SADƏ, SƏMİMİ,
TƏBİİ...
Azərbaycanın Cənub bölgəsinin Astara deyilən gözəl bir məkanı var. Elə bir məkan ki, dənizlə dağ, yamyaşıl meşələrlə ilin hər fəslində barını əsirgəməyən limonlu bağlar, göz oxşayan çöllər, zərif xalçalara bənzəyən çəmənlər və hər həyətin bəzəyi olan qızılgüllər bu gözəl diyarın təbii mənzərəsidir. Ancaq Astaranı sevdirən təkcə gözəl təbiəti deyil, həm də elə bu təbiətin özü qədər sadə və saf insanlarıdır. Son illərdə Astarada aparılan böyük quruculuq işləri onun gözəlliyini birə-beş artırıb. Bu gözəl məkanda şair olmamaq, şeirə, sənətə könül verməmək olarmı? Astarada maddi həyat - insanların qara torpaq üzərində bol nemətlər yaratmaq istəyi təbiidir, ancaq astaralıların mənəvi dünyası da zəngindir. Bu rayondan Azərbaycanda tanınan, elm, maarif və mədəniyyət sahəsində məşhur olan onlarla ziyalı yetişib. Mənə Astaranı sevdirən mərhum şair Əhəd Muxtar olub. Onunla Astarının kəndlərini gəzmişik, anasının mübarək üzünü görmüşəm, ağzı dualı bu ananın sinəsi bayatılar, laylalar oylağıydı. Hansı kənddəsə, yol qırağında bir bulaq vardı, bu bulağın suyundan od çıxırdı. O bulağı həmişə xatırlayıram və indi haqqında söz açacağım şairə Təbrizə Pünhanın şeirlərini oxuyanda da o odlu bulağı xatırladım. Şairlik də içərisi odla, atəşlə dolu bulaqlar deyilmi?
Təbrizə xanımın təxəllüsü Pünhandır. Mən deyə bilmərəm niyə bu təxəllüsü özünə seçib? Şeirlərini oxuyandan sonra gördüm ki, bu şeirlərdə gizlin, pünhan bir nöqtə yoxdur. Bəlkə ona görə seçib ki, ürəyinin gizlinlərini şeir dililə ifadə etsin.
Şeirlərindən aldığım təəssüratı qısaca ifadə etməyə çalışacağam.
Şeir, Şair və Söz haqqında yüzlərlə təriflər eşitmişik. Məncə, birinci Söz gəlir: "Bu xəlvət pərdəsini açan zaman əlbəəl, Söz oldu bu cahanda cilvələnən ilk gözəl". Allahın "Koq" ("Ol") əmrilə kainat yarandı. Günəş, Ay, ulduzlar, Yer yarandı. İnsan Yerin, Torpağın yaradıcısı, qurucusu oldu. İnsanlar Yerin, torpağın əbədi sakinləri kimi yaşadılar, mübarizələr, müharibələr, münaqişələr başlandı. Dillər, dinlər, təriqətlər yarandı. Yalnız bir şey çatmırdı, İnsan onu da yaratdı, bu da şeir idi, nəğmə idi, mahnı idi. Onların da yaradıcısı insanlar oldu, o insanlara Şair dedilər. Şairlər sözlə gözəllik yaratdılar, elə bir gözəllik ki, əsrlər boyu həyat, təbiət bu gözəlliyə təslim oldu.
Azərbaycan poeziyası min illərdir bu gözəlliyin keşiyindədir. Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərimgonlarla ustadlar Azərbaycan şeirinin gözəlliyini, dilimizin saflığını, incəliyini dünyaya bəyan ediblər. Bu gün - XXI əsrin girəcəyində sözümüzün, dilimizin ölməz ənənələrini gələcək nəsil üçün yaşadanlar az deyil. Təkcə Bakıda, qaynar ədəbi mühitdə deyil, bölgələrdə də istedadlı şairlər yaşar və o şairlərdən biri də Təbrizə xanımdır.
Təbrizə Pünhan nədən yazır və necə yazır? Əlbəttə, əziz oxucu, bu bir cümlədə iki sual var. Şair üçün bütün mövzular doğmadır, ən başlıca mövzular - Vətən, Təbiət, Sevgi, İnsandır - şair ürəyinin hissləri, duyğuları bu dörd mövzuda dünyaya, həyatın gözəlliklərinə, tarixə, bu günə, gələcəyə, xəyallara, reallığa boylanar, adilikdə qeyri-adiliyi, görünən nəsnələrdə görünməyən mənaları işığa çıxarar. Amma necə? Şair Azadlıq haqqında söz deyir. Həm də bu şair anadır - sülhün, gözəlliyin daim var olmasını arzulayan ana.
Göyləri heç bir zaman
Bölmərəm bölgələrə,
Bölmərəm ölkələrə.
Ayrı-ayrı dillərə,
Ayrı-ayrı dinlərə,
Allah birsə, dünya bir,
Sevgi birdir, ağrı bir,
Dünyanı bölmək nədir?
Azad yaşasın insan...
