265 p/m kanalizasiya xətti
çəkilmişdir. Hazırda bu
işlər davam etdirilir. Şəhərin
H.Əliyev prospekti 1 və Bakı prospekti 5A saylı 2 mərtəbəli yaşayış
binalarında əsaslı
təmir işlərinə
başlanılmış, Aran
qəsəbəsi 1 və
2 saylı 5 mərtəbəli,
Aran qəsəbəsi
23,24,25,26 saylı 2 mərtəbəli
yaşayış binalarının
ərazisində abadlıq
işləri aparılır,
parklar salınır.
Əhalinin məşğulluğunun artırılması məqsədi
ilə rayon İcra Hakimiyyətinə ayrılmış
vəsait hesabına şəhərin S.Şıxəliyev
küçəsi 19,21,22,23,24
və 25 saylı 2 mərtəbəli yaşayış
binalarında 3440 m2 sahədə
dam örtüyü taxta
şəbəkələri ilə birlikdə sinklənmiş metal vərəqələrlə
yenidən işlənmiş,
30 m2 metal qapılar qoyulmuş,
xarici fasad divarlarına 2040 m2 sahədə,
pilləkən meydançalarında
649 m2 sahədə yeni
suvaq qatı vurulmuş, pilləkən
meydançalarına 142 m2 sahədə
metlax üzlük materialı döşənmişdir.
Hazırda şəhərin H.Əliyev
prospektində 100 çarpayılıq
rayonlararası Psixiatriya
Xəstəxanasının tikintisinə başlanılmış,
rayonun Axtaçı-Qarabucaq
kəndində 132 şagird
yerlik tam orta məktəb binasının
tikintisi məqsədi
ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən
Respublika Təhsil Nazirliyinə vəsait ayrılmış, torpaq sahəsi müəyyənləşdirilmiş,
hazırda məktəbin
layihə-smeta sənədləri
hazırlanır.
2016-cı ilin II rübündə
telefona olan tələbatla əlaqədar
əhaliyə 226 ədəd
telefon çəkilmiş,
118 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə
verilmişdir.
Əhalinin genişzolaqlı internet xidmətinə
olan təlabatını
ödəmək və
xidmətin keyfiyyətini
artırmaq məqsədilə
2016-cı ilin hesabat dövründə rayonda ümumilikdə 262 port tutumlu
DSLAM avadanlığı quraşdırılmışdır.
2016-cı ilin II rübündə
rayonun Sığırlı,
Muradxan və Topalhəsənli poçt
şöbələri əsaslı
təmir olunaraq əhalinin istifadəsinə
verilmişdir.
Dövlət Proqramının icrası
ilə əlaqədar
2016-cı ilin 6 ayı
ərzində Kürdəmir
şəhərinin küçə
və prospektlərində
də əsaslı təmir işləri aparılmışdır. Belə
ki, şəhərin M.B.Qasımov küçəsində
3070 m2, E.Mikayılov küçəsində
2630 m2, 20 yanvar küçəsində
2130 m2, Koroğlu küçəsində
5573 m2, M.Əzizbəyov küçəsində
2647 m2 və M.Müşfiq
küçəsində 3885 m2, cəmi 19935 m2 yeni asfalt örtüyü vurulmuşdur.
...Və digər istiqamətlər
Rayonda təhsil,
səhiyyə və mədəniyyət sahələrinin
inkişaf etdirilməsi,
mövcud problemlərin
aradan qaldırılması
ilə əlaqədar
müvafiq tədbirlərin
həyata keçirilməsi
diqqət mərkəzində
olmuşdur. Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevin tapşırığına
əsasən 2016-ci ilin
fevral ayının
15-dən may ayının 14-dək rayonda əhalinin tibbi müayinədən keçirilməsi təmin
edilmişdir.
Rayon üzrə 102 min nəfər tibbi müayinədən keçirilmişdir. Bunlardan
6065 nəfəri ambulator,
781 nəfəri isə
stasionar müalicəyə
cəlb olunmuş, 226
nəfəri isə xəstəliyi ilə bağlı müayinə
olunması üçün
Bakı şəhərinə
göndərilmişdir.
Bu günlər Kürdəmir
rayonunda abadlıq, tikinti-quruculuq işləri
ilə yanaşı,
rayon həyatının digər
sahələrində də
tədbirlər davam edir. Rayon rəhbərliyi bütün istiqamətlərdə
fəaliyyət dinamikliyini
və effektliyini yüksəltməyə çalışır.
Məzahir ƏHMƏDZADƏ
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
ədalət.-2016.-6 sentyabr.-S..3.