SABAHIN XEYİR, MAESTRO ŞİRİN RZAYEV

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Gəncə tarixən ölkəmizin ədəbiyyat və incəsənət aləminə böyük sənətkarlar vermişdir. Bu gün onların hər biri mədəniyyət tariximizin sayılıb, seçilən fərdlərindən biridir. Onlardan birixor dirijoru, respublikanın əməkdar mədəniyyət işçisi, maestro Şirin Həsən oğlu Rzayevdir. Bu günlərdə onun 75 yaşı tamam olur. Yubiley qabağı tanınmış maestronun "ömür yolunu" vərəqləməyi qərara aldıq!..

Onun musiqi aləmi ilə ilk fərdi "görüşü" uşaqlıq illərində kamança ilə olub. Qonşu uşaqları ilə birgə uşaq musiqi məktəbinin kamança sinfinə yazılıb. Sonra Q.Hüseynli adına musiqi texnikumunu bitirib. Ali məktəb-Ü.Hacıyev adına Azərbaycan Dövlət Konservatoriyasına gedərkən, böyük sənətkarlar ona və məsləhət görüblər ki, sənədlərini xor-dirijorluq fakültəsinə versin. Çox illər əvvəl Azərbaycan musiqi tarixində layiqli yer tutan, görkəmli bəstəkar Cahangir Cahangirovun fikirləri Şirin Rzayevin sənətinə verilən çoxsaylı rəylərin ən ündəsidir desək, məncə səhv etmərik: "Bir sənətkar kimi, Şirinin fəaliyyəti göz qabağındadır... Mənim çox tələbələrim olub. Onların cərgəsində Şirinin adını hər dəfə böyük fərəh və qürurla çəkirəm. Çünki o, sərbəst yaradıcılıq yolunda daha fədakarcasına çalışır. Onun fəaliyyətində həmişə istedadı və zəhmətsevərliyi gözəl bəhrələr verir!.."

Onunla az qala yarım əsrdir dostluq edirəm. Bu illər ərzində həyatda, tədbirlərdə, səfərlərdə onunla çox olmuşam. Adama elə gəlir ki, o, musiqisiz yaşaya bilməz. Hər an musiqi eşitmək, dirijor pultu arxasında musiqi aləminə qovuşmaq, düşüncələrə dalmaq eşqi ilə yaşayır.

Hər dəfə onu pultun arxasında görəndə qeyri-ixtiyari uşaqlıq çağlarıma qayıdıram. Həyətimizin iki addımlığında böyük gilas bağımız vardı. Tən ortasında ulu babam Kəbleyi Əbül Həsən kişinin üç yüz il əvvəl əkdiyi, bəslədiyi nəhəng çinar ağacı sanki göylərə can atırdı. İsti yay günlərində həmyaşı uşaqlarla çinarın kölgəsinə toplaşardıq. Ağacın budaqlarında rəqs edən yarpaqların həzin "mahnısı"na qulaq asardıq. Və hər dəfə yarpaqlar xışıldayanda elə bilirdik ki, təzə "mahnı" çalınırg İndi hər dəfə Şirini dirijor pultu arxasında görəndə həmin çinar ağacı öz vüqarlı gövdəsi ilə gözlərim önündə canlanır. Onun dirijora məxsus boyu, qaməti, iti gözləri, geniş alnı var.

Şirin də həmin çinar vüqarı ilə pult arxasında dayanır. Əlləri ilə havada gah dalğavari çızıqlar çəkir (lirik melodiya anları), bəzən dəniz təlatümlü olduğu kimi əllər kəskin hərəkət edir (sürətli akkordlar səslənir), bəzən də elə bil dəmir ağacının torpağın dərinliyinə işləmiş köklərin. güclə çəkib çıxarırsan. Əllər ağır-ağır hərəkət edir. Şirinin üzü-gözü çiddiləşir, üzündəki qırışıqların sayı sanki artır (musiqi dramaturgiyasındakı dramatik vəziyyətlərdə, hadisələrin kəskin kulminasiya məqamında). Onun əllərində qabaqcadan ölçülüb, biçilmiş, dəfələrlə yoxlanılmış, artıq çilalanmış səma xətləri var. O, dirijor pultu arxasında dayanan kimi, bir an xəyala dalır. Bu, zənnimçə tam məsuliyyətlə yanaşı, yolu cəsarətlə getmək, səhvlərə yol verməmək, partituradakı rəng boyalarını göz qabağında canlandırmaq barədə düşüdüyü andır. Bir hamının (orkestrdə ya xordakı musiqiçilərin) diqqətini özünə cəlb etməkdir, xəbərdarlıqdır, eyni zamanda musiqi aləminə qovuşmaq dəqiqələridir. Şirin hər dəfə bu anı keçirəndə qismən kənar mühitdən, adamlardan, auditoriyadan ayrılır. O, yalnız fasilə zamanı dirijor pultundan ayrıldıqdan sonra özünə "gəlir". Çox sarsılmış gərgin vəziyyətdə həyacanlı olur. Belə vaxtlar o, susmağı sevir. Musiqi aləmindən asanlıqla ayrılmaq olmur axıg

