ADINI, TARİXİNİ UCALDAN BİLƏSUVAR

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Bu gün ölkə prezidentinin bəlli sərəncamına əsasən regionların inkişafına dair Dövlət Proqramı bütün sahələr üzrə, özü də necə deyərlər, tam surətdə həyata keçirilməkdədi. Məhz proqramın icra vəziyyəti ilə bağlı bölgələrə etdiyimiz səfərlər zamanı biz öz gözlərimizlə həmin o inkişafın mənzərəsini, eləcə rəqəmlərlə onun dinamikasını izləyə bilirik. Bax, bu mənada baş çəkdiyimiz bölgələrdən biri olan Biləsuvarda həm inkişafın tempini, sürətini müşahidə edə bildik, həm onun spesifik cəhətləri ilə yerindəcə sakinlərin dilindən müəyyən biligilər əldə etdik.

Bəli, Azərbaycanın kənd təsərrüfatı rayonlarından biri olan Biləsuvarda günün real mənzərəsini faktların dili ilə gözdən keçirəndə onda bizə bu barədə bilgi verən rayonun məsul işçiləri daha çox rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin ötən ilin yekunlarına dair hesabata məruzəsinə istinad edirdilər. Elə biz ilk öncə həmin hesabata söykənməklə yanaşı, həm paralel olaraq öz müşahidələrimizi bir araya gətirdik. Məlum oldu ki, 2016-cı ildə rayonda sosial-iqtisadi inkişafa yüksələn xətt üzrə davam etdirilmiş müəyyən uğurlara imza atılmışdı. Bir az da konkret ifadə etsək, onda məlum olar ki, ötən il Biləsuvarda yerli gəlirlər 16,6 milyon manat təşkil etmişdi. Bu rəqəmi faizə çevirib ifadə edəndə bəlli olur ki, rayonda yerli gəlirlər 100,6 faiz təşkil etmişdi. İlk baxışdan o qədər böyük rəqəm olmasa da, amma mövcud iqtisadi şəraiti, xüsusilə dünyada baş verən prosesləri bazar iqtisadiyyatının elementlərini araşdıranda bu nəticənin qənaətbəxş olduğunu birmənalı şəkildə qəbul etmək mümkündü.

Ümumiyyətlə, bu gün Biləsuvarda həm gəlir, həm xərclər bir növü balanslaşdırılmış şəkildə nəzarət altında saxlanılır. Daha az xərcləyib daha çox gəlir götürmək prinsipi həm sahibkarların, həm adamlarının, həm bütövlükdə rayon iqtisadiyyatını idarə edənlərin əsas devizinə çevrilibdi. Ona görə rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə olunudu. Həmin nəticələri rəqəmlərlə ifadə etsək, onda məlum olar ki, rayonda kənd təsərrüfatının payı, özü məhsul istehsalındakı payı 97,3 milyon, sənayenin payı 15,8 milyon, tikintinin payı 31,1 milyon manat təşkil edir. Son nəticədə o da məlum olur ki, məhz inkişafına real nəticəsi kimi rayonda adam başına düşən gəlirlərin rəqəm göstəricisi 2670 manatdı. Onu da vurğulamaq yerinə düşər ki, bu gün Biləsuvar rayonunda orta aylıq əməkhaqqı da təqribən 281 manat təşkil edir. Bu rəqəm kənd rayonu üçün, yəni fərdi təsərrüfatların mövcud olduğu bölgə üçün heç pis göstərici deyildi.

Azərbaycan prezidenti İlham Əliyev cənablarının hər regiona göstərdiyi diqqətin içərisində Biləsuvarın da özünəməxsus yeri var. Doğrudu, Azərbaycan artıq uzun bir müddətdi ki, zorla müharibəyə cəlb olunub, torpaqlarımızın 20 faizi işğal altındadı. Ona görə müharibənin fəsadlarının, milli təhlükəsizliyimizin, torpaqlarımızın işğaldan azad olunmasının son dərəcə zəruriliyini vurğulayan Azərbaycan prezidenti eyni zamanda güclü olmağımız üçün iqtisadiyyatımızın onun bütün sahələrinin ən yüksək səviyyəyə qalxmasının vacibliyini dəfələrlə söyləmişdi. möhtərəm prezidentimiz bildirmişdi ki, "bu gün Azərbaycan müstəqil dövlətdir, ona heç kim təzyiq göstərə bilməz o, öz yolu ilə gedir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi sosial proqramlar icra olunmuş, ötən il qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilmişdir".

Bəli, Azərbaycan iqtisadiyyatının inkişaf tempi özünü Biləsuvarda da açıq şəkildə göstərir. Yəni 2014-ci ilin "Sənaye ili" elan olunması Biləsuvarda həm adamlarının, həm sahibkarların daha geniş, daha çoxsahəli proqramların gerçəkləşdirilməsinə yeni imkanlar yaratmışdı. Məhz Biləsuvarda yeni sənaye məhəllələrinin yaradılması üçün ayrılmış 10 hektar sahə də rayon sahibkarlarının ixtiyarına verilmişRespublika Sahibkarlığa Milli Fondu tərəfindən ayrılmış 1,4 milyon manat rayonun 113 sahibkarı arasında bölüşdürülərək onlara maliyyə dəstəyi verilmişdi. Son nəticədə bu da, yəni həmin o güzəştli kreditlər də yeni yerlərinin açılmasına, həm də qarşıya qoyulan məqsədlər üçün yaşıl işıq yandırmışdı. Faktiki olaraq bu gün Biləsuvar sahibkarları həm sahibukarlığa kömək milli fondunun, həm öz imkanlarının, həm də rayon rəhbərliyinin yardım və dəstəyi ilə rayonda iqtisadi inkişafın çox böyük bir yükünü öz üzərinə götürmüşdü. Bu da rayonun iqtisadi gücünün artmasına şərait yaratmışdı. Əgər konkret rəqəmi dilə gətirsək, onda deyə bilərik ki, ötən il Biləsuvarda 1445 yeni yeri açılmışdır ki, bu da elə həmin sayda ailənin sosial durumunun yaxşılaşdırılması deməkdi. Azərbaycan prezidenti İlham Əliyev cənabları vurğulamışdı ki, "mən Azərbaycanın hər bir vətəndaşının prezidentiyəm. Məqsəd və məramımız da hər bir vətəndaşımızın daha yaxşı yaşaması və daha yaxşı təmin olunmasıdı". Ölkə başçısının bu fikirləri Biləsuvar rayonunda demək olar ki, hər bir ailənin timsalında özünü ifadə edir. Göründüyü kimi, təkcə yerli imkanlar, rayon iqtisadiyyatının inkişaf tempi deyil, həm də rayon sakinlərinə, xüsusilə aztəminatlı ailələrə ünvanlı sosial yardımın veriləmsi də Biləsuvarda qanunauyğun şəkildə gerçəkləşdirilir. Faktiki olaraq bu gün rayonda 1258 ailə və hər bir ailəyə də 130 manat olmaqla sosial yardım göstərilir. Deməli, Azərbaycanda insan amili, vətəndaşa diqqət və qayğı ölkənin hər bir guşəsində, o cümlədən də Biləsuvarda həyatın gerçəkliyidi. Bunu görməmək, bundan yan keçmək mümkün deyil.

 

(ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2016.-15 sentyabr.-S.3.