Vətən oğlu Məmməd
Araz
Əvəz
Mahmud
Lələdağ
30 ilə yaxındır ki, doğma yurda, isti ocağa, bərəkətli bucağa, buz bulaqlara, meyvəli bağlara, sərin çeşmələrə, zümrüd yamaclara, dərin dərələrə, yarpızlı, baldırğanlı gözələrə, yaşıl yaylaqlara, zirvəsində qartal gəzən, sinəsində qurd ulaşan başı dumanlı dağlara hiyləgər, xain, çörək itirən, namərd qonşularımızın ucbatından həsrət qalmışam. Gecələr yuxumda görürəm müqəddəs pirləri - Qarapiri, Anabatı, Xaraba məscidi, tarixi abidələri, günbəzləri, dağların belinə kəmər kimi sarılan dağ cığırlarını...
Kəndimizin adı Ağdüdü. Çox qədim kənddir, burada olan qəbir daşları, qoç daşları, saduqələr kəndin qədim tarixindən XI-XII əsrə aid olduğundan xəbər verir.
Kəndimizdə böyük tayfalar olub. Onların ağsaqqalları adnan deyilib. Xanımağalı, Əhmədli, İsmayıl uşağı, Məşədi Şirin uşağı, Məşədi İbrahim uşağı.
Məşədi İbrahim uşağından söhbət eləmək istəyirəm. Böyük tayfa başçısı olan Məşədi İbrahim çox sağlam nəsil yetişdirib. O tayfanın çox hörmətli, səxavətli, sədaqətli, el qeyrətli adamları eldə-obada adnan deyilib. Məşədi İbrahimin Hümbətyar, Məmmədyar, Xudayar adlı oğlanları qılınc vuran, tüfəng atan olublar, yurdu yad ellərdən qoruyublar. Xudayar baba 130 il yaşadı. Mən keçən əsrin 50-60-cı illərində onun ağacların dibini bellədiyini görmüşəm...
İnfil əminin xatirələrindən:
-Bizim kənd Ağdü Zəngəzurun kilid-açarı adlanırdı. 1905-ci ildə erməni-müsəlman davasında ermənilərin başçısı Qəzər Stepanyansı bizim kəndin igidləri gəbərtmişdi. Həmin dərə Qəzər ölən adlanır.
Ona görə də ermənilər
bizim adamlardan qorxurdular. Kənddə vuran-tutan, igid adamlar çox idi. O vaxt onlar imkanlı olduqları üçün Ziyarətgahlara
gedib Hacı Əbdüləli, Kalbay İsgəndər, Kalbayı
Mürsəl, Kalbayı
Hümbətalı, Məşədi
Şirin və bizim babamız Məşədi İbrahim.
1918-ci ildə quldur ermənilərin üstümüzə gəlmə
xəbərini eşidəndə
hər tayfadan özünümüdafiə dəstəsi
düzəltdik.
Xanımağalıdan Ədil, Mehralı, Əhmədlidən Kalbay İslam, Kalbay İsgəndər, Məşədi
Şirinlidən Alkərim,
Cəfərlidən Mikayıl,
Məşədi İbrahimlidən
mən və əmimqızı Səməngül. İnfil əmi
kolxoz bağında ocağın üstündə
dağların otu ilə qara aftafada
dəmlədiyi ətirli
çaydan adama bir kasa süzdü,
torbadan möyüz çıxartdı. Bənəmyar
üzümündəndi dedi.
O çaydan bir qurtum içib sözünə davam elədi. Biz Buğda
təpəsinin döşündə
olan Asvar kahasında məskən salmışdıq. Çünki oradan hər yan apaydın görünürdü. Artıq quldur
Andrannikin vəhşi
ermənilərdən təşkil
olunmuş, müsəlmanlara
qarşı amansız
olan qoşunu Zəngəzurun kəndlərini
yandırır, insanlarını
qırırdılar. Atam
Xuadayar kişi,
çox uzaqgörən
idi. Doğma kəndimizin dağıldığını
gördü, orda yaşamağın mümkünsüz
olduğunu bildirdi.
Bizim ailə də o üz Ərəfsəndən
aşıb Nors kəndinə gəldik, Ağdülülər məhəlləsi
saldıq. Burda bir
neçə məhəllə
- Pulkəndli, Ərikli,
Şükarlı məhəllələri
də o vaxt Zəngəzurdan canlarını
götürüb qaçanlar
tərəfindən yaranıb.
Mənim ailəmdə İbrahim, Məmməd, Əbülfəz,
Gülsüm kimi övladlar bu kənddə dünyaya göz açıblar. Uşaqlar içində
ən şuluğu və çəlimsizi Məmməd, ağırı,
oturuşunu, duruşunu
bilən İbrahim idi. Ağır, çətin illər
görmüşük. Aclıq, yoxsulluq bizi tapmışdı, yaxamızdan
əl çəkmirdi.
Ancaq həyat davam edirdi... Bəli, Cahan nənəmin
laylasından, oxşamasından,
bayatısından bəhrələnən
nağıl, dastan dünyasına boylanan Məmməd, İnfil əminin əməksevərliyi,
torpağa bağlılığı
ilə öyünürdü.
