XX əsr klassik Azərbaycan
şairlərinin yaradıcılığında vətənpərvərlik
ideyaları
İstər müasir, istərsə də klassik ədəbiyyat nümunələrində
vətənpərvərlik mövzusu həmişə
ön planda olmuşdur. Yəqin ki, həm də
bu səbəbdən dahi Füzulidən başlamış bugünkü
çağdaş ədəbiyyatımızın
görkəmli nümayəndələri
Səməd Vurğun,
Rəsul Rza, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi tanınmış, öz dəsti-xətləri
ilə ədəbiyyatımıza
bir sıra yeniliklər gətirmiş
şairlərimiz həmişə
xalq tərəfindən
sevilərək qiymətləndirilmişdir.
Azərbaycan ədəbiyyatı tarixində
Səməd Vurğunun
adı xüsusi ehtiramla çəkilir. O, ədəbiyyat
tariximizdə təkrarsız
poetik şəxsiyyət,
milli və beynəlmiləl ictimai xadim, şair dramaturq və mütəfəkkir söz
ustası kimi yaşayır. Şairin vətənpərvərlik mövzusunda yazdığı
şeirləri müasir
Azərbaycan ədəbiyyatının
təkrarsız incisidir.
Onun
"Azərbaycan" şeiri
ən möhtəşəm
bir poeziya nümunəsidir. "Ayrılarmı könül
candan, Azərbaycan, Azərbaycan!" - dillər əzbəri
olan bu beyt
bu gün də Vətənə məhəbbət etirafının
inikasıdır. "Azərbaycan" şeiri milli ədəbiyyatımızın
vətən haqqında
yazılan ən klassik söz dastanıdır. Poeziya
bax budur!
Şair
"Dilican dərəsi"
qoşmasında da doğma yurdun füsunkar gözəlliyini
etirasla təsvir edir, təbiətin bu guşəsini cənnət sanır və ən nəhayət, insanın ən ali
sifətlərindən olan
səmimiyyəti, doğruluğu
misal göstərir:
Fələklər yaratmış bu
yeri cənnət,
Desəm çox münasib həqqindir əlbət.
Səndə var doğruluq və səmimiyyət
O, ibrət bağına loğmanlar gəlir.
S.Vurğunun "Bizim dağların"
şeirində isə
doğma dağların
təsviri ilə birlikdə el-obamızın
məişətinin bir
sıra əlamətləri,
Azərbaycan təbiətinin
ayrı-ayrı rəng
çalarları öz
bədii əksini tapmışdır:
Şeh düşər otların
üstə gecədən,
Doymaq olmaz orda toyuq-beçədən.
Dəyəsi qurular qalın keçədən
Dərdlərin dərmanı bizim dağların.
Şairin "Kür çayı",
"Göy-göl" kimi
şeirlərində də
Azərbaycan təbiətindən,
dağlarımızın vüqarından,
çaylarımızın səsindən, aşıqlarımızın
saz havalarından, nağıllardan, əfsanələrdən,
xalqımızın həyat
və məişətindən
bəhs olunur.
Şairlə eyni dövrdə yaşayıb yaratmış
Rəsul Rza poeziyasında da vətənpərvərlik mövzusu
həmişə ön
planda olmuşdur. Şairin
poeziyasının Azərbaycan
ədəbiyyatında xüsusi
yeri və mövqeyi var. Rəsul Rzanın Böyük Vətən müharibəsinə
aid şeirlərinin toplandığı
"Vətən", "Ölməz qəhrəmanlar"
kitabları ona böyük xalq məhəbbəti qazandırmışdır.
Həmin dövrün daha bir vətənpərvər
şairi Süleyman Rüstəmdir. Şairin poeziyasında Cənubi
Azərbaycan mövzusu
xüsusi yer tutur. Odur ki, Süleyman
Rüstəm poeziyasına
bu gün də böyük ehtiyac var. Onun Böyük Vətən müharibəsi dövründə
yazdığı "Ana və
poçtalyon" şeiri
isə mövzu seçimi və Vətənə, anaya məhəbbət mövzusunda
yazılmış ən
dəyərli əsərlərdəndir.
