"KÜRT
TOYUĞUN "ZƏNG"İ"
Kiçik yaşlı uşaqlar
üçün kitab
Azərbaycan oxucusu, xüsusilə
"Ədalət"
qəzetini daimi izləyənlər Salatın Əhmədlinin yaradıcılığı ilə
tanışdılar.
Salatın xanım məhsuldar çalışan,
oxucularla tez-tez söz məkanında görüşən, onları
özünün yeni kitağldarı ilə sevindirən müəlliflərdən
biridir. Demək olar ki, yazıçı-publisist Salatın
Əhmədli həm bədii əsərlərilə,
həm də pubulisist yazılaryla günümüzün reallıqlarını,
zamanın bizlərə
diqtə etdiyi məqamları özünün
fikir süzgəcindən
keçirib bədii, publisist sözə çevirir. Bu da həm oxucunun
zövqünü oxşayıb
onun mənəvi zənginliyinə xidmət
etməkdir, həm də bir yazıçı-publisisti
özünün söz
dünyasını cilalamasıdır.
Dəfələrlə onun barəsində yazılan yazıları, özünün müsahibələrini
oxumuşam və hər dəfə də bütün yazılanlardan və deyilənlərdən bu nəticəyə gəlmişəm
ki, Salatın Əhmədli bu gün böyük sözün xidmətində
dayanıbdı. Ona görə onun
hər bir yeni əsəri öz oxucuları tərəfindən maraqla
qarşılanır.
Həmişə yaradıcılığının əsas gücünü, əsas ağırlıq mərkəzini gənc və yuxarı yaşlı təbəqə
üçün kökləyən
Salatın Əhmədli
bugünlərdə işıq
üzü görən
kitabçasını kiçik
yaşlılara bir növü hədiyyə edibdi. Ona görə "hədiyyə"
sözünü xüsusi
vurğulayıram ki, kitabın özünün
tərtibatından onun
bir bayram açıqlaması (otkritka)
olduğunu təsəvvür
etmək olar. kitabçanın üz qabığındakı
uşaqların , toyuq-cücənin
şəkli və bir də təbiət
mənzərəsi dediklərimi
əyni sübut edir. Kitabça "Kürt toyuğun
"zəngi"" adlanır.
Və bu kitabçada üç hekayə cəmlənibdi. Həmin hekayələrin
birincisinin adı elə kitabçanın adıdı. İkincisi, "Məni bağlamasınlar",
üçüncüsü isə "Ağacı kəsmək lazımdı"
adlanır. Hər üç
hekayənin qəhrəmanı
kiçik yaşlı
uşaqlardı. Yazıçı-publisist Salatın Əhmədli bu kiçik yaşlı uşaqların
psixologiyasını, düşüncəsini,
hadisələrə münasibətini
peşəkarcasına, bir
pedaqoq-psixolqoq kimi qələmə alıbdı.
Hekayələri oxuyanda uşaqların
məhz bu cür düşündüyünə
rahatlıqla inanırsan.
Hiss edirsən ki, məhz uşaq bu cür mühakimə
yürüdə bilər.
Əgər "Kürt toyuğun
"zəngi""ndə
hadisə bir zəngli saatla, daha doğrusu, onun düzgün qurulmamasından qaynaqlanırsa,
mahiyyət etibarı ilə isə söhbət qıt toyuğun balalarına münasibətidi. Və bununla
da ana-bala, valideyn-övlad münasibətlərini
qabartmaq da çox sadə bir şəkildə öz ifadəsini tapır. Kiçik yaşlı uşaqlar
məhz toyuğun öz balasını necə yemlədiyini izlədikcə özlərinə
valideynlərinin münasibətini
də ədyərləndirməyə
başlayırlar. Həmçinin saat zənginə oyanmağın zərurətini
də dərk edirlər. Buradakı nənə obrazı
da uşaqların bu anlayışını
istiqamətləndirir. Özünün izahları
ilə onları bir az da bilgiləndirir.
Müəllif digər iki hekayəsində də kiçik yaşlı uşaqların məhz birinci hekayədə olduğu kimi, dünya görüşünü,
düşüncə tərzini
qələmə alır. Tutaq ki, "Lalə" adının həm bir qızın, həm də bir gülün timsalında sinonimini verməklə "gedib lalə yağacağam"
fikrinə qarşı
tərəfin münasibətini
elə həssaslıqla
açıqlayır ki,
oxucu, yəni kiçik yaşlı uşaqlar bunu qəbul etməkdə, anlamaqda çətinlik çəkmirlər. Və nəhayət,
sonuncu hekayədə də ağacların, bütvölükdə təbiətin
insan həyatı üçün önəmi
diqqət mərkəzində
saxlanılır. Ağacların
küləyin qarşısını
kəsdiyini, onun meyvəsinin, gözəlliklərinin
insana faydasını qələmə alan
müəllif bu hekayəsində də özünün əvvəlki
üslubuna sadiq qalır.
Hər üç hekayəni oxuyub başa vurandan sonra bu məntiqi nəticəyə gəlmək
olar:
- Həqiqətən uşaq
dünyası maraqlıdır
və bu maraqlı dünyanı ədəbiyyata gətirmək,
hekayəyə çevirmək
də təbii ki, həmin marağı düyan, onu bədiləşdirməyi
bacaran yazçının
peşəkarlığıdır. Düşünürəm ki, Salatın
Əhmədli özünün
bu hekayələriylə
kiçik yaşlı
oxucularımızı sevindirməyi
bacarıb.
Ədalət.-2017.-13
aprel.-S.4.