XALQIN SAĞLAMLIĞINA VƏ
GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI
REGİON
"... Azərbaycan
xalqının çox
zəngin mədəniyyəti,
tarixi vardır. Biz haqlı olaraq
öz mədəniyyətimizlə
fəxr edirik. Bu gün Azərbaycan
dünyada öz mədəniyyəti, musiqisi,
tarixi ilə tanınan bir ölkədir. Dünyanın müxtəlif yerlərində
Azərbaycan günləri
keçirilir. Azərbaycan mədəniyyətinin
nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Bakıda, eyni zamanda, bölgələrdə
müxtəlif mədəni
tədbirlər, müsabiqələr
keçirilir. Azərbaycan
cəmiyyəti həmişə
mədəniyyətə çox
bağlı olub və bu gün
müstəqil Azərbaycan
dövləti çox
güclü əsaslar
- tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində
qurulubdur. Bütün
başqa layihələrlə
bərabər, bu sahədəki işlər
də təqdirəlayiqdir".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(mövzu
əsasında XVIII yazı)
(əvvəli
ötən sayımızda)
Zaqatala
RMX-sı 255 çarpayıdan
ibarətdir, onlardan
155 çarpayı RMX-da,
50 çarpayı Vərəm
əleyhinə xəstəxanasında,
45 çarpayı Əliabad,
Danaçı, Suvagil
kənd xəstəxanalarında
yerləşir. Səhiyyə müəssisələrində 1374 həkim və tibb işçisi çalışır.
2015-ci ilin müvafiq dövrü ərzində
rayon tibb müəssisələri
tərəfindən 552415 ambulator
qəbul aparılmış,
110483 evə çağırış
olmuş, 4508 nəfər
stasionar müalicəyə
cəlb edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə
2014-cü ilin 11 ayı
ərzində RMX-da çarpayı günü
25985 olduğu halda,
2015-ci ilin 11 ayı ərzində çarpayı
günü 26987 gün
təşkil etmişdir.
Stasionar şöbələr
daxili xəstə qəbulu:
Terapiya şöbəsində 2014-cü ildə 1196, 2015-ci ilin müvafiq dövründə
1234 (4% artım)
Ginekologiya şöbəsində 2014-cü ildə 41, 2015-ci ilin müvafiq dövründə
48 (17% artım)
Yolxucu xəstəliklər şöbəsində
2014-cü ildə 32, 2015-ci ilin müvafiq dövründə 73 (2,3 dəfə artım)
Bu göstəricilərin yüksəlməsi əhali
arasında səhiyyə
işçilərinə inamın
artmasının nümunəsidir.
Səhiyyə şöbəsində Dövlət
Proqramları da uğurla həyata keçirilir. Respublikada 200 mindən çox
şəkərli diabet
xəstəsi qeydə
alınmışdır. Onlardan 1775 nəfəri Zaqatala rayonu sakinləridir. Hazırda 734
nəfər vərəm
xəstəsi, 381 onkoloji,
684 psixiatrik xəstə
dispanser qeydiyyatındadır.
Bu xəstələr dövlət hesabına bütün lazımi dərmanları alır.
82 nəfər XBÇ diaqnozu olan xəstələrə
hemodializ proseduru Zaqatala MDM-də aparılır.
Ana və uşaqların tibbi mühafizəsi
güclənir
Belə ki, ölkəmizdə iyun ayının 1-dən nikaha daxil olan
hər bir kəs tibbi müayinədən keçməlidir. Bu müayinə nəticəsində
hepatitlər, siflis,
İİV, talassimiya və
hemofiliya daşıyıcılığı
yoxlanılır. Ötən 11 ay ərzində rayon sakinlərindən
1356 qan nümunəsi
müayinəyə göndərilmiş,
105 nəfər talassimiya
daşıyıcısı qeydə alınmışdır.
Nikaha daxil olmaq istəyən
4 cütlüyün hər
birində talassimiya daşıyıcılığı aşkarlanmış və
onların Talassimiya Mərkəzinə müraciət
etməsi tövsiyə
olunmuşdur.
Ana və uşaq sağlamlığı ilə
bağlı vaxtından
əvvəl doğulmuş
uşaqlara yeanotoloji yardım bu günün səviyyəsinə
uyğun göstərmək
məqsədilə yenidoğulmuşlar
şöbəsində "Sipap" aparatı quraşdırılmış, az çəkili uşaqlarda respirator distress sindromunun
profilaktikası və
oksigenlə təminatı
yaxşılaşdırılmışdır.
