AZƏRBAYCAN DEYƏNDƏ
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.
"Hər ölkəyə, hər elə,
Olsun hörmət", deyirəm.
"Vətənindir, vətənin,
İlk məhəbbət", deyirəm.
"Onun şöhrət tacıdır,
Şer-sənət" deyirəm.
Mən vətənə, "Füzuli,
Abbas Səhhət" deyirəm!
Mən vətənə, "Sabiri
Doğan qeyrət", deyirəm!
Mən vətənə, "Üzeyir,
Müşfiq, Səməd", deyirəm!
"Günəş kimi müqəddəs
Bir həqiqət", deyirəm,
Azərbaycan deyəndə.
"Dünya məni dinləsin,
- Diqqət, diqqət!",
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
"Haralısan?" sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac
alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, sədləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! - Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim
coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!
Ana dilim
Qalxıb
Şahdağına söz
istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm -
Öz ana dilini bilməyənlərə!
Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd
kimidir,
Anamız
Vətən də qürbət kimidir -
Öz ana dilini bilməyənlərə!
İtsin
gözlərimdən qoy
ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan
zəhərindən acıdır
dilim -
Öz ana dilini bilməyənlərə!
Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi
yad olur -
Öz ana dilini bilməyənlərə!
Mən qədim "Qarabağ şikəstəsi" yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm -
Öz ana dilini bilməyənlərə!
Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən
heç vaxt silinməz.
Füzuli
şeirdə kimdir bilinməz -
Öz ana dilini bilməyənlərə!
Beyninə girmədi, ana öyüdü,
Əsilsiz yaşayıb o küt
böyüdü,
Görüm haram olsun ananın südü -
Öz ana dilini bilməyənlərə!
Yad əllə bir çiçək, gül
dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer
verilməsin -
Öz ana dilini bilməyənlərə!
Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin
olmaz gərəyi.
Haramdır Vətənin halal
çörəyi -
Öz ana dilini bilməyənlərə!
Bu dildə bir qızmış pələngəm,
şirəm,
Aslanlar döşündən
mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm -
Öz ana dilini bilməyənlərə.
Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz
tuşlayıram
Öz ana dilini bilməyənlərə.
Birinə
əslini danıb desələr,
Bu nifrət ölüncə
ona bəs edər,
Bir gün öz övladı qənim kəsilər -
Öz ana dilini bilməyənlərə.
Qədrini bilməsə kamanın,
neyin,
Saman çuvalıdır o baş,
o beyin
Bu ana torpaqda fərari
deyin -
Öz ana dilini bilməyənlərə!
Övlad
ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalət ömürlük
olur.
Vicdan da, qeyrət də artıq yük olur -
Öz ana dilini bilməyənlərə!
Bu gün azad dilli
Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır
ögey kimi ağbirçək anam -
Öz ana dilini bilməyənlərə!
Şairəm, adım da Tofiq Bayramdır,
Bu dil cəngi səsim, ana laylamdır.
Vətəndaş sözünü demək
haramdır,
Vətənin karına gəlməyənlərə.
Bu qanun ən ağır
bir ittihamdır -
***
Gəlirəm Xəzəri yara-yara,
Zəhmətin nur verir bu diyara
Sənsən ürəyim,
Arzu, diləyim,
Sənsən ürəyim,
Eşqim,
diləyimsən..
Sənsən,
Sənsən, Xəzər, mənim
ürəyimdə
Sənsən, sənsən Xəzər,
Mənim
ÜrəyimdəSən..!
Hər gecə sahili seyr edərkən
Ulduzlar göz vururdu, tez gəlim mən
Sular
"gəl" deyir,
yarın gözləyir..
Sənsən,
Sənsən, Xəzər, mənim
ürəyimdə
Sənsən, sənsən Xəzər,
Mənim
ÜrəyimdəSən..!
Sən mənim solmayan baharımsan,
Dağlartək əyilməyən vüqarımsan,
Sənsən ürəyim, arzum-diləyim,
Eşqim,
diləyimsən!
Sənsən,
Sənsən, Xəzər, mənim
ürəyimdə
Sənsən, sənsən Xəzər,
Mənim
ÜrəyimdəSən..!
"Şöhrət"
Şöhrət bir sürüşkən,
möhtəşəm qaya,
Ləl, gövhər
parlayır başında
onun.
Hər qalxan özünü çətin saxlaya,
Dərd olur üstündən aşanda onun.
Sürünə-sürünə qalxır ilanlar,
Qartal qanad çalıb birdən ucalır.
Orda məskən salır layiq olanlar,
Nalayiq sürüşüb
dərədə qalır.
"İntizar"
Bir göyün altında gəlib görüşən,
O iki taleyi bezar
bizimdir.
Qoşa
durna kimi qürbətə düşən,
O bir cüt müqəddəs
məzar bizimdir.
Onların gəlməyi qalıb haçana?
El burda, dil burda, ruh bəs
hardadır?
Cavidi gətirdik Azərbaycana,
Nəsimi, Füzuli intizardadır.
Ədalət.-2016.-10 sentyabr.-s.12.