"SƏNGƏR UVERTÜRASI"
Akif Cabbarlıya kiçik
bir məktub
Mən Akif Cabbarlını mətbuatdan tanımışam. Sonra həyat elə gətirdi ki, "Ədalət" qəzetində
görüşdük, necə
deyərlər, yollarımız
kəsişdi. Sonra "Azərbaycan" qəzetində...
Və bu kəsişmə nöqtələri bizi bir-birinə yaxınlaşdırdı,
doğmalaşdırdı. Necə deyərlər, bizi bir-birimizə SÖZ bağladı.
O SÖZ ki, göydən
gəlib və SÖZə könül verən, ona canla, başla xidmət edən də SÖZ elə o ucalıqda saxlayır.
Bax, mənim dəyərli qələm dostum Akif Cabbarlı da SÖZü ucalıqda saxlayan yazıçı-publisistdi.
Adətən SÖZ adamları arxa planda qalırlar. Onların SÖZü
görünür, özləri
yox. Adətən
yerini, SÖZünün
sanbalını bilən
söz adamları özlərinə çəkilirlər,
sözləri öndə
olur, sözləri onları nişan
verir. Bax, bu dediyim iki xüsusiyyətin ikisi də Akif
Cabbarlıda mükəmməl
bir şəkildə özünü təsdiq edir. Şəxsən mən Akif Cabbarılının hardasa,
hansı məclisdəsə
özünü təqdim
etdiyini, öz yazılarını gündəmə
gətirdiyinin şahidi
olmamışam. Sadəcə, onu tanımayanlara tanışlıq mənasında
adını, soyadını
deyibdi. Elə həmin məqamdan
da həmsöhbətləri
Akif müəllimin özüylə öz dilində, öz sözünün, yazısının
üslubunda danışıblar.
Məncə, yazar üçün, SÖZlə
nəfəs alan
insan üçün
bundan yaxşı, bundan dəyərli heç nə yoxdu. Axı, söz sahibini
tanıdır, sahibini
təqdim edir. Deməli, həmin o SÖZ yaşayan
SÖZdü, qəbul
olunan SÖZdü.
Bugünlərdə Akif müəllimin
avtoqrafı ilə bir kitab aldım.
"Şuşa" nəşriyyatında işıq
üzü görmüş
kitabın adı
"Səngər uvertürası"dı.
Kitabın üz qabığındakı
döyüş səhnəsi
kitabın adının
böyük anlamını
öz-özlüyündə ifadə edir. Adətən
uvertüra SÖZü
müsiqiyə, musiqiçiyə
şamil edilsə də, həmin o döyüş səhnəsini
yadına salan diqqətli oxucu güllələrin səsini,
əsgərlərin hayqırtısını
da duya bilər.
Bu səslərin necə bir uvertüra
yaratdığını da
anlamış olar.
Bəli, mən 216 səhifəlik bu kitabı gözdən keçirdikcə
müəyyən məqamları
təkrar yaşadım. Özü də
bunu tam səmimi deyirəm. O məqamları
təkrar yaşadım
ki, onlar təkcə mənim yaşımla, arxada qalan illərimlə bağlı deyil. Bu həm də
mənim bir mətbuat işçisi kimi yaşadıqlarım və yazdıqlarım deməkdi. Deməli, kitabdakı publisist
yazıların şah
damarı faktdı, səmimiyyətdi. Yəni
quru ağac parçası, buz kimi qara bir
daş yox, hərəkətdə olan,
nəfəs alıb nəfəs verən fakt! Bu faktları
adi bir yazı
materialı kimi yox, həyat həqiqəti kimi qəbul edəndə, onda görürsən ki, müəllifin, yəni Akif Cabbarlının nəzər
nöqtəsi nə qədər sərrastdı,
nə qədər dəqiqdi. Bax, elə onun
ötən ilin aprel döyüşləriylə
bağlı qələmə
aldığı publisist
qeydlərə baxanda adama elə gəlir ki, müəllif səninlə
səngərin kənarında
dayanıb söhbət
edir. Və yaxud o səngərdəki
uşaqlardan birinin valideyni kimi ortalıqda söz gəzdirən, mənasız
fikirləriylə insanları
çaşdıranlara sərt
mesaj verir. Çünki bəzilərinin "ana uşağı" adlandırdığı həmin
o səngər cəngavərləri
aprel dərsləriylə
düşmənə kimliklərini
sübut ediblər, bu cür oğullara
"ana uşağı"
demək ən azından haqsızlıqdı.
Və burda, yəni etiraz mesajının içərisində
böyük Məmməd
Arazın misraları,
yəni "Ayağa dur, Azərbaycan, səninləyəm!" deməsi
və bu hayqırtını:
Qoca millət, hər andımız,
amanımız,
Əgər varsa
Zərrə qədər imanımız,
İnamımız - Vətən! - desin
Hər yaxşımız, yamanımız
Vətən! - desin!
Mən Akif Cabbarlının öz işini yaxşı bilən televiziyaçı
kimi də tanıyıram və elə onu ekranla,
efirdə yayımlanan
verilişlərindən də
xəbərdaram.
Qələm dostumun bu kitabda
televiziya ilə bağlı yazdığı
publisist yazılar da onun efirdən,
ekrandan keçən yolunun naxışlarıdı. Ümumiyyətlə,
bu kitabda Akif Cabbarlı müəyyən özəl
məqamları - rus dili sevdasından tutmuş, işbilməzin
iş başında əyləşməsinə qədər,
Üzeyir bəyi tanımayanın televiziyada
veriliş müəllifi
olmasına qədər
çox mətləblərə
öz prizmasından baxıbdı.
Onun baxışından
tutub həmin mövzuların alt qatına
enəndə kitabın
ön sözünün
müəllifi hörmətli
Flora Xəlilzadənin dediyi
kimi, çox sirlər faş olur. Üstəlik, o da bilinir ki, Akif Cabbarlı
Azərbaycan ədəbiyyatında,
xüsusilə satira dünyasında böyük
məktəb olan Mirzə Cəlil ruhu ilə həmişə
təmasdadı.
Bir oxucu olaraq düşünürəm
ki, qələm dostum bu kitabı
ilə SÖZü sevənləri sevindirib. Üstəlik, o həm də özünün sadiq oxucularına mükəmməl
bir hədiyyə bağışlayıbdı - həmişə
baş-başa qalıb
həmsöhbət olmaq
hədiyyəsi. Elə bir
oxucu kimi də mən Akif müəllimi təbrik edir, ona böyük SÖZün qulluğunda həmişə sağlam
canla dayanmasını
arzu edirəm.
Ədalət $g 2017.- 18 avqust.-
S.3.