CƏLİLABAD – 2015

 

REGİON

"... Kənd təsərrüfatının inkişafı üçün kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü təkan verək. Çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, yerləri açılsın və gözəl abadlıq işləri görülsün".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Yeni ilin ilk ayının ilk günləri olsa da, əslində dünənlə bağlılıq heç də qırılmayıb. Yəni həyat öz axarı ilə getdiyi kimi, onun müstəvisi üzərində yer alan sosial-iqtisadi inkişaf da bu axarda öz sabitliyini qorumağa çalışır. Doğrudur, son vaxtlar bütövlükdə dünyada, eləcə də regionumuzda baş verən sosial gərginliklər bütün dövlətlər kimi bizə də öz təsirini göstərməkdədi. Bizbu böyük dünyanın bir parçası olduğumuzdan baş verənlər təbii ki, bizdən yan keçmir. Bu mənada mübahisəli yanaşanda ötən illərin uğurları dərhal diqqəti çəkir. Yəni 2010-cu ildən 2015-ci ilə qədər olan zaman kəsiyinin çeşidləsək, onda hər rübdə sosialiqtisadi həyatın inkişaf tempini aydın şəkildə görmək olar. Bu təkcə neft sektorunaonunla əlaqəli sahələri deyil, bütövlükdə həyatımızın hər bir mərhələsini, hər bir bölümünü özündə ifadə edən rəqəmlərdi.

Bəli, Regionların İnkişafına dair Dövlət Proqramının icrası ilə bağlı gerçəkləşdirdiyimiz layihənin budəfəki ünvanı Cəlilabaddı. Cəlilabadda olarkən rayon icra hakimiyyətindən əldə etdiyimiz faktlar və sənədlər bizə bu mövzunu işıqlandırmaq imkanı verir. Doğrudur, təkcə quru rəqəmlər deyil, həm də göz yaddaşı da bu məsələdə mühüm rol oynayır. Bax, bu mənada Cəlilabadın son illərdəki dəyişən mənzərəsi, bu rayonda gerçəkləşdirilən abadılq-quruculuq işləri, insanların maddi təminat məsələsi, eləcə də mədəni-kütləvi tədbirlərin, mədəni həyatın keçirilməsi, aktivləşdirilməsi hər kəsin bildiyi bir reallıqdı. Biz də Cəlilabada etdiyimiz son səfər zamanı rayon mərkəzinin və rayona gedən yolun üstündə olan yaşayış mənətəqələrini bir mətbuat işçisi, bir qonaq nəzərləri ilə seyr etdik. gördük ki, Cəlilabadda həqiqətən inikşaf tempi digər rayonlarımızda olduğu kimi ürəkaçandı. Yəni burada da hər gün daş üstünə daş qoyulur, hər gün nə isə yenilənir, nə isə abadlaşır və üstəlik də bu, adamların güzəranına öz müsbət təsirini göstərir.

Cəlilabad rayonu 2015-ci ilin arxada qalan ayları ərzində sosial-iqtisadi inkişaf baxımından xeyli diqqətçəkən uğurları qazana bilibdi. Bu mənada rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun da bildirdiyi kimi "dünyada baş verən iqtisadi, hərbi və siyasi böhrana baxmayaraq, Cəlilabadda inkişafa nail olmaq, həyatın inkişaf tempini qoruyub saxlamaq heçasan başa gəlməyibdi. Bunun arxasında ölkə prezidentinin gerçəkləşdirdiyi düşünülmüş və müstəqil siyasət strategiyası dayanıbdı. Məhz bu düşünülmüş və müstəqil siyasətin aparılması Azərbaycanın inkişaf modelini yaradıbdı".

Göründüyü kimi, bu gün həqiqətən də dünyada barəsində bəhs olunan "inkişafın Azərbaycan modeli" öz müsbət çalarları ilə effektiv bir model olduğunu hər kəsə sübut edə bilib. Ona görə də bu modelə söykənən ölkənin inkişaf proqramı da yeni uğurlara yol açır. Əgər rəqəmlərə diqqət yetirsək, görərik ki, arxada qalan dövr ərzində ölkə iqtisadiyyatı 3,7 faiz uğur qazanıbdısa, bunun tərkibində bütün regionların, o cümlədən Cəlilabadın da payı var.

Yeri gəlmişkən xatırlada bilərik ki, Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə rəhbəri olduğu bu müddət ərzində Cəlilabad rayonuna 7 dəfə səfər edibdi. Həmin səfərlərin hər biri də cəlilabadlıların yaddaşında həm xoş xatirə, həm də əlamətdar hadisələrlə qalıb. Yəni bu səfərlər zamanı Azərbaycan prezidenti Cəlilabad rayonunun mərkəzində Heydər Əliyev parkının açılışında, Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsində, həmçinin Heydər Əliyev adına seyrəngahda gerçəkləşdirilən yenidənqurma işləri ilə tanış olmaq, burada aparılan həmin o abadlığı müşahidə etmək, onların açılışını bildirən qırmızı lentlərin kəsilməsində bilavasitə iştirakı ilə sakinlərin sevincinə, alqışlarına şərait yaratmışdı. Bir azda konkret desək, cənab prezidentin Cəlilabaddakı hər səfəri tarixi hadisə kimi yaddaşlara, ürəklərə yazılmışdı.

Bu gün Cəlilabad rayonu təkcə mərkəzin deyil, onun kənd və qəsəbələrini gəzib dolaşanda həmin o rayonu edilmiş 7 səfərin, eləcə də bu bölgəyə ayrılmış maliyyə yardımlarının, xüsusilə Heydər Əliyev Fondunun göstərdiyi köməkliklərin nəticələrini aydın şəkildə seyr etmək mümkündür. Təkcə tikilən məktəb, körpələr evi-uşaq bağçasının, həmçinin çəkilən yolların, yenilənən elektrik xətlərinin, qaz, su kəmərlərinin, rabitə qovşaqlarının demək olar ki, hər bir bölümündə, hər bir hissəsində ölkə rəhbərinin diqqət və qayğısı özünü göstərir. Aydın şəkildə görünür ki, Cəlilabada və cəlilabadlılara ölkə rəhbərinin böyük diqqəti burada çox məmnunluqla qarşılanmaqla yanaşı, həm də görülən işlərin surəti, keyfiyyəti də bir an olsun yaddan çıxarılmayıb, gözdən yayınmayıbdı. Elə ona görə ölkə rəhbərinin imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun yüksək keyfiyyətlə çəkilib istifadəyə verilməsi, həmçinin Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın açılışı indi rayon sakinlərinin rahatlığını, istirahətinin təmin olunması istiqamətində görülmüş işlərin yaxşı bir nümunəsi kimi qeyd olunur. Həmçinin Cəlilabad rayonunda "Avanqard" MMC-nin fəaliyyətə başlaması, özübu qurumun bilavasitə taxılçılıq təsərrüfatı kimi yaradılması həm rayonun, həm də bütövlükdə ölkənin həyatında çox uğurlu bir addımdır. Yəni bir az da konkretləşdirsək, Cəlilabadda taxıl istehsalı ilə məşğul olan bir məhdud məsuliyyətli cəmiyyətin yaradılması, onun fəaliyyətinin istiqamətləndirilməsi Azərbaycan insanının süfrəsinin çörəkli olmasında öz sözünü demək imkanı kimi təqdirəlayiqdi.

 

(ardı var)

Ceyhun RÜSTƏMOV

Ədalət.-2016.-12 yanvar.-S.3.