FÜZULİM MƏNİM…
… Dünyada çox şirin şey var. Şirin şey var ki, onun
dadından doymaq olmur və uzun
müddət bu ləzzət damağından
getmir… uzun müddət düşünürsən
ki, elə bundun gözəl, bundan şirin heç nə ola bilməz… uzun muddət düşünürsən ki,
nə yaxşı bu anları yaşadım… Dünyada bal da şirindi,
bala da şirindi,
valideyn də şirindi. Bunların hamısı bizim
gördüyümüz, bildiyimiz
və əbədi olaraq yaddaşımıza
yazılmış anlardı.
O anlar ki, şirin şey deyəndə yadımıza
düşür. Amma vallah, baldan da, övladdan da, valideyndən də şirin bir şey var
– Vətən!
Bilmirəm, Vətənsiz insan necə yaşaya bilər? Və əgər yaşayırsa,
o, hər gün cəhənnəmi gözüylə
görür. Və hər
saat, hər dəqiqə, hər gün o Vətən, o torpaq haqqında düşünür. Düşünür
ki, bir vaxtlar
anadan olduğu, torpağının üstündə
gəzdiyi, suyunu içdiyi və havasını udduğu Vətənə həsrət
qalıb…
Bizim də Vətənimizin 20 faizi çörəyimizi yeyib
suyumuzu içən nankor ermənilər tərəfindən işğal
olunub. İşğal
olunan rayonlar arasında Füzulinin də böyük bir dərdi var. O Füzuli ki, 1993-cü ilin avqustun 23-də erməni faşistləri tərəfindən işğal
olunaraq yağmalanıb…
o Füzuli ki, onun dağlarında, ormanlarında, bağlarında
tarlalarında bir vaxtlar biz əkib-becərərdik,
onun bərəkətini,
ruzisini biz yığardıq…
Mən heç də bu yazımda göz yaşı töküb ağlaymayacağam.
Çünki ağlamaqla
heç də məsələ həll olunmur və ağlamaqla bizim yaramız da sağalmır…
… Yaramızı sağalda biləcək bir məlhəm var: o da millətin bir yerə toplaşaraq,
bir yerə yığışaraq ölkə
Prezidenti İlham Əliyevin ətrafında
möhkəm birləşməsidi.
Artıq bu birlik, bu dəstək
və bu sevgi var! Bu birliyi və bu dəstəyi zaman-zaman görmüşük.
Düzdür, avqustun 23-ü Füzulinin
işğal günüdür.
Bu gündən düz
24 il keçir.
Və bu 24 ildə ölkəmizin iqtisadi qüdrəti və hərbi potensialı qat-qat güclənib.
Və bu 24 ildə Azərbaycan Ordusu biz deyərdik ki, dünyanın ən güclü ordusuna çevrilib. Çünki Azərbaycana dünyanın
ən güclü və ən müdrik prezidenti olmuş Ulu Öndər Heydər Əliyev rəhbərlik edib. Bütün bəlalardan və
çətinliklərdən, parçalanmalardan Heydər
Əliyev bu milləti xilas edib və müstəqil
Azərbaycanın memarı
kimi yeni bir tarix yazıb.
Qüdrətli və güclü
Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
1994-cü il yanvarın əvvəllərində
Füzulinin Horadiz şəhərini və
22 yaşayış məntəqəsini
erməni işğalından
azad edib. Araz çayının üstündəki körpüdən
erməni bayrağı
çıxarılaraq yerə
atılıb və ora Azərbaycan bayrağı sancılıb!
1994-cü ilin yanvarından
bu günə qədər həmin körpüdə Azərbaycan
bayrağı dalğalanır!
Çünki Azərbaycan dövləti
ermənilərin əvvəllər
tanıdığı ölkə
deyil. İndi Azərbaycan dövləti
iqtisadi cəhətdən
daha güclü və daha qüvvətlidir.
Prezident İlham Əliyev də Ulu Öndər
Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirib və
Füzuliyə daim diqqət və qayğı göstərib. Belə ki,
ölkə Prezidenti İlham Əliyev dəfələrlə Füzuliyə,
Horadiz şəhərinə
səfər edib.
Orda çox möhtəşəm
mədəniyyət abidələrinin,
sosial obyektlərin və yaşayış binalarının açılışında
iştirak edib. Və dəfələrlə çıxışında
bir fikri xüsusilə vurğulayıb
ki, Horadizdə yaşayanlar və işləyənlər qəhrəmandırlar.
Çünki onlar döyüş
bölgəsinin yaxınlığında
işləyir və yaşayırlar.
Təbii ki, cənab Prezidentin bu cür qayığısı
və diqqəti heç vaxt Füzuli camaatının yadından çıxmır. Çünki bu camaat, bu
el-oba görür ki, Prezident İlham
Əliyev onlara necə böyük sevgi göstərir. Aydındır ki, ölkə
Prezidentinin birbaşa sərəncamı ilə
Füzulinin sosial-iqtisadi
inkişafı üçün
zaman-zaman milyonlarla manat vəsait ayırılıb. Və bu
vəsait abadlıq, quruculuq, tikinti işlərinə sərf
edilib. Bir vaxtlar yağmalanmış,
hətta daşları
belə yandırılmış
Horadiz şəhəri
möcüzəli bir
məkan kimi yenidən tikilib. Bu gün Horadiz
dünyanın ən gözəl şəhəridir
desək, yanılmarıq.