Deyirlər, musiqi insan təbiət ruhunun səsi, insanın əhatə olduğu aləmlə ünsiyyəti, kainatla əlaqəsini yaradan danışıq dilidir. Hər bir xalqın ayrıca danışıq dili olduğu kimi, onların ruhlarının musiqi adlanan əlaqə dilləri özünə məxsus çalarları ahəngi ilə seçilirg

Ş.Rzayev konservatoriyanın sonuncu kurslarında hərbi xidmətə çağrılır. Sankt-Peterburq (Leninqrad) hərbi dairəsində xidmətinin ilk günlərindən hərbi orkestr yaradıb, hərbi dairənin musiqi müsabiqəsində iştirak edir qalib olur. Məhz buna görə, ona icazə verilir ki, o, Rimski-Karsokov adına Leninqrad konservatoriyasında təhsilini davam etdirsin. 1968-cı ildə Ş.Rzayev yenidən Bakıya qayıdır konservatoriyanı əla qiymətlərlə bitirib, orada xor dirijorluğu kafedrasında müəllim saxlanılır. Eyni zamanda konservatoriya komsomol komitəsinin katibi işləyir. İstər müəllimlik, istərsə ictimai işlərdə özünü layiqincə göstərir.

Bir ildən sonra Şirin Rzayev Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinə dirktor təyin edilmişdir. 1974-cü ilə qədər bu vəzifədə çalışan Ş.Rzayev istedadlı musiqiçilərin yetişməsində əlindən gələni əsirgəməmişdir.

1969-cu ildə o, Gəncədə ilk simfonik orkestri yaratmış, bədii rəhbəri dirijoru olmuşdur. Dahi bəstəkar Fikrət Əmirov o zaman orkestri Şirinin əməyini belə dəyərləndirmişdir! "Vaxtı ilə böyük Üzyir bəy Gəncədə bir necə dəfə olmuş, hər dəfə o, qədim Gəncəyə gələndə burada yeni-yeni bədii kollektivlər yaratmaq, təşkil etmək arzusu ilə yaşamışdır. İndi kaş Üzeyir bəy sağ olaydı, Gəncədə təşkil edilmiş bu istedadlı kollektivi öz gözləri ilə görəydig Bax, bizim üçün bundan əziz, bundan qiymətli, bundan böyük hədiyyə ola bilər ki?! Heç təsəvvürümə gətirə bilmirəmg"

Bəli, Üzeyir bəyin arzusunu ilk dəfə Gəncədə Şirin Rzayev həyata keçirdi.

Tanınmış dirijor 1970-ci ildə ixtisasca musiqiçi olan Nurlana xanımla ailə qurmuş, üç övladları - Gülbəniz, Xanım Vüqar dünyaya gəlmişdir.

Musiqi texnikumunun direktoru vəzifəsindən azad olunduqda sonra Konservatoriyanın rektoru, SSRİ xalq artisti, bəstəkar Soltan Hacıbəyov onu konservatoriyada işləməyə dəvət edir, elmi fəaliyyət üçün mövzu müəyyənləşdirir ailəsini Bakıya gətirmək üçün az vaxtda evlə təmin edəcəyinə söz verir. Di gəl ki, S.Hacıbəyovun qəfil vəfatı onun planlarını alt-üst edir.

Cəmi bir il işləyib, yenidən doğma şəhərə qayıdır.

 

(Ardı var)

Füzuli Rüzigar

 

Ədalət.-2017.-28 aprel.-S.3.