Laçınım... Laçınım mənim
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Ancaq bu hadisələrin yaranma səbəblərini özləri
bilərəkdən həyata
keçirmişdilər. Andronik özü
bilirdi ki, Sultan bəy ondan qat-qat qüvvəli, cəsur sərkərdədi,
onun arxasında qeyrətli, namuslu eli-obası durmuşdu, çünki o adamlarına
inanırdı.
Artıq bolşeviklərin Qızıl
Ordusu Azərbaycanı
sovetləşdirməyə gəlmişdi, Sultan bəyin
Hacışamlı kəndində
olan çay mülkünə nəzarət
edirdi. Sultan bəy
isə başının
dəstəsi ilə üzbəüzdəki meşədə,
Şəlvə çayının
sol yamacında qərar
tutmuş, Kər-kordan
meşəsinə sığınıb,
tərk etməyə məcbur olduğu evini, illər boyu əkib becərdikləri, min bir qayğısını çəkdiyi
bağı uzaqdan müşahidə edirdi.
Bir o qədər göstərdiyi
qəhrəmanlıq şücaətinə
görə heyfsilənmədi.
Ancaq axırdan-axıra bərk
kövrəlmişdi, bilirdi
ki, Qızıl Orduya gücü çatmaz. Odur ki, Sultan bəyin ürəyi dolmuşdu, dərindən nəfəs
alıb bir bayatı çağırdı:
Əzizinəm, yar qana,
Yar dərdini yar qana,
Aləmə sığmayan canım,
Sığınıbdı yarğana.
Çar Rusiyası iflasa uğradıqdan sonra bolşeviklər hakimiyyətə
gəlməli idilər. Onlardan miras
qalmış bəzi adət-ənənələri, qanunları, idarəetmə
işlərini davam etdirməyə məcbur oldular. Çünki fəaliyyət göstərmək
iqtidarında deyildilər,
savadlı kadrlara böyük ehtiyac vardı, əsas strateji məramnamə yoxdur, yenisini işləyib hazırlamaq
lazım idi.
Qafqazda xeyli tayfalar, millətlər yaşayırdı, onların
arasında Azərbaycanlılar
çoxluq təşkil
edir, ipə-sapa yatmırdılar, bəzən
qanunlara tabe olmaqdan boyun qaçırırdılar. XI Qızıl Ordunun gücündən istifadə
edərək adamları,
dinc sakinləri öldürərək Bakını
işğal etdilər.
Ordunun tərkibində erməni millətindən olan əsgərlərin, zabitlərin
sayı çox idi.
Zaqafqaziya
Bolşeviklər Partiyasının
xətti ilə Xəzər dənizi sahili boyunca muxtariyyət təşkil
olunmasının qarşısının
alınması üçün
Nəriman Nərimanov
əsl təəssübkeşlik
və vətənpərvərlik
göstərərək V.İ.Leninlə
dialoqa girdi və buna da
nail oldu. Gürcüstan, Azərbaycan və
xeyli sonralar axırda Ermənistan Respublikasının yaranması,
təşkili üçün
əzəli azərbaycanlıların
yaşadıqları dədə-baba
torpaqlarının üzərində
bərqərar olmağa
başladı. Bu torpaqların üzərində
yaradılan Ermənistan
SSR-nin mütləq şəkildə yaradılması
onlar üçün
vacib idi. İngilisləri, türkləri sığışdırıb
sərhəddən yola
saldılar.
Bir yandan da keçmiş SSRİ-nin "Xalqlar dostluğu" şüarı
başımızın üstündə
dalğalanaraq başımızın
altına yumşaq yastıq qoydu. Laçın rayonu günü-gündən
inkişaf etməyə
başladı. Adamların firavan
yaşaması üçün
başları işə,
əməyə qarışdı.
Qorxusuz, heç nədən çəkinmədən yaşamağa
davam elədilər.
Bir şəhər, bir "Qayğı" qəsəbəsi, 125 kənd,
48 sənaye, 63 kənd
təsərrüfatı ilə
məşğul olan kolxoz və sovxozlar, 217 mədəniyyət
evi, tarix-diyarşünaslıq
muzeyi, 101 təhsil,
142 səhiyyə müəssisəsi,
462 ticarət, 30 rabitə
şöbəsi, 2 avtonəqliyyat
və müxtəlif təyinatlı istehsalat müəssisələri fəaliyyət
göstərirdi. Laçın
rayonunda (Laçın
şəhərində 15 minə
yaxın) ümumiyyətlə
60 minə yaxın əhali "başını
aşağı salıb"
öz işləri ilə məşğul olurdular.
