TƏHSİL ZİRVƏSİNİ FƏTH EDƏNLƏR

 

 (Qəbul imtahanlarında 600 baldan çox nəticə

göstərən abituriyentlərin uğur hekayətləri)

 

Son illərdə respublikamızda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin imfrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Bunun nəticəsidir ki, Salyan rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar da ildən-ilə uğurlu nəticələr əldə edirlər. Bu baxımdan Salyan rayon 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin məzunları olan, rayonumuzda çox məşhur Rzayevlər sülaləsinin yetirmələri Ramil, Əliağa Xəyyam oğlu Rzayevlərin və Tahirə Nəcməddin qızı Axundovanın əldə etdikləri nəticələr çox fərəhli və ürəkaçandır.

Bu günlərdə başımızı uca edən bu yeniyetmələr rayonumuzun tanınmış müəllimləri Safurə Rzayeva və Xoşbəxt Rzayeva ilə birlikdə redaksiyamıza gəlmişdilər. 7 saylı məktəb-liseyin müəllimi olan Safurə xanım Rzayeva sevinc hissi ilə bildirdi ki, o, bu il XI "A" sinfinin həm riyaziyyat müəllimi, həm də sinif rəhbəri olmuşdur. 24 nəfər şagirdi olan bu sinfin 50 faizə yaxını qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. 3 nəfər şagird 600 -dən yuxarı bal toplayıb. Səmra Mustafayeva 653 bal (III qrup), Ramil Rzayev 648 bal (I qrup), Tahirə Axundova 632 bal (III qrup), Əliağa Rzayev 577 bal (I qrup), Almaz kazımova 566 bal (III) və Ülkər Hüseynova 562 bal (III qrup) toplayaraq artıq tələbə adını qazanmışlar. 48 illik pedaqoji fəaliyyətimdə şagirdlərimi həmişə öz doğma övladlarım kimi sevmişəm.

 

Əgər soruşsalar dövlətin nədir,

Demə ki, diplomlar, sənədlərimdir.

De ki, yüz sənətin sahibi olan

Övladım sandığım şagirdlərimdir.

Safurə xanım möhtərəm prezidentimiz cənab İlham Əliyevə rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirərək təhsilimizin daha da uca zirvələr fəth edəcəyini bildirdi.

S.Rzayeva həm ona görə sevinir ki, bu məzunlardan üç nəfəri onun nəvələridir. Ramil Əliağa oğlu Xəyyamın, Tahirə Axundova isə qızı, Salyan rayon Mərkəzi Xəstəxanasının fizioterapiya şöbəsinin həkimi Təranə Axundovanın övladlarıdırlar.

Onu da xüsusi vurğulayaq ki, Ramil Əliağa Rzayev qardaşları bu il iyulun 27-də Azərbaycan Dövlət Neft Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) keçirilən qəbul imtahanlarında iştirak ediblər. Burada I qrup üzrə 500-dən çox bal toplayan 303 nəfər məzun imtahanda iştirak edib. İki saat ərzində keçirilən imtahanda abituriyentlər riyaziyyat, fizika, kimya ümumi biliklər bloku üzrə hər birindən 10 test sualını cavablandırıb ingilis dilində iki esse yazmışlar. İyulun 29-da imtahanın nəticələri elan ediləndə məlum olub ki, Ramil Rzayev 73 bal, Əliağa Rzayev isə 63 bal toplayaraq UFAZ-ın neft-qaz mühəndisliyi fakültəsinin tələbəsi adını qazanmışlar. Onu da oxucuların diqqətinə çatdıraq ki, UFAZ məzunları 2 diplom (Strasburq Universiteti ADNSU) alacaqlar.

Ramil Əliağa Rzayevlər ziyalı ailəsində anadan olmuşdur. Ataları Xəyyam Hüseynağa oğlu Rzayev Azərbaycan Neft Kimya İnstitutunun İqtisadiyyat fakültəsini bitirmişdir. Anaları Xoşbəxt xanım isə BDU-nun kimya fakültəsinin məzunudur, hal-hazırda Salyan şəhər 3 saylı tam orta məktəbində çalışır. Ramil 2000-ci ildə Salyan şəhərində anadan olub. O, gülə-gülə bizə dedi ki, məktəbə getdiyim gündən nənəm Safurə xanımın, atamın anamın həmişə diqqət mərkəzində olmuşam. Lap kiçik yaşlarımdan hiss etmişəm ki, həyatda istənilən məqsədə çatmaq üçün əziyyət çəkməlisən buna sona qədər sinə gərməlisən. Birinci sinifdən on birinci sinfə qədər dərs proqramlarına əməl etmək, bütün tapşırıqları icra etmək lazımdır. Mən dəfələrlə riyaziyyat üzrə respublika rayon olimpiadalarında iştirak edərəkqaliblər sırasında olmuşam. Bir daha vurğulayıram ki, 7 saylı məktəb-liseyin direktoru Arzu Daşpoladovaya, bütün pedaqoji kollektivə, xüsusən Gülşən Allahverdi Piriyevlərə, Abhüseyn Quliyevə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Tahirə Nəcməddin qızı Axundova ilə söhbət etdik. Tahirə rayonumuzda tanınmış Nağı, Fəxrəddin, SəxavəddinAxundovların sülaləsindəndir. Daha dəqiq desək, polis veteranı Fəxrəddin Axundovun nəvəsidir. Tahirənin dediklərindən:

- Mən birinci sinifdən etibarən dərslərimi yaxşı oxumuşam. Səkkizinci sinifdə oxuyarkən xarici dil müəllimi olmaq barədə məndə fikir formalaşdı. Doqquzuncu sinifdən etibarən bu istiqamətdə hazırlaşmağa başladım. Azərbaycan Dillər Universitetinin ingilis alman dilləri fakültəsinə daxil omuşam. Sevinirəm ki, çəkdiyim zəhmət hədər getmədi.

Tahirə onu da vurğuladı ki, kiçik bacısı Türkan qardaşı Seyfəddin məktəbdə əlaçıdırlar. O, respublika üzrə tarix olimpiadasında iştirak edib.

Biz bu il qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə daxil olan bütün məzunları, o cümlədən Ramil və Əliağa Rzayevləri, Tahirə Axundovanıürəkdən təbrik edir, onlara gələcək həyat yollarında da yeni-yeni uğurlar arzulayırıq. Səsiniz uca-uca zirvələrdən gəlsin, məzunlar!

 

Ədalət.-2016.-15 sentyabr.-S.3.