Zakir Bayramlının "Çağlayan bulağ"ı
Zakir
BayramlıgBəlkə də oxuculara bu ad-bu imza yaxşı
tanış deyil. O,
Şabranda yaşayır,
mərkəzi qəzet
və jurnallarda nadir hallarda çap olunur. Amma buna
baxmayaraq beş
bədii-publisistik və
üç şeir kitabı işıq üzü görüb və Şimal bölgəsində yaşayan
oxuculara yaxşı tanışdır. "Mən çağlayan bir bulağam" şeirlər kitabında Zakir Bayramlının son illərdə yazdığı
şeirlər toplanıb.
Tanınmış yazıçı, AYB-nin Şabran filialının sədri Aydın Tağıyev Zakirin bu şeir
kitabına səmimi bir ön söz
yazıb. Və mən
də Aydının o
səmimi sözlərinə,
Zakirin şeirlərində
arayıb-axtardığı incə mənalara, maraqlı fikirlərə şərik olduğumu bildirirəm.
Zakir Bayramlı kitabındakı
şeirləri beş bölməyə
ayırıb və təbii ki, hər bölmədə müəyyən mövzular
aparıcıdır. Amma mən
bu sxem üzrə
hərəkət etmək
istəmirəm. Zakirin
mənə təsir edən, adına
az-çox şeir deyə biləcəyim yazılarından söz açmaq istəyirəm.
Ən əvvəl
deyim ki, Zakir Bayramlı çox sadə və anlaşıqlı yazır. Təğii ki, onun şeir dili lap əvvəldən calq dilindən, folklor şeirindən qidalanıb
və indii də Zakir başqa
cür yaza bilməz.
Zakir Bayramlı
doğulduğu torpağa,
kəndə, elə-obaya,
Şabrana çoxlu şeirlər həsr edib və əlbəttə,
bu mövzuda yazdığı şeirlərində
vəsf və tərənnüm aparıcıdır. "Şabranın
tərənnümü"ndə Azərbaycanın bu qədim yurd yerinin tarixən keçdiyi yolun mənzərəsi canlandırılır:
Dayanıb Şərq ilə
Qərba arasında,
Yaşayıb sülh ilə hərb arasında.
Enməyib, yüz illər
kəhər atından,
Çıxıb tarixlərin yeddi qatından.
Tacirlər, sarvanlar suyundan
içib,
Qədim İpək yolu içindən keçib.
Ötüb qanlı tarix, qayıtmaz geri,
Azad, firavandır Şabran
elləri.
Qaytarıb özünə adını
Şabran,
Yandırıb ocaqda odunu Şabran.
Şabranda bir qədim qala da var-"Çıraqqala " və Zakir Bayramlı Çıraqqalanın da şeirlərinin birində
vəsf edir:
Durmusan sıldırım qaya başında,
Bir dağ vüqarı var dayanışında.
Diz çöküb ən azğın illər qarşında,
Salmısan tarixdən çox
varaq yola,
Sənin də tarixin var Çıraqqala.
"Qəçrəş" şeiri də Şabranın ən gözəl təbiət mənzərəsinə-Qəçrəşə
həsr olunub. Bu şeirdə bir rəsam duyğusu var, Qəçrəşin
gözəllikləri sanki
rəsmə köçür.
Zakir Bayramlı
doğulduğu torpaqdan-Şabrandan
böyük Vətənə-
Azərbaycana boylanır. Kiçik Azərbaycan
Şabrandırsa, böyük
Azərbaycan öz sərhədlərinə sığmayan,
dünyaları dolaşan
bir Vətəndir.
"Ey Vətən"
şeiri elə bu fikri ifadə
edir ki, Azərbaycan deyilən məmləkət nəhayətsizdir,
ucu-bucağı görünmür.Amma
neçə illərdir
ki, bu məmləkətin
başı üstündə
qara buludlar dolanır. Torpaqlarımızın bir qismi hələ də işğal altındadır.
Müharibədə şəhidlər veodik. Zakir Bayramlının "Şəhidlik zirvəsi"
və "Şəhid
anası" şeirləri
həyəcanla, ürək
ağrısı ilə
yazılıb. Amma
"Lələtəpə zirvəsi" şeirin oxuyanda qürürlanır:
Çalındı intiqam, zəfər
nəğməsi,
Vətən əsgərinin ucaldı səsi.