Bax belə zəhmətkeş
ailədə böyüyən
Məmməd də o ənənəni torpağa,
Vətənə elə-obaya,
gülə-çiçəyə bağlanmağı uşaqlıqdan
qəlbində yaşadırdı.
"Atamın kitabında" dedikləri kimi:
Azərbaycan ədəbiyyatından poeziya
zirvəsinə çatan,
84 yaşını qeyd
etdiyimiz xalq şairi Məmməd Araz torpağa, Vətənə, ürəkdən
bağlı, ölməz,
həmişəyaşar şairdi.
Məmməd Araz yazdığı
Bəlkə bu yerlərə
bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Arxamca su səpir yoxsa
buludlar
Leysan, salamat qal, yağ, salamat qal.
Gəldim
qarşıladı güllər,
çiçəklər,
Gedirəm, əl edir boz
biçənəklər.
Nidamı
çaylara dedi küləklər,
Bulan salamat qal, ax, salamat qal.
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ay alagöz pəri, arxamca sən də,
Boylan salamat qal, bax, salamat
qal.
Bu qoca dağların biri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Barı,
bərəkəti, xeyri
də sənsən,
Çoban salamat qal, sağ
salamat qal.
Kəndə bağlılıq, ilkinlik,
kəndçilik, kəndçi
vüqarı nə qədər zirvələrdən
bərq vurur. Bax təkcə
bu şeirə görə Məmməd Araz yenə sayılıb seçilərdi.
Bu mənim şəxsi
fikrimdi.
Məmməd Arazın bu şeiri əlimizdən tutub bütün Azərbaycan dağlarına
çıxardır, bizi
dağ ucalığından
açılan doğma
mənzərələr ürəyimizi
riqqətə gətirir,
nələri itirdiyimizi
dərk edirik. Biləyimizdən yapışıb bizi talelərdən keçirir,
qeyrət ucalığından
itirdiklərimizə baxmağa
məcbur edir.
Dünyaya sığmayan insan vətənə sığar
deyib ulularımız. Çünki Vətən göylüyün,
yəni əzəliliyin,
əbədiliyin, sonsuzluğun
kamilliyin ifadəsidir.
Vətən ruhani məkandır,
bu səbəbdən də dünyadan artıqdır. Şeirin ikinci
uğurlu cəhəti
kəndçiliyimiz, - ilkinliyimiz,
həqiqətimizin izharıdır.
Azərbaycanlıların bir qüsuru var. Özgələşmə ehtirası. Bir-iki şeir
yazan dilini dəyişir, yerişini,
ədasını dəyişir,
əcnəbi geyimləri
ilə özgələşir.
M. Arazın şeirlərində
sezilən kəndçi
vüqarı, şəhərdən
sınmayan, itməyən
əriməyən, əksinə
özünü tapan və özünü dərk edən vüqarı məndə minnətdarlıq hissi oyadır. Mən həmişə bilmişəm ki, ilkinliyimiz, şeyriyyətimiz,
musiqiliyimiz, şərqiliyimiz,
ülviliyimiz hamısı
kənddədir.
Vətən bizə oğul
deməz,
Ona candan pay verməsək.
Torpaq bizdən üz döndərər,
Harayına, hay verməsək.
Babaların goru çatlar,
Düşmənlərə vay verməsək.
Şahin-sonqar meydan açar,
Qartal kimi qıy verməsək.
Dəlilərim qalib gəlməz,
Onlara
ox-yay verməsək,
Vətən oğlu Məmməd Araz.
Duyğularım təzələnir,
El-obanı şən
görəndə.
Doğma
Vətən torpağını
Səfalı, gülşən görəndə.
Vüqarıma vüqar çatmaz,
Dağlarımda çən görəndə.
Ürəyimə təpər dolar,
Qardaş səni "Şən"
görəndə.
Gözlərimə nur ələnir,
Tostu dosta tən görəndə.
Vətən oğlu, Məmməd Araz.
Gərək bir də unutmayaq,
Başımıza gələnləri.
Nifrət
ilə yada salaq,
Bir bədəni, bir ürəyi
İki yerə
bölənləri.
Unutmayaq
Vətən üçün
Candan keçib ölənləri,
Qurd ürəkli, sal kürəkli,
Geri dönməz igidləri.
Vətən oğlu Məmməd Araz.
Çox
şükür ki, gündən-günə,
Saflaşırıq, paklaşırıq.
İçimizdə həyat eşqi,
Dərə keçib, dağ aşırıq.
Elimizin dərd-sərinə,
Qaynayırıq, qarışırıq.
Yurdu azad etmək üçün,
Gecə-gündüz çalışırıq.
Bu Vətənə, bu torpağa,
Necə gözəl yaraşırıq.
Vətən oğlu Məmməd Araz.
O dağlar oğludur, dağ vüqarlıdır,
Köksünə sığmayır eşqi,
murazı.
Qardaş
sevirsən də şeiri, sənəti,
Ərit ürəyinə Məmməd Arazı.
İmza:
Ədalət 2017.- 1 dekabr.- S.6.