Əyyub Paşa
İsrafil ağadı, Məmməd
koxadı
("Məmməd
koxa" poemasından
bir parça)
Bir yanı İrəvan, bir yanı Qazax,
İgidlər aradım, elədim
soraq,
Xalqının yolunda yandıran
çıraq,
İsrafil ağadı, Məmməd
koxadı.
Ağılda, zəkada bənzəyən
Nuha,
Kömək, dayaq olan hər qəlbə, ruha,
Vətənə, torpağa, elinə
arxa,
İsrafil ağadı, Məmməd
koxadı.
Düşmənlə üz-üzə,
dostla baş-başa,
Ümid, çıraq oldu elə, qardaşa.
Adı,
qeyrətilə yaşayan
qoşa,
İsrafil ağadı, Məmməd
koxadı.
Elində
məktəbdə təhsili
quran,
Ürəyi xalq ilə döyünən,
vuran.
Düşmən qarşısında mərdanə
duran,
İsrafil ağadı, Məmməd
koxadı.
Paşa,
haqqı mərdə verərsə zaman,
Xalqının gözündə ucalar insan.
Qaraxda mərd ağa, koxa, qəhrəman,
İsrafil ağadı, Məmməd
koxadı.
Qalmayıb
Ömrümü yaşadan odlu ürəyin
Zirvəyə çatmağa halı
qalmayıb,
Ağarıb saçlarım qəmdən,
kədərdən,
Solub, yanağımın alı qalmayıb.
Şirini-şəkəri olan dilimin,
Əyilib
şuxluğu, gücü
belimin,
O daraq batmayan qıvrım telimin,
Rəngi ağarıbdı, çalı
qalmayıb.
Dolub kövrəlirəm doğma
elimdə,
Məni
əzizləmir indi gülüm də,
Ruhları oxşayan şirin
dilimdə
Nə şəkər, nə nabat, balı
qalmayıb.
Bezmişəm yalançı işvədən,
nazdan,
Mənə əzab verən
ağlı dayazdan,
Bu sonsuz bəladan, yalan murazdan
Solubdu, lalənin
xalı qalmayıb.
Gizləmək olmayır sonsuz
heyrəti,
Kişidə kişilik qalmayıb qəti.
Harınlar bir günə salıb milləti,
"Dilboz"u çapmaqdan
halı qalmayıb.
Barımı yeyiblər, lüt
qalıb bədən,
Doymayır görməmiş o həris
gödən,
Paşanın bağında bəslənib
bitən,
Arzu meyvəsinin
kalı qalmayıb.
Niyə qocaldım?!
Doğuldum arzutək, sonsuz
diləktək,
Ömrümü Tanrımdan sanki
borc aldım,
Ötdü gəncliyimin qayğılı
çağı,
Necə də əlçatmaz xoşbəxt vüsaldım.
Arzular gül açdı ilk baharımda,
Qoşa
izlər saldıq qışın qarında,
O alagözlümün dodaqlarında
Qəlbində, gözündə sanki xəyaldım.
Sığındı sinəmə od salan
mələk,
Vulkantək alışdım mən
püskürərək,
Yaşamaq eşqilə çağladı
ürək,
Gileysiz yaşadım,
ərşə ucaldım.
Tanrımın Paşaya payı
azıymış,
Bəlkə də bu dünya oyunbazıymış,
Qismət
ömrüm üçün
sirli yazıymış,
Axı nə yaşadım, niyə qocaldım?!
Dağlara, dağlara
Sərin-sərin yağış yağır,
Yenə
dağlara-dağlara,
Duyanları səslə, çağır,
Ünə dağlara-dağlara.
Gah güclənir, gah səngiyir,
Ürəyimi həsrət yeyir,
Şirin-şirin mahnı deyir,
Sinə dağlara-dağlara.
Nə şirindi pendir, lavaş,
Cığırları təkcə dolaş,
Bu yoxuşu çıxaydım
kaş,
Binə, dağlara-dağlara.
Min ətir var hər
gülündə,
Mahnılarım el dilində.
Uşaqlığım at belində,
Enə dağlara-dağlara.
Paşa,
dostlar olsun agah,
Ümidlimi gələn sabah?
Ürəyimi kövrəldən ah,
Dinə dağlara-dağlara.
Gah yanırsan, gah yanmırsan
Qədrimi, qiymətimi
Gah anırsan, gah anmırsan,
Sənə olan hörmətimi,
Gah qanırsan,
gah qanmırsan.
Gəncliyimin şirin balı,
Ay kamallı, ay zəkalı,
Sənə qovuşan vüsalı,
Gah danırsan,
gah danmırsan.
Səcdə etmərəm adına,
Qaldın
Tanrı umuduna,
Əyyub Paşanın oduna
Gah yanırsan, gah yanmırsan.
Ədalət 2017.- 18 avqust.- S.4.