İyirminci ildə Qarabağ
döyüşləri
(Sənədli povestin
sonu)
4-cü yazı
Dostları gedəndən sonra Səməd bəy yata bilmədi. Yuxusu ərşə çəkilmiş nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkovnik Bəhram bəyin batareyasında olan şən əhvali-ruhiyyəsindən elə bil onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə söykədi, göz qapaqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyəcandan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin qabağına gəldi. Aşağılarda, Ərimgəldi təpəsindəki evlərdə təkəm-seyrək işıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi eşidildi. İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə yanaşı durub dədə-baba Mehmandarovlar mülkünə baxmaq istədi. Heç nə görə bilmədi. Birdən xatırladı ki, o tamam başqa səmtlərdir. “Sabah mütləq ora gedəcəm, – fikirləşdi. – Mütləq, yoxsa atam Sadıq bəyin, babam Qatırçı Muradın ruhu məndən inciyər. Ya qismət, bir də nə vaxt gələcəm, Şuşaya, Allah bilir…” Fikir-xəyal ona aman vermirdi. “İllah ki, bolşeviklərin Azərbaycana soxulmaq iddiası. Dünyanın işinə bax ki, Bakıda yaşayan rus fəhlələri özlərini şəhərin mütləq sahibi kimi aparırlar. Onların hamısına malçişka Əliheydər dil verir. Cəfər Babayev kimisini Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin fitvası ilə? – Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə sərbəst, müstəqil yaşamağı günah hesab edir? Qayıdan kimi belələrini həbs elətdirib, ciddi rejim altında saxlamaq barədə sərəncam verməliyəm. Yoxsa… Əliheydər kimi bolşeviklər rus fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan çıxarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mübarizə aparmalıyıq. Kim gəlir gəlsin, qabağına silahla çıxmalıyıq. Döyüşməliyik, vəssəlam!”
Orta boylu, ağ saçlı, ağ saqqallı, səsində və sifətində hərbiçi zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov gecənin dan qaranlığında xalqının taleyini fikirləşməkdən yumağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.
İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə verdi. Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baxdı. Gözlərinə inanmadı, pensnesini taxıb təəccüblə dodaqlarını bir-birinə sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat Səməd bəy çarpayısına tərəf getdi…
***
GENERALA ALİM QAYĞISI
Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri, əməli bilikli sayca çox olmayan artilleristlərdən biri olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əli ağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır.
Hərb
elmləri doktoru,
professor,
general-mayor,
Dövlət mükafatı laureatı
Yevgeni Barsukov
Əli ağada
general təkəbbüründən əsər-əlamət yox
idi. General Şıxlinski
hərbi akademiyanı
bitirməsə də,
fitri zəkası, praktik fəhmi artilleriya elmində ona böyük nüfuz qazandırmışdı.
General Əli ağa Şıxlinski hünərvərliyi dillərdə
dastan olmuşdu.
Aleksandr
Stepanovun
“Zvonaryovlar ailəsi” romanından
Şöhrətli sərkərdəmiz Əli
ağa Hacı İsmayıl ağa oğlu Şıxlinskidən
danışanda Heydər
Hüseynovun xidmətlərini
unutmaq haqsızlıq
olardı. Generalın “Xatirələrim” kitabının yazılmasında
ən müstəsna rolu olan ilkin
şəxs Azərbaycan
Elmlər Akademiyasının
akademiki Heydər Hüseynovdur.
Bu “Xatirələr” Azərbaycan
tarixində yeganə və ilk hərbi memuardır. Düzdür, yetmiş-səksəninci illərdə bəzi veteranlar Böyük Vətən müharibəsi
haqqında xatirələrini
qələmə aldılar.
Lakin heç biri general Əli ağa Şıxlinskinin əsərinin
səviyyəsinə çatmadı.
İstər faktların zənginliyi,
istər mövzu baxımından, istərsə
də yazı dilinin şirinliyinə görə əsər özünə geniş oxucu marağı qazandırıb. Yalnız mərhum
polkovnik Baxış Mehdiyevin 223-cü Azərbaycan
atıcı diviziyası
haqqında yazdığı
“Xatirələrim” kitabını
haradasa general Əli ağa Şıxlinskinin hərbi memuarı ilə yanaşı qoymaq olar.
1944-cü ildə akademik
Heydər Hüseynov
general Əli ağa Şıxlinskinin xatirələrini
iki dildə – rus və Azərbaycan
dillərində 7500 nüsxə
tirajla nəşr etdirdi. Təəssüf ki, amansız
ölüm görkəmli
generalımıza xatirələrini
kitab şəklində
görməyə imkan
vermədi. Kitab generalın ölümündən
doqquz ay sonra –
1944-cü ilin may ayında
nəşr olundu. Bu qiymətli kitaba
hərb elminin böyük alimi professor,
general-mayor Yevgeni Barsukov
çox dəyərli
ön söz yazıb. Əlbəttə, bu da akademik Heydər Hüseynovun xidmətidir.
