OQTAY RZANIN "ƏBƏDİYYƏT"
ŞEİRİ VƏ BİR MÜSABİQƏ HAQQINDA
QEYDLƏRİM
Ramiz
Məmmədzadə
Milli poeziyamızın seçilib-sayılan,
mübarək imzası
mətbuat səhifələrindən
düşməyən, kitabları
vaxtaşırı nəşr
edilən (göz dəyməsin!), özü
telekanllarda görünən,
səsi radio dalğalarından
eşidilən, Natəvan
klubunun ən fəal üzvü kimi çıxış edən, şairlərimizin
ön sıralarında
addımlayanlardan biridir
Oqtay Rza, desəm, heç kəs təəccüblənməz.
Burası
belədir və üstəlik Oqtay Rza dostumdur, baxmayaraq ki, o, Salyan tərəflərdə
bu dünyaya təşrif gətirib, ümumi cəhətlərimiz
yetərincədir... Yaş məsələsindəsə,
Anar müəllim demişkən "obeddən
ujinədək" fərqimiz
var.
Əməyi qiymətləndirilməyib desəm,
insafsızlıq olar.
Pedaqoji Universitetdəki səmərəli
fəaliyyətinə Prezidentimizin
Sərəncamı ilə
"Əməkdar müəllim"
fəzri adı ilə qiymət verilib, fəlsəfə doktorudur, dosentdir, hələ "Qızıl
Qələm" diplomu
indiki kimi bazara çıxarılıb
əşya kimi satılan vaxtdan xeyli əvvəl o, bu mükafata (1972-ci ildə) layiq bilinib və qızıl suyuna çəkilmiş döş
nişanını da hərdən pencəyinin yaxasında görürəm
(və bəyənirəm!).
Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Rəzul Rza mükafatlarının
sahibidir və s.
Digər
təltifləri də
var, məncə...
Oqtay müəllimin
imzasını görüncə,
təbii ki, yazdıqlarını oxuyuram.
"Ədəbiyyat" qəzetinin
27 avqust 2016-cı il tarixli nömrəsində onun bir səhifədə verilmiş şeirlərini
həvəslə oxudum.
"Əbədiyyət" şeiri mükəmməl
bir poetik nümunə kimi məni kövrəltdi. Qarabağ müharibəsi
mövzusunda qələm
adamları (şair və nasir olmayanlar
da) saysız-hesabsız
şeir, poema, hekayə... roman yazıb nəşr etdiriblər.
Oqtay müəllim
çox maraqlı bir şeir formasında
Qarabağ döyüşlərində
həlak olmuş Haqverdi Fəxrəddin oğlu haqqında oxunaqlı bir şeir yarada bilmişdir. Füzuli tərəflərdə, Harami düzündə döyüşən Haqverdinin
hünəri barədə
Oqtay Rzaya mənim də şəxsən tanıdığım
komandir, "Azərbaycan
bayrağı" ordeni
ilə təltif edilmiş Şahid Həbibullayev danışıb.
Yeri gəlmişkən,
onu da bildirim
ki, Şahid rəhmətlik milli məişət əşyalarından:
səhəng, güyüm,
satıl, məcməyi,
qazan, çılçıraq,
çeşid-çeşid samovarlardan və s. və i.a ibarət
unikal, bənzərsiz
bir muzey də yaratmışdı.
Sonralar eşitdim ki, o, bu əşyaların hamısını dövlət
muzeylərinin birinə
bağışlamışdır.
Şair
yazır:
Misralar qəlbinin yaysın səsini
Yolları yozmağa hazıram yenə.
Şəhid Haqverdinin tarixçəsini
Şahid Həbibullah danışıb
mənə.
Murdar ermənilərlə döyüşdə
həlak olan Haqverdinin ölüm səhnəsini müəllif
belə təsvir edir:
Bir anda qeyb olur
mərd fədaimiz
Nə nəşi,
nədə ki, yarağı qalır.
Yoxdur varlığından bir nişan, bir
iz
Təkcə silahının çaxmağı
qalır.
Sonra şair misraların dililə Haqverdiyə ağı söyləyir:
Bağda
gül ağlasın,
Dağda bulaq, çay-deyir.
İndi Zərdab rayonunun Yuxarı Seyidlər kəndində cavan Haqverdi Fəxrəddin oğlunun uyuduğu bir məzar var, bu məzar
ziyarət yeridir, pirdir.
Oqtay Rza hamını döyüşə, səngərə
haraylayıb, bizləri
həyəcanlandırır:
Haraya yetməmək insafa ziddir,
Ey ustad qələmi,
Rəssam
fırçası!
Torpağın altında torpaq
şəhiddir,
Şəhiddir Vətənin kiçik
parçası!..
Haqverdi evlənməmişdi, subay
idi, hələ "hərisi" alınmamışdı...
Elə bu məqamda tələbəlik illərindən
tanıdığım və
çox cavan çağlarında vəfat
etmiş, Xızı tərəflərdə doğulmuş,
dağlı balası
şair Fikrət Cavadovun aşağıdakı
misraları yadıma düşdü:
Bir qardaş itirmişəm
"hərisi" alınmamış,
Bir beşik itirmişəm laylası çalınmamış...
Ruhun şad olsun, Fikrət!
Məncə, Oqtay Rzanın "Əbədiyyət" şeirini orta məktəb dərsliklərinə daxil etmək üçün "baş sındırmaq" gərk deyil, bu, mənim qənaətimdir.
Mən Oqtay müəllimə məsləhət gördüm ki, bu şeiri "Qayğı və himayə" adlanan fondun elan etdiyi müsabiqəyə təqdim etsin.
Oqtay müəllim isə bildirdi ki, "Əbədiyyət" şeirini müsabiqəyə təqdim edə bilməyəcəyəm, çünki mətbuatda dərc olunub (?)
Mən Fondun çox pinti bir dildə yazılmış elanını bir də oxudum və qeyri-məntiqi, sual doğuran, başadüşülməz bu mətn məni təəccübləndirdi.
Həmin mətnin bir əndərəbdi cümləsini diqqətinizə çatdırıram:
"Müsabiqəyə təqdim ediləcək şeirlər heç bir müsabiqədə mükafat almamalı (?), hər hansı bir mətbu orqanda dərc olunmamalıdır(?)"
Bu qeyri-dəqiq, məntiqdənkənar göstərişi kim və niyə "icad" edib, deyə bilmərəm, amma onu deməyə məcburam ki, nəşr olunmamış kitabı, çəkilməmiş tablonu, ifa edilməmiş musiqini (mahnını), tamaşaya qoyulmamış dram əsərini və s. müsabiqəyə (mükafata) necə, hansı şərtlərlə təqdim etmək olar, buyurub bizləri başa salsınlar...
Bir də ki,
əsərin dərc olunmağının nəyi pisdir ki?... belə hal hansı qaydanı, prinsipi pozur ki?..
Mən Oqtay müəllimə məsləhət bildim ki, sən bu
şeiri müsabiqəyə
təqdim elə, belə müsabiqə şərtlərini "kəşf"
eyləyənlərə isə
ta nə sözüm ola bilər ki?..
Ədalət.-2016.-10
sentyabr.-S.11.