XALQIN SAĞLAMLIĞINA VƏ
GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI
REGİON
"Azərbaycanın
hər bir şəhəri, hər bir kəndi bizim üçün əzizdir, doğmadır. Elə
bir rayon yoxdur ki, mən orada olmayım. Dəfələrlə olmuşam və bundan sonra da olacağam.
Hər bir rayon üzrə
proqramlar var, vəsait
ayrılır".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Azərbaycan səhiyyəsi
yeni mərhələdə
Azərbaycan səhiyyəsi artıq özünün ən yüksək dövrünü yaşayır. Yəni müstəqillik dövründəki çoxistiqamətli inkişaf , yeni bir mərhələnin başlandığını göstərməkdir. Bəli, dövlətimizin qayğısı ilə ölkə səhiyyəsinin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Başlıcası paytaxt Bakı şəhəri və eləcə də Naxçıvan, Gəncə, Sumqayıt və digər böyük yaşayış mərkəzləri ilə yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılıb və bu proses daha mükəmməl formada davam etməkdədir. Uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür. Məhz belə bir qayğı və diqqətin nəticəsidir ki, yeni tikilən müəssisələrlə yanaşı, respublikamızda mövcud olan bütün xəstəxanalar və tibb ocaqları da müasir səviyyədə təmir olunur, yenidən qurulur və onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Məsələn, son dövrlər Kürdəmir, Ucar, Göyçay , Zaqatala və başqa rayonlarda olduğu kimi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Səhiyyəmiz dünya standartları səviyyəsində olmalıdır..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfərlərində, bütün görüş və çıxışlarında sosial-iqtisadi inkişafın effektiv nəticələri kimi əhalinin sağlamlığına göstərilən qayğını xüsusi vurğulayır.
Prezident: "Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsi də inkişaf edir. Həqiqət ondan ibarətdir ki, son illərdə bu sahəyə qoyulan sərmayə bir neçə dəfə artmışdır. Dövlət büdcəmizdə səhiyyə məsələlərinə ayrılan xərclər bir neçə dəfə artmışdır. Bu vəsaitin hesabına bütün bölgələrdə xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilir..."
"...Gərək bu mərkəzlərdə, xəstəxanalarda yaxşı tibbi xidmət göstərilsin. Onun üçün həkimlərin həm peşəkarlığı yüksəlməlidir, həm də onlar öz biliklərini artırmalıdır. Eyni zamanda beynəlxalq əlaqələr də genişlənməlidir. Bizim həkimlər xarici klinikalarda təcrübə toplamalıdırlar. Eyni zamanda biz dünyanın aparıcı tibb mərkəzlərindən Azərbaycana həkimlərin ezam edilməsi məsələləri ilə məşğuluq.
Bir sözlə, Azərbaycanda insanların sağlamlığı üçün bütün lazımi məsələlər həll olunur..."
"... Əlbəttə ki, tibbi xidmət məsələnin bir tərəfidir. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün vacib olan amillər də var: ekologiya, içməli su, təmiz hava, idman..."
"...Mən çox şadam ki, həm bölgələrdə, həm də Bakıda böyük, yeni, müasir səhiyyə ocaqları tikilir. Bu proses uğurla davam edir və davam edəcəkdir. Azərbaycanda səhiyyə sistemi dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıdır və qalxacaqdır..."
Dövlət
Proqramı Zaqatala
rayonunda uğurla həyata
keçirilir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da uğurla həyata keçirilir. Xüsusilə son dövrlər Zaqatala rayonunda bütün istiqamətlər üzrə inkişaf tempi daha da artmışdır. Rayon rəhbərliyi bir çox mühüm məsələlərlə yanaşı əhalinin sağlamlığına göstərilən dövlət qayğısını və bu sahədə görülən işləri diqqət mərkəzində saxlayır. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə söhbətimiz zamanı deyir:
- Həqiqətən də son illər səhiyyə sahəsində əldə olunan uğurların möhkəm təməli formalaşır. Dövlət qayğısı bütün regionlar üzrə öz töhfələrini verir. Zaqatala rayonunda da belədir. Diaqnostika Mərkəzi, müasirləşdirilmiş mərkəzi xəstəxana və kəndlərdəki səhiyyə yenilikləri əhalinin sağlamlığına və gələcəyinə hesablanan mühüm tədbirlərdir, möhtərəm Prezidentimizin müstəsna qayğı və diqqətidir. Bütün reforma və struktur islahatları nəticəsində səhiyyənin imkanları artmış, xəstələrin stasionarlarda müalicəsi təkmilləşmişdir. Xəstələrin müalicəsi üçün lazım olan ən vacib şərtlər - ərzaq, dərman təminatı xeyli yaxşılaşdırılmışdır.
Zaqatalada tibbi xidmətin
səviyyəsi
yüksəlir
Zaqatala rayon mərkəzi xəstəxanasına bacarıqlı həkim Leyla Seyidəliyeva rəhbərlik edir. Geniş dünyagörüşünə malik yeqilikçi mütəxəssis əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün bütün imkanlardan səmərəli istifadə olunmasına çalışır. L.Seyidəliyeva ilə söhbətimiz zamanı o, görülən işlər barədə geniş məlumat verdi:
- Səhiyyənin inkişafı respublikada həyata keçirilən sosial yönümlü siyasətin bariz nümunəsidir. Belə ki, son illər ərzində Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Bu ilin müvafiq dövründə 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilmişdir. Respublikada gedən bu proseslərdən rayon səhiyyəsi də kənarda qalmamışdır. Belə ki, RMX-nin həyətində yerləşən rayonlararası TSEK-sı yeni binaya köçürüldükdən sonra, iki mərtəbəli bina daxili imkanlar hesabına əsaslı təmir edilmişdir. Rayonda anna və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə RMX-nın "Qadın məsləhətxanası" və "Ginekologiya" şöbələri həmin binaya köçürülmüş, binanın tərkibində USM-sı və laboratoriya kabinetləri yaradılmışdır. Nəticədə xəstəxanaya müraciət edən hamilə qadın, zahı və anaların kompakt şəkildə müayinə və müalicəsi təşkil edilmişdir. Doğum, Cərrahiyyə və Terapiya şöbələrində, konsultativ poliklinikada cari təmir işləri aparılmışdır. Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə Aşağı Tala həkim məntəqəsinin yenidən tikilməsi, QHT-nın köməkliyi ilə Kəpənəkçi kənd məntəqəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Cari ildə RMX-nın avtomobil qarajına iki yeni avtomaşın əlavə edilmişdir. 1 UAZ, "Mersedes" markalı ambulans. RMX-nın transformatorun yerləşdiyi binanın dam örtüyü dəyişdirilmiş, ehtiyat generatoru təmir olunmuşdur...
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2016.-7 yanvar.-S.7.