Tofiq Abdinlə

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Kitab rəfi önündə söhbət

 

 

İş otağımda bir kitab rəfi var. Mənə bağışlanan kitabları öncə orda yerləşdirirəm. Sonra da iki bir, üç bir daşıyıb aparıram mənzilimə...

Mən kitabsevənlər cəmiyyətinin üzvü olmasam da, kitaba bağlı adamam. Bax, belə bir durumda hər gün evə kitab aparmağın nə demək olduğunu yəqin ki, siz artıq anladınız. Elə bu anlayışınıza sayğı ilə əlimdəki bir kitabdan danışmaq istəyirəm. Bu kitabın müəllifi bizi tərk edib, Tanrı dərgahındadı. Amma sözü, xatirələri özünəməxsus həyat tərzi, bironun sözün bütöv mənasında qeyri-adi canıyananlığı heç yadımdan çıxmır, unuda bilmirəm. Demək olar ki, "Ədalət"in redaksiyasında ən çox xatırlanan söz adamlarının sırasında Tofiq Abdin ön cərgədə dayanır. Məncə, bunun özübir xoşbəxtlikdi - özün köç edəsən, sözünruhun göz önündə ola, dost yaddaşında yaşaya!.."

Bəli, son günlər onun barəsində özüm də bilmirəm nədənsə daha çox düşünürəm. Və kitab rəfimin qarşısında dayananda qeyri-adi bir formada əlim onun kitablarına tərəf uzanır. Götürürəm, yazdığı avtoqrafı oxuyuram, sonra şeirlərindən biriyaxud da ikisini içimdə, özüm eşidəcəyim bir səslə oxuyub sonra kitabı qaytarıb yenidən öz yerinə qoyuram. Görünür, bu hansısa bir hissin, duyğunun ismarışıdı. Mən onu bu gün qəbul etdimo ismarışı gecə gördüyüm yuxunun ovqatı ilə birləşdirib anladım ki, Tofiq Abdin oxuyub yerinə qoyduğum kitabının vərəqlənən səhifələrinin səsini eşidib diksinib. Bax, mən də bu ismarışı alan kimi o kitabı bir daha vərəqləyə-vərəqləyə istədim ki, bu dəfə təkcə kitabının vərəqlərinin səsi deyil, elə mənim də səsim onun ruhunun qapısını döysün...

 

Sönəndə göylərin son ulduzları

bəlkə də, bəlkə də

qayıtdın yenə,

Mən sənə düşmənəm,

ona görə ki,

lap elə sənin tək neçə tanışı

yenidən, yenidən tanıtdın mənə.

Mən buna yanıram, bu yanıram,

Bir daha mən səni bağışlamıram!

 

Nədənsə Tofiq Abdinin "Səni bağışlamıram" şeiri kitabı açan kimi gözümə ilk sataşan nümunə oldu. Mən şeirin yalnız son bəndini sizə təqdim etdim. Çünki bu şeirdə Tofiq Abdin qəhrəmanının bütün hallarını bağışladığını böyük ürəklə ifadə etdiyi halda, sonda bağışlamadığı məqamı da qabartmağı unutmur. Yəni vurğulayır ki, hər bir halını bağışladığı ona, sən demə, hamını yenidən tanıdıb, yenidən kimin kim olduğunu ona xatırladıb. Şair də məhz bu xatırlatmaya, bu tanıtmaya görə qəhrəmanını bağışladı. Düşünə bilərsiniz ki, burda faciəvivar ki? Amma yox. Bir anlıq düşünsəniz görərsiniz ki, illərlə tanıdığını yenidən tanımaq, yəni onun dərinlikdə, arxa planda olan qatlarını görmək, göründüyü kimi olmadığını anlamaqbuna sakit bir tərzdə baxmaq mümkün deyil. Tofiq Abdin də məhz olduğu kimi görünməyənləri yenidən görmək istəmədiyi üçün qəhrəmanını bağışlamır və üstəlik bu həm də qəhrəmanını özününolduğu kimi görünmədiyini vurğulamaq, ifadə etmək deməkdi.

 

Yaza bilmirəm məhəbbətimdən.

Niyə?

Qəşəng qız, niyə?

Olmaya min cür

Qayğı öldürdü məhəbbətimi?

Yoxsa anam

Məhəbbətsiz doğdu məni?

