Yazıçı İlqar Fəhminin kitabları təqdim olundu

 

Müasir Azərbaycan ədəbiyyatının ən ciddi imzalarından biri olan şair, yazıçı-publisist, dramaturq İlqar Fəhminin yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvanklubunda 4 kitabının təqdimat mərasimi keçirildi. Adalet.az xəbər verir ki, "Son reportaj”, "Nostalji”, "Sən kimsən Səfəvi?” "Bu gündən dünənəadlı  kitabları "XAN” nəşriyyatında işıq üzü görüb.

Təqdimat mərasimini açan şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs İlqar Fəhminin yaradıcılığı haqqında qısa məlumat verərək onu klassik ədəbiyyatın bilicisi kimi dəyərləndirdi: "İlqar Fəhmi öz yaradıcılığında şərqlə qərbi, klassikayla, müasirliyi birləşdirən qələm adamıdır. Xoşbəxt o müəllifdir ki, elitar mədəniyyət yaradır, eyni zamanda onu kütləviləşdirə bilir. İlqar Fəhmi belə ədiblərdəndir. O, bütün təbəqələrə nüfuz edə bilir. Qəzəli hamının anladığı dilə gətirib".  

AYB-nin katibi, Xalq şairi Fikrət Qoca İlqar Fəhminin yaşının az olmasına baxmayaraq, çox böyük uğur qazanan qələm adamı kimi tanındığını bildirib, ona yaradıcılıq uğurları arzulayıb. Müəllifi ən məhsuldar yazıçılardan biri kimi dəyərləndirən Xalq şairi qeyd edib ki, tutduğu məsul vəzifə İlqar Fəhminin yaradıcılığına heç vaxt mane ola bilməyib. 

 

Əməkdar İncəsənət Xadimi Əli Əmirli çıxışında müəllifin dramaturgiyasına toxundu. Qeyd etdi ki, İlqar Fəhmi bu janrda da şərq qərb ədəbiyyatını çox gözəl uyğunlaşdırmağı bacarır. O, klassik janrda da müasir fikir deyə bilir. Əsərləri oxunaqlıdır, müxtəlif səviyyəli oxucuları təmin edə bilir.

"Kitabevim.az”ın, "XAN” "Hədəfnəşrlərinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açdı. Bildirdi ki, o, müasir yazarlar arasında yaradıcılığının çoxsahəli olması ilə seçilir bu səbəbdən nəşriyyatın diqqətini cəlb edib. Yazıçı-publisist nəsr əsərlərindən başqa, qələmini nəzmdə sınayıb, şeirlər, qəzəllər yazıb, əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Bu günədək nəşriyyatda onun səkkiz kitabı çap edilib.

 

Daha sonra filologiya elmləri doktorları Vaqif Yusifli, Asif Rüstəmli, ədəbi tənqidçi Əsəd Cahangir, Aydın Xan Əbilov başqaları onun yaradıcılığının zənginliyi həyata nikbin baxışı ilə seçildiyini, oxucuda maraq oyatdığını vurğuladılar. Qeyd olundu ki, o, bir fərd olaraq da üstün sadə xasiyyəti ilə başqalarından fərqlənir. İlqar Fəhmi təkcə yazıçı kimi deyil, həm cəmiyyətin ziyalı təbəqəsi kimi, söz deməyə haqqı olan bir üzvü kimi zamanın sual tələblərinə cavab verir.

Sonda İlqar Fəhmi yeni şeirlərini oxuyub imzalı kitablarını oxuculara təqdim etdi.

Qeyd edək ki, İlqar Fəhminin romanı əsasında çəkilmiş "Aktrisafilmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. İ.Fəhmi "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" başqa ssenariləri əsasında da film çəkilib.

 

Ədalət.-2016.-8 yanvar.-S.3.