İnsan və dünya haqqında düşüncələrə daha çox yer verir şeirlərində. Təbii ki, bir ananın - bir azərbaycanlı qadının narahatlığı, həyatda görmək istədiyi, lakin çox zaman görə bilmədiyi gözəlliklərdən ötrü nigarançılığı, dünyada baş verən müharibələrin, fitnə-fəsadların, qırğınların bir ana ürəyində qövr etməsi bu şeirlərdə öz əks-sədasını tapır. "Bəlkə də dünyanı səhv qurmuşuq biz" fikri yaranır. Amma sonra məlum bir fikri xatırladır: "Dünyanı gözəllik xilas edəcək":
Bir ümid işığı
gəlir min ildir
Qaranlıq dünyanı yarıb keçəcək.
Bir körpə uşağı
ürəkdən güldür,
Bütün silahları qırıb keçəcək.
Yol verək çiçəklər
çıxsın yollara,
Tül pərdə
düşməsin dağın
üzündən.
Sağalar torpağa vurulmuş
yara
Dünya göz yaşını silər gözündən.
Əlbəttə, dünyanın mürəkkəb
olaylarından baş çıxarmaq müşgüldür. Bir şair demişkən: dünyanı, əsri dərk etmək üçün bir başın içində
min baş gərəkdi.
Təbrizə xanımın
şeirlərində də
bir insanın ömrü boyu yaşadığı, müşahidə
etdiyi və çox zaman məyus olduğu hadisələrin əks-sədası
canlanır:
Bu dünyada nələr gördüm,
Aslanları mələr gördüm.
Damcılanan zərif bir su
Neçə qaya dələr gördüm.
Hökmü böyük təbiətin,
Çiçəklərin rəngi min-min.
Xəzan
vurmuş çiçəkləri
Açılmamış solan gördüm.
Qarayla ağ qoşa
zolaq,
Dərəylə dağ olub calaq.
Yiyəsiz bağ qaysaq-qaysaq
Yad əllərə
qalar gördüm.
Təbrizə Pünhanın Azərbaycanı,
Bakı, öz doğma Asiarasını və təbiət gözəlliklərini vəsf
edən şeirləri
də var və bu şeirlərdə
nikbir coşqu, inam, həyat eşqi öz təcəssümünü tapır.
Təbii
ki, bu gün
üçün ən
önəmli bir mövzu - Qarabağ həsrəti də şeirlərində görünməkdədir.
"Qarabağım" şeirində poeziya ilə publisistika birləşir. Həsrət, itirilmiş torpaqların ağrısı ilə qələbəyə inam
bir-birini əvəz edir. Çağırış
sədası ön plana keçir: "Qara keşiş hələ sağdır.
O tilsimli köynəyinin
Düyməsini birdəfəlik
qırıb atın".
Əsasən hecada-doğma vəznimizdədir
şeirləri. Sərbəst şeirləri də az deyil.
Amma əsas odur ki, fikrin poetik
ifadəsi hər iki vəzndə yazılan şeirlərdə
nəzərə çarpsın.
Qoşmalarının bir
çoxu buna misal ola
bilər. Qoşmada, müəyyən formal ölçü-biçi daxilində
söz demək o qədər də asan deyil, Təbrizə
Pünhan "bu düşvarı asan edə" bilir. Çox misal gətirmək olar, amma "Qızların" rədifli
qoşma daha münasibdir. Şairə
qızların-sevən, sevilən
bu gözəllərin
mənəvi dünyasını
əks etdirməyə
çalışıb və
buna nail olub:
Bir dəli sevdanın oduna düşər,
Müqəddəs hissləri coşar qızların.
Bəyaz
gəlinliyi yadına düşər,
Sevinci gözündən daşar qızların.
Sevgi şeirləri haqqında da səmimi söz açmaq olar. Ona görə səmimi ki, o şeirlərin içi yaşanılan, duyulan hisslərdir. Qondarma, saxta, süni hisslərdən yoğrulmayıb. Sevgini ilin fəsillərinə də bənzədirlər. Cavan şairlərin sevgisini bahara, yaşın otuzunu keçəndən sonra yaranan sevgiləri yay fəslinə, əllini keçəndən sonra isə payız sevıgisi gəlir. Təbrizə Pünhanın sevgi şeirləri payız sevgisinin yarpaqlarıdır, desək, səhv etmərik. O şeirlər misra-misra ürəyin ağacından qopur, ayrılır, xəzələ dönür. Amma ürəkdəki o ağac qurumur ki, qurumur.
Tükənməyən dərdimizdən
Bəzən daralır gecələr.
Bəlkə alıb dərdi bizdən
Yanıb, qaralır gecələr.
Yar eşqinə yanan ürək,
Min bir yerdən sınan ürək,
Heyrətindən donan ürək,
Solub, saralır gecələr.
Təbiətlə təmasda yazılan sevgi şeirləri daha uğurludur. Və bütün sevgi şeirlərinin içindən belə bir fikir keçir ki, sevgi müqəddəsdir, əsl insan-ideal insan - sevən insandır. İnsan sevgiyə dönük çıxmamalıdır, belə olarsa, o, özündən uzaqlaşmalı olur. Sevgisizlik yaşamaqmı? Yox! Bax, bu hissləri təbliğ edir Təbrizə xanım.
Biz də Təbrizə Pünhana bu həyat sevgisindən, poeziya sevgisindən, Vətəninə, dünyaya, ailəsinə olan sevgiləri şeirlərində yaşatmağı arzulayırıq!
Ədalət 2017.- 30 avqust.-
S.4.