Rəssam

 

 (hekayə)

 

Allahverdi Eminov

 

Rəssam emalatxanaya gələndə şəfəq qaralmışdı. Dənizdən əsən külək qağayıların qanadlarına toxunub sahilə axırdı. Meyvəsiz ağacların yarpaqlarını silkələyir, sonsuz budaqlarda azca dincini alırdı. Ağaclardagünah: bağban onları meşədə əksəydi daha yaxşı olardı, insanlar haradan görəcəkdi övladsızdılar. Sahildə isə...

Rəssam bu gün daima oxuduğu qəzeti masanın üstünə qoyduqara kofe dəmləməyi qərara aldı. Mis çayniki işə saldı, az sonra kofe hazır oldu.

Qəzeti rəssam sonuncu səhifədən başlayıb oxuyurdu, adətiydi. Maraqlı məlumatlar bu səhifədə öz yerini tuturdu. Bu dəfə isə... Gözlərinə inanmadı, ovuşdurdu və yenə inanmadı. Qara sağanaqlı eynəyini taxdı, burnunda ilişmişdi, yuxarı qaldırdı. Yanılmamışdı, faciəli xəbər idi, beş-altı cümləni diqqətlə oxuyub qəzeti kənara atdı: - Qatil olandaolar, insaf da lazımdı adamda. - Kofedən bir-iki qurtum hortdartdı, üzünü yıgdı, eynək yenə burnuna dirəndi. - On üç yaşlı qızla belə qəddarcasına? - Ayağa qalxdı, çoxdan işləməyə başladığı "Qızın portreti" əsərini çərçivəsiylə yerindən götürtdü. O, şəklə təxmini ad qoymuşdu. Rəngli boya ilə nəzərdə tutmuşdu. Sarışın saçları azca alnında qıvrılmışdı. İri titrək göz bəbəklərindən zərif, gözəgörünməz şüalar saçırdı. Yaşıla çalan gözləri xoşuna gəlmirdi, qara istəyirdi olsun. Dodaqlarındakı rəng üzünü işıqlandırırdı.

Rəssam bu portreti təxəyyülündə daha çox natura ilə çəkirdi. Yeniyetmələrin məktəbli sərgisində görmüşdü onu və kənardan baxmışdı, ən xırda detalları yaddaşında cızmışdı. Birbaşa emalatxanaya gəlmişdi və bəzi cizgilər eləmişdi. Amma istəyirdi o qızı birgörsün, nəsə ürəyindən keçmişdi.

Rəssam rəngləri bir-birinə yaxdı, fırça ilə yoxladı və portretə yaxınlaşdı, diqqətlə baxdı, elə bil çəkən özü deyildi, tanımadığı rəssamdı. Fırçanı barmaqları buraxmırdı, qısqanırdı ona. Qızın dodaqları əsirdi, nəsə pıçıldayırdı, amma eşitmirdi. Emalatxanada kimsə yoxuydu, səs də həmçinin. Bəs bu pıçıltı haradan idi?

Fırçanı dəyişdirdi, barmaqları titrədi və fırça ayaqları altına düşdü. Qayıdıb nimdaş dərili kreslosunda əyləşdi. Qəzet bu dəfə səkkiz səhifə çıxmışdı, ortadan ayırdı. Qətlə yetirilmiş on üç yaşlı qızın bir kişi manyak tərəfindən... və öldürüldüyü geniş yazılmışdı, amma nədənsə qızın fotoşəkli verilməmişdi. Yazının sonunda abzasdan bir cümləni oxudu: "Qatil - manyak üç aydır axtarışdadır, ehtiyatlı olun".

Rəssam dalbadal üç gün şəhəri itkili adam kimi intizarlı gəzib-dolanırdı. Sanki o qatili fəhmən tanıyacaq, uzun və arıq barmaqları ilə xirtdəyindən yapışıb boğacaqdı, gözünə cinayət-filən görünməyəcəkdi. Təki, qatil olsun. Amma bu nikbin fikrinin fantaziya olduğuna inanırdı. Bəlkə də o elə yanından ötmüşdür, yaxud ona rast gələcəkdir, tanımır axı! - Qatil - manyaklar adətən, eybəcər olur, adamaoxşar deyillər. Xırda gözləri işıldayır və hədəfi dərhal tutur. Ayaqları iri ölçülüdür, saçları boyunlarından sallanır. - Rəssam bu daxili pıçıltını skamyada oturub deyirdi. Ağacın kölgəsi başı üstdən süzülürdü, dünən əsən külək yarpaqlardan qoparmışdı, bürmələyib asfalta atmışdı. Buruqdan qayıdanlar kimi, qara mazuta bulaşmış kimi sərçələr yarpaqlara cəsarət göstərmirdi, ondan çəkinirdi. Rəssamın sərçələrə babalı gəldi, bu o vaxtdı, ala qarğa onlara qoşulmuşdu.

