İLK ZƏNG SƏSLƏNİR...
Bu gün
ümumtəhsil, orta ixtisas
və ali məktəblərdə yeni dərs ili
başlayır
Ölkəmizdə təhsilin inkişafına
və tərəqqisinə
prezident İlham Əliyev tərəfindən
xüsusi diqqət və önəm verilir. Təsadüfi deyil ki, son
on ildə məmləkətimizdə
müasir tələblərə
cavab verən yüzlərlə yeni məktəb binaları tikilib və bir o qədər də köhnə məktəblər əsası
təmir edilərək
istifadəyə verilib.
Təbii
ki, bu da
təhsilin inkişafına
çox böyük təkan verir.
Bu mənada Sabunçu
rayonundakı 271 nömrəli
tam orta məktəb də inkişafdan kənarda qalmayıb. Belə ki,
məktəb əsaslı
surətdə yenidən
təmir edilib və ən müasir texniki avadanlıqlarla təchiz olunub. Şübhəsiz ki, müasir
tələblərə cavab
verən təhsil ocağında şagirdlərə
elmi biliklər aşılamaq və onları vətənpərvərlik
ruhunda tərbiyə etmək daha məqsədəuyğundur. Onu da qeyd edək
ki, bu təhsil
müəssisəsində 1780 şagird oxuyur və onların təlim-tərbiyəsi ilə
170 müəllim məşğuldur.
271 nömrəli tam orta
məktəb Sabunçu
rayonunun ən qabaqcıl təhsil ocaqlarındandır. Hər il bu məktəbi bitirən və ali təhsil
ocaqlarına yüksək
balla qəbul olan məzunlar rayon icra hakimiyyətinin başçısı Adil
Vəliyev tərəfindən
qəbul edilir və onlara qiymətli hədiyyələr
verilir. Bu il
də 600-dən çox
bal toplamış 9 məzun
icra başçısı
tərəfindən qəbul
edilərək mükafatlandırılıb
və onların qazandığı uğurlar
xüsusilə vurğulanıb.
İcra başçısı Adil
Vəliyev bildirib ki, rayonda bütün
abadlıq və quruculuq işləri prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində həyata
keçirilib. Və biz də
prezidentin yeritdiyi siyasəti müdafiə edərək təhsilə
də xüsusi önəm veririk. İstedadlı şagirdlərimizi həmişə qiymətləndirməyə
çalışırıq və onları ruhlandırmaq istəyirik.
Bu gənclər bizim gələcəyimizidir.
Məktəbin direktoru tanınmış
ziyalı, şair-publisist
Səməndər Məmmədov
bildirir ki, bu il orta məktəbi bitirmiş məzunların
66 faizi tələbə
adına layiq görülüb. Onlardan
9 nəfər 600-dən yuxarı,
digər 9 nəfər
isə 590-dan yuxarı
bal toplayıblar. Bu isə o deməkdir
ki, müəllimlərimizin
çəkdiyi zəhmət
hədər getməyib
və onlar öz əziyyətlərinin
bəhrələrini görüblər.
Ümumiyyətlə, müəllim onda
sevinir ki, şagirdi onun etimadını doğruldur
və tələbə
adını qazanır.
Mən bir faktı da qeyd etmək
istəyirəm ki, təhsilə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən, o cümlədən
təhsil naziri Mikayıl Cabbarov və rayon icra hakimiyyətinin başçısı
Adil Vəliyev tərəfindən xüsusi
diqqət yetirilir.
Məhz bunun nəticəsidir ki, şagirdlərimiz çox böyük uğurlara imza atırlar.
Məktəbin direktor müavini
Rüxsarə Əlizadənin
də şagirdlərin
qazandığı uğurlarda
çox böyük zəhməti var. Belə ki, o, 600-dən yuxarı bal toplayan məzunlara
riyaziyyat fənnindən
dərs deyib. Məktəbin məzunlarından
Ləman Əsədli
664 bal toplayaraq Azərbaycan
Diplomatiya Akademiyasının
biznesin idarəedilməsi
fakültəsinə, Həsən
Əliyev 661 bal yığaraq
Tibb Universitetinin stomotologiya fakültəsinə,
Taleh Dadaşov 649 bal toplayaraq BDU-nun hüquq fakültəsinə, Zöhr
Babazadə 647 bal toplayaraq
İqtisadiyyat Universitetinin
iqtisadiyyatın idarəedilməsi
fakültəsinə daxil
olublar. 7 nəfər bir sinifdən yüksək bal toplayaraq ali məktəbin tələbəsi
adını qazanıb.
Həmin
sinifin rəhbəri Sevda Əliyevadır.
Aydındır ki, bu cür əziyyətlər
gec-tez özünün
bəhrəsini verir.
Bir faktı da qeyd
edək ki, həm Zöhr, həm Həsən, həm də Taleh respublika olimpiyadalarında yüksək
yer tutublar.
Bayaq dedik ki, bu məktəb
qabaqcıl təhsil ocaqlarından sayılır. Bu həqiqətən də belədir. Belə ki, məktəbin müəllimi Təranə
Məhəmmədova "İlin
müəllimi" adına layiq görülüb. Digər müəllimlər
Nazilə Abdulhəsənova,
Bəsirə Xudayarova,
Mətanət İbrahimova
da bir pedaqoq
kimi həmişə fərqlənir və şagirdlərinin yaddaşlarında
xoş izlər qoyublar. Onlar bu gün çox
böyük qürur hissi keçirirlər ki, bu il məktəbi bitirən məzunlar müəllimlərinə böyük
sevinc bəxş ediblər.
Məktəbdə müxtəlif müsabiqələrdə
uğur qazanan, fərqlənən şagirdlər
də var. Məsələn,
Nazilə Hüseynovanın
rəhbərliyi ilə
keçirilən "Gənc
fiziklər" müsabiqəsində
8-ci sinif şagirdi Pəri Vəliyeva, 9-cu sinif şagirdi Murad İnsanov, 10-cu sinif şagirdi Nigar Bayramova bu müsabiqədə 2-ci
yeri tutaraq fərqlənmə diplomu ilə təltif olunublar. Məktəbin 7-ci sinif şagirdi
Elton Məmmədov isə
Almaniyada keçirilən
dzü-do üzrə çempionatlda erməni idmançısını məğlub
edərək qızıl
medala layiq görülüb.
Bu gün müəllimlərin,
şagirdlərin çox sevincli
anlarıdı. Onların çöhrəsində bir sevinc, bir
fərəh hiss olunur.
Çünki yeni dərs ilinin ilk günüdür. 271 nömrəli
tam orta məktəbdə
də "Bilik günü" böyük
sevincə səbəb
olub. Bu gün həmin məktəbə
179 şagird ilk dəfə
qədəm basır və onlar ilk zəngin səsini eşitməmişdən öncə
məktəbin direktoru
Səməndər Məmmədovun
xeyir-duasını alırlar.
Səməndər müəllimlə yanaşı, tədbirdə
iştirak edən digər ziyalılar, qonaqlar və nümayəndələr də
şagirdləri salamlayır
və onlara yeni dərs ilində uğurlar arzulayırlar. Səməndər Məmmədov sonda ürək sözərini
ifadə edərək
bildirir k, bu günün 1-ciləri sabahın
11-ciləridir. Onlar da bizi nə vaxtsa sevindirəcək və yeni bir şərəfli
tarix yazacaqlar.
Ədalət.-2016.-15
sentyabr.-S.3.