"NƏFƏSİMİN
QATİLİ"
Dəyanət
Osmanlının şeirlər kitabıdır
Yaxın günlərin söhbətidir. Zəngləşdik, sonra da görüşdükö.
Həmişəki kimi buğlanan
çay süfrəsi
arxasında öncə
özümüzdən danışdıq,
sonra sözümüzdən
və sonra söz də sözü çəkdi.
Həmin
o ortaya çəkilən
söz mənə bir sirr açdı.
Öyrəndim ki, sən demə, nəfəsimin qatili dünyaya gəlib. Mənim də bundan
xəbərim olmayıb.
İstəyimi, marağımı nəzərə
alan dəyərli
Dəyanət bəy çantasından mənim
kitab payımı çıxardı. Və ruhumu
oxşayan, məni duyğulandıran avtoqrafla
nəfəsimin qatilini
mənə bağışladı.
Tənbəllik etmədim. Elə son bir həftənin
içərisindəcə baş-başa qaldım
"Nəfəsimin qatili"
ilə. Oxudum və
düşündüm. Çünki düşünməyə məni misralar məcbur edirdi, daha doğrusu, misralardakı fikir yükü. Təsəvvür edin ki, Dəyanətin
hər misrası barlı bir ağaca bənzəyirdi.
Kifayət qədər yükü
var. Oxuduqca o yük sanki qat-qat gözümün
önündə bir-birini
əvəz edir.
Hər qatın özündə də bir qat
çıxır qarşına.
Və sən mütləq mənada düşünməyə
məcbur olursan.
Bax, bu məqamda
olduğu kimi:
Çarəsizliyin başı üstə
Qosqoca türk bayrağı,
Surətini görüncə
Adamın
sözü dilində
Dili ağzında titrər
Al qumaş kimi.
Düşmənin qəsbkar xislətində
Əsir-yesir qalan vətən
torpağı
Sərdarını bular-bulmaz
Üstünə yeriyər
Basılmaz ölümün
Ardıyca o bayrağıng
Qosqoca türk bayrağı
Qızıl qırmızı sinə
dağı,
Fələyin ünü yetməz
Yeniltməyə qosqoca
Ucalıqlar sərdarını...
Bəli, kitabın ilk şeiridi bu.
Adı da "Ucalıqlar sərdarı"dı. Şeiri
oxudum, gözümün
qabağında həmin
o bayraq... həmin o düşmən tapdağı
altındakı doğulduğum
torpaq... özüm və bir də
Dəyanət!.. Əslində bu bir tablodu. Bizim durumumuzun, bizim
yaşamımızın tablosu.
Üstəlik bu tabloda bizim kimliyimiz, hardan-hara gəlməyimiz ifadə olunur. Hələ hardan hara getdiyimizin
də cizgiləri var burda. Ona görə də:
Bir yol seçib
Yürüdüm yıxıla dura,
Nə ilkində, nə sonunda
Ayaqlarım tanımadı.
Ayrıldıq kor-peşman
Mən qaldım öz suçuma sığınıb,
O getdi acımadan.
Hə, elə biz hamımız seçə-seçə, bəyənə-bəyənə
və nəhayət həm də bir az gecikə-gecikə görürük
bütün işləri.
Ona görə də dəlilər vurub çayı keçəndə
biz hələ sahildə
oluruq.
Özü də dayandıımız
sahildə, keçmək
istədiyimizdə yox.
Dəyanət Osmanlının məktubları
da maraqlıdı. Çünki o məktublar sənə, mənə yazılır,
bizə ünvanlanır.
Təbii
ki, məktublar yazılanda ortada bir səbəb olur. Ən azından hal-əhval
tutmaq səbəbi.
Amma Dəyanət təkcə
hal-əhval üçün
yox, xatırlatmaq üçün yazır məktubları. Yəni yaddaşı
təzələyir. Gözün mürgüsünü
qovur. İstəyir ki, unutmayasan,
yəni unutmadığın
üçün də
özün də unudulmayasan. Axı:
Yadında varsa,
Sənə bir çəmən
yolladım,
Sinə
torpağı kimi
Amma hələ
Nə bir çiçək qoparmısan,
Nə də arısını qovmusan...
Sənə məktublar yazdım
Ağlına gəlməz olay
kimi,
Sənə bir küskün
xatirə yolladım
Boşalmış yurd yeri kimi...
Sənə məktublar yolladım,
Hələ almadınsa,
Qəlb
krizisi keçirib
Yəqin
hardasa...
Və yaxud ikinci məktubda
deyir:
Sənə məktublar yazdım
gecələr,
Yola salarkən gündüzlər
Utanıb
verdim fələyin atəşinə,
Nə yazmışdım,
Nə ummuşdum həyatdan -
Unutdum adın
kimi.
O məktubları məndən
sonra
Tapıb
kiminsə yaddaşından
Oxumadan cırıb geyinəcəklər
Və çox üzücü
Adına
rəva bilmədiyin
Sözlər söyləyəcəklər.
Bəli, bu şeirlər də elə əvvəlki kimi adamı öz aurasına alır. Sənə pıçıldayır ki, aç oxu bu məktubları, o sətirlərin arasına bax. Orda özünü görəcəksən. Çünki o məktublar yaşananları ifadə edir, xəyalları yox. Gerçəyi yaddaşında təzələyir, arzusunda olduğunu yox. Bax, bu mənada sən o məktublarla həmin o durumuna, o gününə qayıdırsan, gerçəkləşirsən. Çiynindəki, ürəyindəki hər nədisə onu mənzilbaşına aparırsan. Axı sənə yaşadıqlarını təzədən yaşadan məktublar var əlində. Ona görə də nəfəsimin qatili səni yoldan saxlaya bilmir. Əksinə, səni bir az da mübariz edir. Bu kitabda nəfəsimin qatili adlı iki şeir də var. Şair yazır:
Rastlarkən rəsminə itirdiyim birinin
üzü unudulmuş dostu görəndə
anılar adamın nəfəsini kəsir.
Bir hüzür törənində
bir doğma söz eşidəndə
bir əşyaya toxunub sındıranda
çox uzucudur
keçmişə dönmək.
Ədalət.-2016.-8 sentyabr.-S.3.