Rəssam romanlarda, hekayələrdə oxuduğu qatilləri, insan canına susamışları, vampirlərin portretini bir - bir təsəvvüründə canlandırırdı, hələ konkret qərara gəlməmişdi. - Vaxt itirməyə dəyməz. - Rəssam köks ötürdü, bir siqaret yandırdı, dolu qullab vurdu, aromat qoxulu tüstü burun pərlərindən canını qurtardı. Onun papiros çəkməkdən burnunun altındakı bığı sapsarı idi. Bu saniyələrdə sinəsi qara rəngə bulaşmış erkək sərçə dişini basmarladı və dərhal ağacın budağına qondu, dimdiyini nazik budaqda təmizlədi. Bir cavan qadın asta yerişlə gəlirdi, qaragöz uşaq onun sinəsində çırpınırdı... Xəyalında bir obrazın bəzi cizgiləri canlanırdı: "Donmuş xırda gözlərinin altındakı dar alnı, nazik bığına yapışmış donqar burnu. - Odur, - rəssam qəfil dilləndi və cinayətkar bu səsdən diksindi, ovcuna sıxdığı araq stəkanı titrədi, o biri əliylə tutdu. Ağasının təpiyini yemiş köpək kimi stola qısıldı, baxışlarını pəncərəyə çevirdi. Və zəhərli, cəsus nəzərlərini onun üzündə saxladı: "Elə bilirsiz bizlər gecə rahat yatırıq?" - O idi, ovcundakı araq stəkanını içməyə cürət eləmirdi. Niyə?

Rəssam skamyada yerini dəyişdi. - Onun pencəyinin düyməsi açıldı və sinəsindəki cod qara tük zolağı göründü, acgözlə aşxanadakı adamları süzdü, tıntın səslə dodaqaltı mızıldandı. Və gülmək tutdu onu, bədəni əsirdi, arabir ayaqları altından canlarını qurtaran tarakanlara gülürdü. Birdən bu adam rəssamın gözündə donuz gövdəliyə çevrildi, ağzı açıldı, dili çəkildi, iri dişləri göründü, dişlərinə baxan at kimi başını silkələdi və fınxırdı. Yaxşı ki oturanların başı sağlıqlar söyləməyə qarışmışdı. Arabir kobud söyüşlər fırladırdılar.

O, döşəməyə əyildi, başı sinəsinə qədər endi və qəfil güldü, ayaqladığı tarakanın can verməsinə tamaşa edirdi. Cod qara saqqal, arıq sifət, çuxura batmış gözləri olan kişi onun verdiyi haqq - hesabı çürüdürdü.

Kobud, bükülməyən barmaqları bomboş idi...

Rəssam saatına, bir də səmaya - dənizə sarı boylandı:

Göyün üzündəki saçaqlı bulud asılmışdı, saqqallı adamın çənəsindən su damcılayırdı.

Emalatxanaya gəldi, özündə o qüvvəni tapdı: qatilin sərt portreti beynində hazırdır, uzun barmaqlarından qan damcılayır, bir qom çöl çiçəyinin ləçəklərini rəngləyir, qara xallar yaradır. İti və neştərli nəzərlərini qızın şən çöhrəsinə zilləyir, arabir yana çevirirdi. - Onun sifətini haçansa yuxumda görmüşəm. Əlindəki itilənən bıçağın səsi qulaqlarımdan getməmişdi. Ovcunu qızın dodaqlarına sıxırdı. Qız qışqırtısından gücə düşmüşdü. - Rəssam yerindən qalxdı, burnuna çirkli insan dərisi toxundu. Kişinin mənasız gözlərində heyvani qoxu vardı və başı yırğalanırdı. Sevincindən alt çənəsi atılıb-düşürdü.

Emalatxananı ilk dəfə görürmüş kimi süzdü. Lap çoxdan işlədiyi bir şəklə baxdı: alovun enli dili səmaya qalxmışdı. Otaqda isə gündüzün işığı hürküdülüb qovulmuşdu. Qara iri milçək qəfil pəncərə şüşəsinə dəyib çırpınırdı. Bayaqdan çəkdiyi tütün tüstüsü gözlərini yeyirdi.