Fevral ayının
23-ü, SSRİ Silahlı Qüvvələrinin
yaranması günü
kimi bayram edərdik. Bu bayrama
bəzən kişilərin
bayramı da deyərdik və bir-birimizi təbrik edərdik. Belə bir xəbər
ildırım sürəti
ilə hər tərəfə yayıldı.
Bəs, Xankəndində
1988-ci ilin 23 fevral günündə SSRİ Silahlı
Qüvvələrinin yaranması
günü nümayişində,
ermənilər "Böyük
Ermənistan" yaratmaq
xülyası ilə
"arzularını" bildirdilər.
"Qarabağ bizimdir" şüarları
səsləndirməyə başladılar.
Bir neçə gün çəkən bu nümayişə Moskvanın münasibəti
belə oldu: "Vremya" proqramı guya xalqların oyanması, demokratiya, müstəqil özünü
idarə etmək kimi don geyindirdi. Kərgicahan kəndi inkişaf edib böyümüşdü.
Burada yaşayan azərbaycanlıların
çox hissəsi Xankəndində fəaliyyət
göstərən idarə,
müəssisələrdə, zavodda və fabriklərdə işləyirdilər.
Xankəndi şəhərdaxili avtobus marşrutu kəndə qədər gedib-gəlirdi. Bu işlərdən xəbəri
olmayanlar təzyiqlərə
məruz qalmağa başladılar. Xəsarət alanlar da oldu.
Kərgicahana gedib-gələn avtobus marşrutu kəsildi. Adamlar kəsə yollarla
Şuşaya üz tutdular. Fövqəladə vəziyyət elan
olundu. Arkadi Volsk hakimiyyəti
bərqərar olmağa
başladı. SSRİ
Ali Sovetinə deputat seçilmək üçün
Şuşalı seçicilərin
görüşünə gəldi.
Xalqların, millətlərin dostluğu haqqında möizə oxudu. Sonra isə tribunada danışarkən sözü
ağzında qaldı,
yarımçıq tribunadan
salındı, Şuşadan
qovuldu. Bu hadisəyə görə
Şuşada yaşayan
xeyli sakinlər incidildi, ora-bura çağrılmalı oldular.
Laçında isə yaşayan
erməni ailələri
Qurqen Engels adına
kolxozunda sədr vəzifəsinə irəli
çəkildi. Sonra isə
Mərkəzi rayon xəstəxanasında,
təcili yardım stansiyasında müalicə-feldşeri
sahəsində, onun həyat yoldaşı Anna
isə xəstəxananın
doğum şöbəsində
mamaça-tibb bacısı
işlədilər. Qurqen və
onun arvadı Anna sonralar öyündülər
ki, biz öz vəzifə borcumuzu "yerinə yetirdik".
Azərbaycanlılardan o ki, var qisasımızı çıxmışıq.
Oğlu Seryoja isə Laçın rayonunun inzibati ərazisinin meşələrində
ağacların başına
ağ parça
bağlamaqla hava ilə Xankəndinə uçan vertolyotlara istiqamətlər verirmiş.
Kinkor usta, arvadı Verenka yol idarəsində partkom işləyirdi. Arfeniya 1 nömrəli Laçın
şəhər orta məktəbində müəllimə,
Tamara isə mağazada
satıcı vəzifəsində
xidməti vəzifələri
yerinə yetirirmişlər.
Onlara
"gözün üstə
qaşın var" deyən olmadı. Çünki, biz azərbaycanlılar
SSRİ-nin Xalqlar dostluğu ideyası, tərbiyəsi ilə böyüyüb yaşayırdıq.
Erməni ailələrindən bir nəfərin də "burnu qanamadı". Özləri yəqin ki, işlərini bizdən qabaq bilirmişlər, odur ki, sakitcə
köçüb aradan
çıxdılar.
Hər gün səhər tezdən yuxudan qalxanda yeni bir xəbər
eşidirdik. Azərbaycanlılara və onun yaşadıqları kəndlərə
təzyiqlər, basqınlar
təşkil olunurdu.
Bunları xüsusi təlim keçmiş üzdən iraq,
vəhşiləşmiş, qəddar saqqallı ermənilər təşkil
edirdi.
Laçın şəhərində "Köhnə
poçt" adlanan məhəllədən dörd
yol ayrılırdı. Şuşaya, Qubadlıya, Kəlbəcərə
və Ermənistanın
Gorus rayonuna buradan gedib gəlmək
olardı. İlk gündən
qonşular dayaq məntəqəsi kimi burada növbə çəkdilər.
(ardı
gələn sayımızda)
Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Qarabağ müharibəsinin veteranı
Ədalət $g 2017.- 11 avqust.- S.3.