Maraqlı burasıdır
ki, general Əli ağa Şıxlinskinin şəxsiyyəti və
döyüş qəhrəmanlığı
ilə fəxr edən Heydər Hüseynov general Barsukovun həmin məqaləsini
(l ç.v. həcmində)
yenə iki dildə ayrıca kitabça şəklində
“Əli ağa Şıxlinski” adı ilə nəşr etdirib. Bundan başqa alim
Heydər Hüseynov həmin illərdə Rusiyanın görkəmli
sərkərdələrinə, vaxtı ilə Əli ağa Şıxlinski ilə birgə çalışıb
işləyənlərin xatirələrini
istəyib.
Məhz Heydər Hüseynovun təşəbbüsü ilə
1945-ci ildə (¹3) Moskvada
çıxan “İstoriçeski
jurnal”ın üçüncü
nömrəsində professor Arkadi Lavroviç Sidorovun generalın kitabı haqqında “Ə.Şıxlinski. Mənim xatirələrim” adlı elmi məqaləsi dərc olunub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru A.L.Sidorov bu qiymətli kitabın hərbiçilər və
tarixçi alimlər
üçün ən
yaxşı məxəz
olmasından bəhs edərək yazır:
“General Əli ağa Şıxlinskinin xatirələri
inqilabdan sonra da öz əlaqəsini
Vətəndən və
ordudan kəsməyən
şəxslər tərəfindən
yazılmış qiymətli
tarixi sənədlərdən
biridir. Buna görə
də Şıxlinskinin
xatirələri, ordunun
tarixini öyrənmək
üçün xüsusi
bir məxəz kimi qiymətlidir.
Rusiya-Yaponiya müharibəsi haqqındakı
fəslin tarixçilər
üçün əhəmiyyəti
daha böyükdür. Məşhur artilleriyaçı Əli
ağa Şıxlinskinin
adı artilleriya elmində həmişə
hörmətlə çəkilib
və gələcək
illərdə də çəkiləcək”.
Məhz bundan sonra generalın
xatirələri İttifaq
miqyasında daha çox şöhrət qazanıb. Baş Artilleriya marşalı Nikolay Yakovlev, general-polkovnik Mixail Parseqov, Birinci Dünya müharibəsi illərində general Şıxlinskinin
tabeliyində hərbi
xidmətdə olan ordu generalı Pavel Lebedev və
başqaları bu qiymətli kitabdan bir nüsxə onlar üçün göndərməyi Heydər
Hüseynovdan xahiş
ediblər.
1945-ci il aprelin
20-də professor general-mayor Yevgeni Barsukov akademik Heydər Hüseynova göndərdiyi məktubunda
yazırdı: “Sizdən
artıq dərəcədə
xahiş edirəm
general Əli ağa Şıxlinskinin “Xatirələrim”dən
heç olmasa iki nüsxə də əlavə göndərəsiniz. Mənim xahişimi
rədd etməyin.
Baş Qərargahda yoldaşlar məndən çox-çox
rica edirlər, çünki biz artilleristlərə,
ilk növbədə artilleriyamızın
şanlı tarixini öyrənmək üçün
general Əli ağa Şıxlinskinin kitabı
əvəzsiz vəsaitdir”.
1945-ci il aprelin iyirmi
altısında isə
artilleriya general pol¬kovniki
Mixail Parseqov SSRİ Elmlər Akademiyasının
Azərbaycan filialının
direktoruna yazırdı:
“Hörmətli direktor,
bu gün SSRİ EA Tarix İnstitutunun nəşri olan “İstoriçeskiy jurnal”ın
üçüncü nömrəsini
“Tənqid və biblioqrafiya” bölməsində
Moskva Dövlət Universitetinin professoru Arkadi Sidorovun “Əli ağa Şıxlinski. Mənim xatirələrim” resenziyasını oxudum.
Giriş
sözü Dövlət
mükafatı laureatı,
hərb elmləri doktoru Y.Z.Barsukovundur.
Məlum
olduğu kimi, Əli ağa Şıxlinski qocaman artilleriya (topçu) generalıdır, onun böyük mübariz həyat təcrübəsi
var. İlk dəfə
mən bu general barədə iyirmi il bundan
əvvəl eşitmişəm,
o vaxt mən hələ Qızıl Ordu artilleriyasının təkmilləşmə kursunda
dinləyici idim.
Artıq dərəcədə Sizdən
təvəqqe edirəm,
xahişimi rədd etməyib mənə
general Əli ağa Şıxlinskinin “Mənim
xatirələrim” əsərinin
bir nüsxəsini göndərəsiniz. Çünki biz artilleristlərə ilk növbədə artilleriyamızın
tarixini bilmək üçün hər bir hərbiçinin stolüstü kitabıdır”.
Generalın döyüş yolunu,
şəxsiyyətini, ədəbi-bədii
yaradıcılığını, ən başlıcası onu tarixi şəxsiyyət
kimi qiymətləndirən
alim Heydər Hüseynov yazırdı:
“General Əli ağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı
söhbətlərinə qulaq
asanlar bilirlər ki, bu təvazökar
və səmimi insan nə qədər
ağıllı və
ibrətli bir şəxs idi”.
Şəmistan Nəzirli
Araşdırmaçı
Xalq cəbhəsi $g 2017.- 11
avqust.-S.14.