Rəssam ayna qabağında çətilə çökdü, çərçivəyə bərkidilmiş kətanı bir daha süzdü. - Heyif bu bəmbəyaz parçaya qatilin şəkli çəkiləcək. - Ağır gülüşdən diksindibaşqa bir portretə baxdı: Smokinq - xüsusi biçimli döşü açıq qara pencəkli qadının bir çiyni açıq idi, ətli qolu azacıq görünürdü. Frizdən - qalın xovlu parçadan don geyinmişdi. Hafizənin mübhəm yardımçısı olan qoxu duyğusu rəssamın ovqatını bərpa etməkdə idi, amma füsunkar yuxudan qorxurdu, belə dəqiqələr yetişəndə susdalırdı, şəkillər onda fərsiz təsirlər oyadırdı. Rəssam şəklin arxasından şəfəq çökəndə qalxdı...

Rəssam üçüncü gündü həmin aşxanaya gəlir, kofe sifariş verir, sonra Şəki pitisinin hazırlanmasını səbirsizliklə gözləyirdi. Təzə müştəri heç kəslə dil tapmaq istəmir, ətrafına etinasız qalırdı. Sifariş etdiyi arağı üç dəfəyə içir, qırmızı balaca turpdan duza batırıb dişləyir, dodaqları sulanırdı.

Xidmətçi kişi onu yaradıcı adama oxşatmışdı, zənnində yanılmadığına inanmışdı. O, şəxsi təcrübəsindən bilirdi: şairlər buraya daha çox gəlir, nimdaş portfeldən yerli araq şüşəsini stolun üstünə həvəslə qoyur, sonra nə yeyəcəklərini deyirlər. Şairlər neçə həftədi görünmür, onların oturduqları künc stolda başqa bir kişi arxayın əyləşir, eybəcər sifətinə işıq düşmür, nə yaxşı belədir.

Aşxanada qulluq edən bu kişi onu fikirləşirdi ki, düşünməyə və içməyə meyilli ziyalılar üçün səs - küylü, darısqal yer taleyin bir növ təhrifi kimi görünə bilər. Amma nikbin əhvallı olurlar, alnındakı qırışlar ölümün sirli dalğasından uzaqdır və onlar üçün ədalətin qəzəbi adi şeydir. Şairlərdən yalnız birisinin fəqərə sütunu əyilmişdisə, hamıdan cəld yerini tutur.

Aşxanaçı kişi çoxdan itib-batmış müştərini görəndə təbəssümünü gizlətmədi, bircə sol gözünü qıydı, yəni "xoş gəlmisən köhnə yerinə." O isə cavabsız buraxdı, cod səslə sifarişini çatdırdı. Stolun üstündəki nimçədəki çörəkdən kəsib duza batırdı və ağzında çeynədi, uddu. Rəssam istədi bu ac adamı stoluna dəvət eləsin, fikrindən daşındı ona görə ki, sifətində xoş, ilıq heçyox idi, siqaret tüstüsündən qaralmış qabaq dişəri qabarırdı, gözləri qorxu gücünə balacalaşmışdı. Əliylə görüşsəydi, onu qorxunc qüssə bürüyərdi, daraq dəyməmiş saçları tərləmiş alnına yapışmışdı. İri dodaqları xoruzun dimdiklənmiş pipiyi kimi əsir, qidanı birbaşa içəri ötürürdü.

Rəssam sevinirdi; o, qatil obrazını deyəsən tapmışdı, ancaq bu, hər şey deyildi, bir kəlmə belə danışmırdı, səsi ona lazım idi, obrazını tamamlayardı. Kobud və ədəbsiz hissə malik olduğunu yəqinləşdirməyə çalışırdı.

Heyrət və qorxu içində dodaqaltı mızıldandısa, rəssam heç nə eşitmədi, bir şey anlaya bilmədi. o, çaşqınlıqdan dumanlanmış nəzərini ani rəssamın üzündə gəzdirdi, tez də çəkib apardı. İnsan fikirləri rəssamın şübhələrinə qəribə rəng də verirdi, daha baxmadı, gözləri yorulmuşdu, əllərində isə güc artmışdı. Sanki o, danışır, qulaqlarında aldadıcı səsilə nəsə pıçıldayırdı, dodaqları titrəyirdi. İçindəki məftunedici qüvvə rəssamı emalatxanasına gətirdi. Və saatdan çox kətan qarşısında işlədi, bir şey alınacağına əmin oldu: - Sərgiyə çatdırmalıyam, - pıçıldayıb qara kofedən fincana süzdü, içdi və özündə mənəvi təravət hiss elədi.

 

(ardı var)

Ədalət  2017.- 16 avqust.- S.4.