"AKADEMİK MİRZƏ
İBRAHİMOV"
Professor Teymur Əhmədovun yeni kitabı barəsində...
Öncədən onu deyim ki,
bir oxucu kimi həyatımın sovet dönəminə minnətdaram. Çünki həmin dönəmdə
kitaba, mətbuata sevgi də tamam
fərqli idi, söz adamına, qələm sahibinə münasibət də.
Bu mənada həmin
o illəri demək olar ki, bütün
qələm sahiblərinin,
özü də yaşlılarını deyil,
həm də ağsaqqalarını da şəxsən tanımaq,
onların görüşlərində
iştirak etmək mənə nəsib olub. Bax, bu mənada
həyatımın həmin
illərini təkcə
tarix, yaddaş kimi deyil, həm
də xoş xatirə kimi özümlə bu gün də sabahlara götürüb aparıram. Çünki o xatirələrin hər biri əslində
həm məna-mənəviyyat
yükü baxımından,
həm də yaratdığı ovqat baxımından ölçüsüzdü.
Onu nə satın almaq, nə də qiymətləndirmək
mümkün deyil.
Bəli, tələbəlik illərimdə
bütün yaşıdlarım
kimi demək olar ki, söz
adamlarıyla harda bir görüş, tədbir keçirilirdisə,
özümü həmin
ünvana çatdırmaq
istəyirdim. Demək olar ki, bunların əksərinə
də çata bilirdim. Doğrudur, dövlət universitetinin
özündə, yəni
istər fakültələrdə,
istərsə də universitetin böyük zalında həmişə
yaradıcı insanlarla
görüşlər təşkil
olunurdu. Mən şəxsən ilk dəfə
Nəbi Xəzrini, Zöhrab Tahiri, Hüseyn Arifi, İlyas Əfəndiyevi, Mirzə İbrahimovu həmin görüşlərdə
bizim suallarımıza
cavab verərkən görmüşəm. Təbii ki,
bu sıra çox böyükdü.
Mən sadəcə, bir neçəsinin adını
çəkdim və adını çəkdiklərimin
içərisində Mirzə
İbrahimovla olan görüş bugünkü
kimi gözümün
önündədi. Həmin görüşdə
xalq şairi Nəriman Həsənzadə
Mirzə müəllimə
yazdığı şeiri
tribunadan oxuyanda bütün zal hər iki söz
adamını ayaq üstə alqışladı.
O şeirin misralarından
yadımda qalan da var.
Gərək Vurğun sağ
olaydı Mirzə müəllim,
Gərək Müşfiq söz qoşaydı şənimizə.
Bəli, beləcə yaxından gördüm. Tanıdım Mirzə İbrahimovu
- mənim orta məktəbdə yastığımın
altında saxladığım
"Gələcək gün"
romanının müəllifini.
Sonra digər əsərlərini
oxudum. Həyat fəaliyyəti ilə, tutduğu dövlət müəssisəsindəki xidmətləri
ilə onu bir az da artıq sevdim,
bir az da
artıq çox istədim. Amma...g
Ötən ilin son günlərində
çox dəyərli
professorumuz, ağsaqqal
elm və söz adamı Teymur Əhmədovun iş otağına qalxmışdım.
Diqqətimi stolun üstündəki
bir kitab çəkdi. Məndə kitaba
qarşı özəl
bir münasibət olduğundan icazəsiz əlimi uzadıb kitabı götürdüm.
Düzdü, bunu mənə
qəbahət sayanlarda
olub, amma neyləyim başqa cür bacarmıram. Elə Teymur müəllimin otağında da kitabı götürəndən
sonra içimdə bir balaca sıxıldım,
lakin hörmətli professorumuz öz yanaşması ilə mənim bu pərtliyimi
aradan qaldırdı.
Kitabın üstündə Mirzə İbrahimovun şəkili var idi. Bütün həyatını baxışları
ilə ifadə edən, sifət cizgilərindən yaşamı
əks olunmuş bu şəkilin altında yazılışdı:
- Akademik Mirzə İbrahimov!
Kitabı vərəqləməyə başladım. Elə ilk səhifədə
yazılmış "Mirzə
İbrahimovun həyatı,
ədəbi, elmi və ictimai-siyasi fəaliyyəti" sözləri
mənə bir ipucu oldu. Ona görə də bir balaca üzlülük
edib Teymur müəllimdən kitabı
istədim və o da sözümü yerə salmayıb "Əzizim Əbülfət
Mədətoğluna ən
səmimi arzularımla
dostluq yadigarı.
Teymur Əhmədov" yazıb
mənə bağışladı.
Bayram günlərində
bu kitabı keçmişə səyahət
kimi oxumağa başladım. Mirzə müəllimin həyatı
barəsində bilmədiklərimi,
elmi, ictimai fəaliyyəti haqqında
yeni bilgiləri bu kitab mənə
pıçıldadı. Və mən kitabı oxuyub bir kənara qoyanda öz-özümə
fikirləşdim ki,
biz öz tariximizi, öz xadimlərimizi, ziyalılarımızı, aydınlarımızı
və fədailərimizi
bütün çalarları
ilə hələ də tanımırıq,
onların barəsində
gizlinləri, arxivlərdə,
yaddaşlarda yatıb
qalanları hələ
də bütünlüklə
üzə çıxarmamışıq.
Bax, bu kitabda professor Teymur Əhmədov mənim yalnız fəaliyyətindən ümumi
məlumatım olan Mirzə İbrahimovu bir dövlət xadimi kimi, bir
elm adamı kimi mənə daha yaxından tanıtdı.
Və mən bu tanışlığa,
bu təqdimata görə bir oxucu olaraq çox
hörmətli Teymur müəllimə öz təşəkkürümü bildirirəm və düşünürəm ki,
bu kitabdakı fotoların hər biri ayrı-ayrılıqda
təkcə Mirzə İbrahimovun deyil, bütövlükdə Azərbaycan
tarixinin bir səhifəsi, bir xatırlanmalı anıdı.
Çünki bu şəkillərdə
"cənub" və
"şimal" bölgüsü
ilə paralanmış
Azərbaycan bütövdü.
Bu şəkillərdə həyat
bir növü canlıdı - özü
danışır! Və nəhayət,
bu kitabda Mirzə müəllimlə
bağlı elm və
mədəniyyət xadimlərinin
ürək sözləri
də yer alıbıdı. Həmin sözlərin
toplusu Mirzə müəllimin böyük
şəxsiyyətini bir
daha önə çəkib.
Mən bir oxucu kimi Mirzə
İbrahimovu bütün
parametrləri ilə araşdırıb təqdim
edən professor Teymur Əhmədova öz bildirirəm.
Əbülfət
MƏDƏTOĞLU
ədalət.-2016.-8 yanvar.-S.3.