Şairin müxtəlif illərdə
çapdan çıxmış
"İki sahil",
"Təbrizim" kimi
şeir kitablarında
da əsasən vətənpərvərlik mövzusunda
yazılmış ən
gözəl şeir nümunələri toplanmışdır.
Müasir dövrümüzün tanınmış
şairlərindən olan
Bəxtiyar Vahabzadə
yaradıcılığında da vətəni, torpağı tərənnüm
edən şeirlər
xüsusi yer tutur. Şairin "Bir gəminin
yolçusuyuq" şeirlər
kitabında toplanmış
şeirlərinin hamısında
qürbət, ayrılıq,
müdriklik öz əksini tapmışdır.
Vətənin hər qarışını
canından çox sevən şair hələ sağlığında
özünə Azərbaycan
ədəbiyyatında vətənpərvər
şair adını qazandırmışdır. Onun ana dili
haqqında yazdığı
şeirlərə nəzər
saldıqda bu gün də əvəzolunmaz hisslər
yaşayırıq:
Dil açanda ilk dəfə ana söyləyirik biz,
Ana dili adlanır
bizim ilk dərsliyimiz.
İlk mahnını, laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə
gilə-gilə.
Məmməd Araz yaradıcılığında
da vətənpərvərlik
mövzusu həmişə
öndə olmuşdur. Təsadüfi
deyil ki, şairin bütün şeirlərindən Vətənin
ətri gəlir:
Vətən mənə oğul
desə nə dərdim
Mamır olub qayasında bitərdim.
Xəlqilik, xalq ruhunun tərənnümü
onun əsərlərinin
daxili məzmunundan, ümumi ruhundan, bədii estetik keyfiyyətindən doğur. Məmməd Araz poeziyası onun mənsub olduğu xalqın qeyri-adi tərcümeyi-halıdır.
Şair həm də, sözün həqiqi mənasında, böyük istiqlal şairidir:
Son atəşdə, son zərbədə səninkidir.
Oğul əsgər, əsgər oğul mərd igiddir.
Məmməd Araz şeiri həmçinin qaynar ilhamlı həyat seçməsidir. Onun dərin mənalı
və məzmunlu poeziyası dünənin düşündürücüsü, bugünün aydın poetik fəlsəfəsidir.
XX əsrin sonlarında
yenicə dövlət
müstəqilliyini bərpa
etmiş Azərbaycan Məmməd Araz şeirində boy atmış,
böyümüşdür:
Nə yatmısan qoca vulkan, səninləyəm
Ayağa
dur Azərbaycan, səninləyəm!
Şairin böyük düşüncələr
hesabına yaratdığı
poemalarında da vətənpərvərlik ruhu,
Vətənə, xalqa
məhəbbət özünün
ən yüksək mərhələsinə çatmışdır.
Şair
"Üç oğul
anası" poemasında
çox gözəl bədii ifadələrlə
"Bir ana ürəyi
layla deyəndə
Laylı buludlarda yerə enəydi.
Bir ana ürəyi hökm eyləyəndə
Qranit qayalar muma dönəydi"
deməsi ilə vətən və ana məhəbbətinin vəhdətini yaratmışdır.
Müasir Azərbaycan ədəbiyyatı
şairlərinin yaradıcılığına
kiçik bir səyahət etməklə
biz belə bir qənaətə gələ
bilərik ki, milli vətənpərvərlik
hissi damarlarında qana çevrilən XX əsr klassik şairlərimizin əsərləri
bu gün də öz dəyərini qoruyub saxlayır. Elə bu səbəbdən öz milli təfəkkürləri
ilə böyük ədəbi irs
qoymuş həmin şairlərin ideyaları
bugünkü gənc
yazarlar tərəfindən
böyük məhəbbət
və inamla davam etdirilir.
Gülarə BUDAQOVA,
Yasamal rayonu Paşa Nəzərov adına
60 nömrəli
məktəbin müəllimi
Ədalət 2017.- 17 avqust.- S.3.