"HƏYAT BİR İMTAHAN
İMİŞ"
Bu qəmi, kədəri sən verdin mənə,
Ayrılıb gedəndə o hicran günü.
Getdin, acı həsrət dərd verdi
mənə,
Gəl, ovut könlündə harayı,
ünü.
Tək səni sevməkdi mənim günahım,
Gül belə
insafsız olarmı gülüm?
O qədər yoluna göz dikmişəm ki,
Yetim bənövşəyə
dönübdü könlüm.
Bu şeirin müəllifi
Damət Salmanoğludur. Könlü yetim
bənövşəyə dönən bir sevən insanın intizarını əks etdirir bu şeir.
Damət
çoxdan, on beş-on
altı yaşından
şeir yazmağa başlayıb, amma illər boyu cəsarət eləməyib
yazdıqlarını üzə
çıxarsın. Yaşı qırxa
çatanda mətbuatda
şeirləri ilə
görünməyə başlayıb.
İndi isə artıq iki şeir kitabının
müəllifidir. Özü etiraf
edir ki, mən hələ əsl şeirimi yazmamışam, o günü,
ilhamın gur çağı, o şeiri
yazdığım gün
özümə şair
deyə bilərəm.
Əlbəttə, bu etiraf Damətin şeirə ciddi münasibətindən
doğur. Amma onun
iki şeir kitabında bir vaxt yazacağı o gözəl şeirin örnəkləri doğulur.
Sanki bir dənizəm, fikrim çağlayır,
Duyğular gah gülür, gah da ağlayır.
Sözlərdən çələngtək dəstə bağlayır
Hələ deyilməmiş sözlərim
qalıb.
Damətin şeirlərində bir neçə obraz var: müqəddəs
Vətən obrazı,
unuda bilmədiyi Ana obrazı, dəniz obrazı, Təbiət obrazı, bir də sevgidən coşub-çağlayan Ürək
obrazı. Hər bir obraza uyğun gələn sözlər, ifadələr,
deyimlər tapiağa çalışır.
"Qalx ayağa,
Vətən oğlu"
- Damətin bir sıra şeirlərində
çağırış, qisas havası səslənir. O da hamımız kimi torpaqlarımızın işğaldan
azad olunmasını arzulayır. Təkcə arzulamır, həmvətənlərini
döyüşə səsləyir:
Neçə didərgin ömrünə,
Ağrı, əzab ələnibdi.
Ötən aylar, ötən
günlər
Göz yaşına
bələnibdi.
Yetər
çaldı dərdin
əli,
Bizimçün qəm havasını.
Qalx ayağa, Vətən oğlu
Alaq yurdun qisasını.
O, Azərbaycan torpağının
gözəlliklərini şeirlərinə
köçürməyə, daha doğrusu, sözlərlə o gözəlliklərin
rəsmini çəkməyə
meyillidir.Yaşadığı Bilgəhdən Azərbaycanın
hər bir cənnət guşəsinə
boylanır, gəzdiyi,
seyrə daldığı
kəndləri, şəhərləri,
dağları, çölləri
vəsf edir. Baxın:
Buludun göz yaşları,
Kövrəldibdi daşları.
Açıb söz naxışları
Bilgəhə yağış yağır.
Cəzirəm ağır-ağır,
İslanmışam mən fağır,
Ruhumda şimşək çaxır,
Bilgəhə yağış yağır.
Dünyaya göz açdığı
Masallı rayonunun Öncəqala kəndinə
şeir həsr edib. Bu kəndin palıd meşələrini,
meyvəli bağlarını,
Xəzərlə bağlılığını
tərənnümə çalışıb.
Anasının doğulduğu Ərkivan kəndinin də laləli, nərgizli düzlərini, dərdə
dərman bulaqlarını,
göz oxşayan yaşıllıqlarını, ağsaqqal, ağbirçək
qocalarını şeirində
canlandırıb. Rəhmətlik anası onun
bir silsilə şeirlərində ehtiramla
xatırlanır. "Layla qoxulu dünyadır,
Müqəddəs mələkdir,
mələk" dediyi
analardan biri də öz anasıymış. Ata sevgisi
də şeirlərində
tez-tez səslənir:
İllər bir-bir sökülüb,
Yarpaq-yarpaq tökülüb.
Sual kimi bükülüb
Atam yaman qocalıb.
Dənizlə "söhbətləri"də tutur. Dənizi sevdiyinə
bənzədir. Dalğalarda sevgi
ahəngi axtarır.
"Sanki sevgililərtək
Dalğalar qucaqlaşır.
Ayrılıq acısını Bir-birinə danışır.
Dənizin havasında Məhəbbətin
ətri var" - deyir.
Seyr edirəm dənizi,
Dalğalar pıçıldaşır.
Ləpələriylə şır-şırg
Balıqlar da sevirlər.
"İman işığında"
silsiləsində Ulu Tanrıya, peyğəmbərimizə,
imam Hüseynə və
Kəbəyə sevgi
dolu vəsflər, tərənnümlər görürəm. "Bismillahir-rəhmanir-rəhim", Bu kəlam ömürlük
könül fərəhim.
Bu sözlə açılır cahan kitabı, Bu sözdür dünyanın dözümü,
tabı".
Onun sevgi şeirləri daha uğurludur, -desəm, yanılmaram. Bu şeirlərin
bir çoxuna mahnı da yazıblar.
Sevgi şeirlərində lirik hisslər, ürəkdən
gələn duyğular
yaşadığı hisslərin
təmizliyindən, saflığından
xəbər verir.
Qismətimiz belə imiş
İnnən belə unut məni.
Unudulmuş bir nəğməyəm,
İnnən belə unut məni.
Göz yaşlarım çiçək-çiçək,
Yollarına səpiləcək.
Yollar ah
çəkib deyəcək
İnnən belə unut məni.
Sınıb ömrümün gülüşü,
Qismətimə kölgə düşüb.
Üşüyürəm üşüm-üşüm,
İnnən belə unut məni.
Damət Salmanoğlunun öz ən gözəl şeirini nə vaxt yazacağına sözüm yox, bəlkə sabah, bəlkə bir ildən sonra, bəlkə on ildən sonra. Amma bu iki kitabında oxuduğum şeirlərin bir çoxu onu bir şair kimi tanıtdı mənə. Onün ömür-gün qatarı hələ yol gedir, gah dayanır, gah da yoluna davam edir, sınaqlardan, çətin aşırımlardan keçir, çünki "həyat bir imtahan imiş".
Əllidən də keçib yaşım,
Tamam ağarıbdı başım,
Gəl sənə hikmət danışım,
Həyat bir imtahan imiş.
Var bəlkə də günahımız,
Bağışlasın Allahımız.
Ağır gəlsin savabımız,
Həyat bir imtahan imiş.
Ay Damət, gələn köçəcək,
Əgəl şərabın içəcək,
Sirat körpüsün keçəcək,
Həyat bir imtahan imiş.
Ədalət 2017.- 3 avqust.- S.4.