Yaman kimsəsizlik

çökdü məhəbbətə.

Bəlkə öldürmüşük

məhəbbət hissini?

Kim deyir desin

bizə çatdıra bilmədilər

məhəbbətin səsini.

Susuzluqdan çatlamış

dodaqlara bənzəyir gözlərimiz

məhəbbətsiz.

Məhəbbəti yaşayır

ancaq nəğmələrimiz.

 

Bu qəribə şeirdə bir neçə məqam var. Bu məqamın mənim üçün ən birincisi şairin sərt bir şəkildə vurğuladığı məhəbbətin yalnız nəğmələrdə yaşamasıdı. Yəni sevginin, hisslərin, duyğuların gerçəklikdən sözə, nəğməyə köçməsidi. Əslində bu, o böyük hissin adiləşməsi, dəyərdən düşməsi anlamını ortaya qoyur. hətta böyük Nizaminin böyük Bülbülün ifasında hər birimizin qəlbinə yol açan "Sənsiz"i belə bugünün gerçək məhəbbətini bir növü kölgələyir, onu arxa plana atır. Çünki o gerçək məhəbbət "Sənsiz"də olan yanğını əks etdirmir, göstərmir. Bax, şair buna toxunur, buna istinad edir vurğulayır ki, "yaza bilmirəm məhəbbətimdən". Təbii ki, şeir özü isə bütövlükdə şairin oyuncağa çevrilən, aşağılanan, yalnız sözdə, nəğmədə yaşayan məhəbbətə acımasıdı, onu diriltmək istədiyidi.

Bəli, Tofiq Abdin əlimdə olan kitabındakı bir qoşmasında yazır:

 

Çox Tofiqlər qoşmaları düz yazıb,

Səksən yazıb, doxsan yazıb, yüz yazıb.

Tofiq Abdin qoşmaları az yazıb

Bağışla gəl, gül, toxunma könlümə!

 

Bu qoşmanın da məramı, mahiyyəti əslində yenə hisslərdi, duyğulardı bir bu hisslərin, bu duyğuların yuvası olan ürəyə, könülə edilən həmlələrdi. Mən Tofiq Abdinin poeziya dünyasında ən çox bir detallar qarşılaşıram. O da şairin gördüyü ilə yaşadığının qovuşma nöqtəsidi. Elə bil Tofiq Abdin şeiri yazmır. Sadəcə gördüyü, qarşılaşdığı məqamla yaşadığı məqamı bir-biriylə qarşı gətirir, üzləşdirir. Sonra onları ürəyinin süzgəcindən keçirir. o süzgəcdən keçən hər nədisə, sonda şeirə çevrilir Tofiq Abdin onu oxucuya çatdırır. Məsələn:

 

Unuduram bircə-bircə

olanları.

Heç özüm bilməyirəm

niyə belə tez öyrəndim unutmağı?

Bağışlaya bilməyirəm

Öz-özümə

bu yadlığı.

Dünya yarı dünyaydı

mən səni tanıdığım gün.

Budağından tez qırılan

bir yarpaqdın

adamların tapdağında

yoxa çıxdın.

 

yaxud:

 

Dünən belə deyildim,

dünən səadət dolu bir adamdım

barlı ağac kimiydim!

Qorxdum toxunarlar mənə

Bu gün

kim qaytara bilər məni dünənə?

 

yaxud:

 

Deyirsən ayrılaq,

bəsdir yaşadıq.

Ayrılaq,

qədər gec deyil hələ.

Bəsdir, gözümüzdə həsrət daşıdıq

yoldan ötənlərə biz bilə-bilə.

...Sevsəm

mən səni ayrılmalıyıq

Niyə gizlədirik həsədimizi.

Unuda-unuda yaşayırıq biz,

Məgər görmürsənmi bir-birimizi.

 

, mən Tofiq Abdinlə elə kitab rəfimin önündə bir xeyli söhbət etdim. Şeirlərinin qanadında ona doğru gedib əlini sıxmaq istədim. Əlim boşluqda qaldı. Çünki o, öz şeirlərinin dünyasında, öz sözünün işığında oturmuşdu Tanrı dərgahında. Orda isə yazırdı. Deyəsən bu dəfə yazdığını bizə oxumayacaq...

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2017.- 24 avqust.- S.3.