Dünyanın ən gözəl
şəhərində çoxlu
sayda sosial obyektlər, məktəblər,
xəstəxanalar, mədəniyyət
mərkəzləri və
eyni zamanda yeni yaşayış binaları əsaslı surətdə təmir edilərək tikilib camaatın istifadəsinə
verilib. Şəhərdə on minlərlə müxtəlif ağaclar əkilib. Və bu şəhər
hər hansı Avropa şəhərilə
yarışa girə bilər.
Bu gün Füzulidə
bütün yaşayış
məntəqələrində, kəndlərdə əhali
üçün hər
cür şərait yaradılıb. Kəndlərə, yaşayış məntəqələrinə yeni
su, qaz xətləri
çəkilib. Hətta bir
neçə kənd müasir telefon xətti ilə təchiz edilib. Hər cür infrastrukturu olan rayonda son illər neçə-neçə
qəsəbə inşa
edilib. Buna nümunə kimi Qayıdış və Zobucuq qəsəbələrinin
adını çəkə
bilərik. Və bu
qəsəbələrdə də əhali üçün hər cür əlverişli şərait təşkil
edilib. Bir sözlə, bu
gün Füzulinin işğaldan azad olunmuş bütün ərazilərində sanki
cənnətə oxşar
bir məkan yaradılıb. Hansı kəndə,
hansı qəsəbəyə
ayaq bassan, yolun düşsə orda möcüzələr
dünyasına düşərsən.
Rayonun elə bir kəndi,
elə bir qəsəbəsi yoxdur ki, orda müasir
standartlara cavab verən asfalt yol çəkilməsin.
Hətta bu asfalt yolların sağ və sol hissəsində 7 il bundan əvvəl çinar ağacları əkilib.
Bu gün Füzulidə
kənd təsərrüfatı,
tərəvəzçilik sahəsində çox böyük uğurlar əldə edilib. Taxılçılıq və baramaçılıq
sahəsində rekord nəticə qazanılıb.
Bununla yanaşı, digər kənd təsərrüfatı
məhsullarının yetişdirilməsində
rayon əməkçilərinin çox böyük xidməti var. Eyni zamanda, heyvandarlıq yüksələn xətlə
inkişaf edir. Əhalinin yaşayışı, dolanışığı
və rifah halı günbəgün
yüksəlir. Bir
faktı da qeyd edək ki, son illərdə rayonda çoxlu sayda yeni iş
yerləri açılıb.
Bunlar isə onu deməyə
əsas verir ki, Füzulidə həyat bulaq kimi qanayır və hər kəs yaşamağın
və işləməyin
yolunu tapıb.
Artıq neçə aydır ki, Füzuli rayonunun girəcəyindən
Horadiz şəhərinə
qədər olan respublika əhəmiyyətli
yol əsaslı surətdə yenidən inşa edilir. Çox güman
ki, bu strateji
əhəmiyyətli avtomobil
yolu oktyabrın əvvəllərində istifadəyə
veriləcəkdir. Aydındır ki, yeni yolun
istifadəyə verilməsi
insanların rahatlığını
bir qədər də yüksək səviyyədə təmin
edəcəkdir.
Füzulinin hər açılan səhəri, hər gündüzü yeni bir tarixdi. Axı bu
yurd həm də mənim anadan olduğum, böyüdüyüm Vətəndir.
Və bu Vətəni mən tezliklə bütöv görmək istəyirəm. Ananı baladan
ayıran kimi Füzulinin də bir hissəsi bu gün işğal
altındadır. Amma mən
çox böyük ümidlə deyirəm ki, o işğal altında olan Füzulinin yarısı da tezliklə azad ediləcək. Çünki bir dəfə
1994-cü ilin yanvarında,
bir dəfə
2016-cı ilin aprelində
Füzulinin müəyyən
hissəsi işğaldan
azad edilib. Strateji əhmiyyətli Lələtəpə
bu gün Azərbaycan Ordusunun nəzarətindədir. Bu isə o deməkdir ki, biz bu yüksəklikdən
çox yerə, o cümlədən işğal
altında olan ərazilərimizə nəzarət
edə bilirik.
Və Allahın
köməkliyi ilə,
Prezidentin gücüylə
biz Füzulinin işğal
altında olan digər yerlərini də tezliklə azad edəcəyik. Və o vaxt
dodağı Vətən
həsrətiylə dörd
yerdən çatlayan,
ürəyi qubar bağlayan insanların sevincinin həddi-hüdudu
olmayacaq. Və o
vaxt biz tək Füzuliyə yox, ordan Ağdama, Cəbrayıla, Qubadlıya,
Zəngilana, Laçına,
Şuşaya, Kəlbəcərə
gedəcəyik… Və
o vaxt biz üçrəngli
bayrağımızı həmin
torpaqlara sancacağıq…
Və o vaxt biz rahat nəfəs alacağıq və ürəyimiz də sakit olacaq…
***
Bakı
şəhər, Yasamal
rayonu, 32 nömrəli
Mənzil İstismar İdarəsi tərəfindən
3-cü Yasamal , Məmmədzadə küçəsi bina 98, mənzil 23-də yaşayan
Abanov Rauf Xəlil oğlunun adına 1982-ci ildə verilmiş mənzilin küpçası (kötük)
itdiyi üçün
etibarsız sayılır.
***
Rzayev Əli Müseyib oğlunun
adına verilmiş «Niva»
markalı 57 BN 350 nömrəli avtomaşının texpasportu itdiyi üçün etibarsız sayılır.
Ədalət 2017.- 23 avqust.- S.3.