İI ərzində xəstələrin
Bakı şəhərinə
və respublikanın digər tibb müəssisəsinə təxliyyəsində
olan pərakəndəlik,
profilə uyğun olmayan köçürülmələr
aradan qaldırılmışdır. Hazırda bütün
xəstələr mərkəzdən
dəvət olunmuş
mütəxəssislərin rəyi və 2 müəssisə arasında
razılaşma əsasında
yalnız Səhiyyə
Nazirliyinin təcili yardım maşınları
ilə Bakı şəhərinə təxliyyə
olunur. Onu da qeyd etmək lazımdır ki, rayonumuzda olan 2 ambulans GPRS xidməti ilə təchiz olunmuş və bütün təcili yardım maşınlarının hərəkəti
mərkəz tərəfindən
nəzarətə götürülmüşdür.
Eyni zamanda, vaxtında, vaxtından əvvəl doğulmuş
azçəkili uşaqlar,
inkişaf qüsuru olan yenidoğulmuşlar Səhiyyə Perinatal Mərkəzə, Bakı
Perinatal Mərkəzinə
və Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılmışdır.
Təchizat məsələləri günün tələbləri
səviyyəsində
Cari ilin yanvar ayından bütün səhiyyə
müəssisələri mərkəzləşmiş
qaydada dərman vasitələri və tibbi ləvazimatlarla təchiz olunur. RMX-sı 11 ay ərzində
404102 manat dəyərində
dərman və sarğı materialları
ilə təmin olunmuşdur ki, bu da keçən
ilin hesabat dövrü ilə müqayisədə 25% artmışdır.
Hazırda stasionar şəraitdə
müalicə olunan xəstələr 146 adda dərman preparatları ilə zərdab, bir sıra tibbi
ləvazimat və köməkçi materiallarla
təmin olunur. Prezidentin təşəbbüsü ilə
dərman preparatlarının
qiyməti aşağı
salınmış və
bu addım əhali arasında böyük əks-səda
doğurmuşdur. Görülən işlərlə yanaşı
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən
İcra Hakimiyyətinin
Şura qərarı ilə xəstəxanada qərargah yaradılmış
və əhalinin kütləvi profilaktik müayinələri təşkil
olunmuşdur. Müayinə işləri ərazi nəzərə alınmaqla
5 mərkəzdə həyata
keçirilmiş, bundan
əlavə 3 səyyar
həkim briqadası da təşkil edilmişdir. Müayinələr rayon ərazisində olan hərbi hissələrdə
də aparılmışdır.
18 yaşdan yuxarı
rayon əhalisinin 90%-i
fevral-aprel aylarında
müayinə edilmişdir.
Şübhə yoxdur ki, xəstəliklərin vaxtında
aşkarlanması və
müalicəyə cəlb
edilməsi əhalinin
sağlamlıq göstəricilərinə
tezliklə müsbət
təsirini göstərəcəkdir.
Dispanserizasiya və digər
kütləvi tədbirlər
2015-ci ilin sentyabr ayının
sonundan başlayaraq
rayon ərazisində 0-17 yaşlı
əhalinin icbari dispanserizasiyasına start verilmiş,
mütəşəkkil və
qeyri-mütəşəkkil qruplarla aparılan icbari dispanserizasiya davam etməkdədir. Zaqatala rayonunda doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar Səhiyyə Nazirliyinə
internet vasitəsi ilə
ötürülür və
elektron sağlamlıq
kartlarının verilməsi
işi mütəmadi
davam etdirilir, aylıq hesabatlar Səhiyyə Nazirliyinə
təqdim olunur. Səhiyyə müəssisələrində
mütəmadi iməcliklər
təşkil olunur, təmizlik, abadlıq və yaşıllaşdırma
işləri həyata
keçirilir. Tibbi xidmətin
keyfiyyəti tibb işçilərinin bilik
və savadından çox asılıdır.
2015-ci ilin 11 ayında
142 tibb işçisi
sertifikasiyaya cəlb olunmuşdur. 2 həkim müasir müayinə metodlarını
öyrənmək üçün
Türkiyəyə ezam
olunmuşdur.
Mütəmadi olaraq RMX-da çalışan
həkimlər və orta tibb işçiləri
üçün nozologiyalar
üzrə aktual məsələlərə dair
seminarlar keçirilir. Bundan əlavə
ayda bir dəfə RMX-nın tabeliyində olan müəssisələrin əhaliyə
göstərdikləri tibb
fəaliyyətinə nəzarət
məqsədi ilə Tibbi Şura, stasionarda baş vermiş ölüm hallarının müzakirəsi
və tibbi xidmətin göstərilməsində
aşkarlanmış nöqsanların
aradan qaldırılması
üçün növbədənkənar
Tibbi Şura keçirilir.
Bildiririk
ki, 2015-ci ilin 11 ayında RMX-da fəaliyyət göstərən
2 həkim (Məhərrəmov
Etibar Ramazan oğlu Prezidentin Sərəncamı ilə
"Tərəqqi" medalı
ilə, Teyyubov Məmmədrəsul Teyyub
oğlu Səhiyyə
Nazirliyinin "Fəxri
Fərmanı" ilə
təltif olunmuşdur.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2016.-8 yanvar.-S.3.