Kəsildi düşmənin mənfur
nəfəsi,
Düşdü vahiməyə bu
səksəkədən,
Tutuldu atəşə
Lələtəpədən.
Zakir Bayramlı
həyatın, gerçəkliyin,
günün reallıqlarından
da yazır. Bu əsrdə yaşayan bir şair təbii
ki, dünya ilə, yaşadığı
məmləkətlə, cəmiyyətlə,
insanlarla sıx bağlıdır. Onun bir sıra şeirlərində
bir narahatlıq duyğusu ilə üzləşirsən.
Fələkmi çarxını döndərib
geri
Yoxsa ki, şıltaqlıq tutub göyləri?
Təkanlar, vulkanlar bürüyüb
yeri,
Olaylar baş verir hər gün durmadan,
Qiyamət qoxusu gəlir dünyadan.
Ən yeni silahlar maraqdan
keçir,
Okean dibində sınaqdan keçir,
Məqsəd insanları qırmaqdan
keçir,
Təbiət diksinir qopan fəryaddan,
Qiyamət qoxusu gəlir dünyadan.
Hərçənd ki, bu şeirdə
publisistika şeiri üstələyir. Zakir Bayramlının şeirlərində bir
Ana obrazı da var və deyim
ki, "Anamla xəyali söhbət"
onun ən yaxşı şeirlərindən
biridir, çünki bu şeirdə Ana məşəbbətindən doğan
Anasızlıq həsrəti
var və bu həsrət çox təbii verilib.
Mən səni müqəddəs
varlıq tanırdım,
Hayana getsəydim, səni anırdım,
Ayağın altını cənnət
sanırdım,
Fəqət bu təbimdən
sovuşdun, ana,
Əbədi cənnətə qovuşdun,
anna!
"Məhəbbət təranələri" silsiləsindən
olan bir neçə şeirdə
də yaşanılan
duyğular, hisslər,
diqqəti cəlb edir. Amma bu silsilədən
olan şeirlərin bir çoxu gərək bu kitaba salınmayaydı.
Açıq-aşkar şeiriyyətdən zəifdir. Məsələn,
"Sənə yarım
söylədim ki.." şeiri zəifdir. Başqa bir şeirdə
"Məhəbbət olmasa
insan doğulmaz, Məhəbbət olmasa həyat da olmaz"
misraları şablondur,
min dəfə deyilib,
min birinciyə nə ehtiyac?
Keçək qəzəllərə. Bu gün klassik şeirimizin ən qədim forması olan, heç bir əsrdə öz sanbalını itirməyən qəzələ
tez-tez müraciət olunur. Elə şairlər var
ki, Divan bağlayırlar,
"Qəzəllər" kitabını nəşr
edirlər, amma nə ikinci Füzuli, nə ikinci Seyid Əzim
Şirvani, nə də ikinci Vahid görünmür.
Amma buna ehtiyac yox, təki
qəzələ meyl edənlər Qəzəldə
təzə söz deməyi bacarsınlar, onların qəzəllərində
məna görək, sənətkarlıq görək.
Zakir Bayramlının
əruza, onun musiqisinə, ritm və ahəncinə bələdliyi hiss olunur. Əsasən rəməl bəhrində
yazdığı qəzəllər
təkcə məhəbbət
mövzusunu deyil, başqa mövzuları da əhatə edir.
"Muğamat" rədifli qəzələ müraciət
edək:
Duyduqca dərindən necə ecazkar olurmuş,
Hopduqca cana pak
edir imanı muğamat.
"Şur" dəsgahı,
təsniflə "Çahargah"ı
gözəldir,
Sevdirdi bizə
Cabbarı, həm Xanı muğamat.
Yad musiqi alətləri, xaric səsə qarşı,
Tarla, kaman ilə edir üsyanı
muğamat.
Yaxşı cəhətdir ki,
Zakir Bayramlı öz qəzəllərində
ərəb və fars sözlərindən
çox az istifadə edir, təmiz Azərbaycan sözləri və ifadələrinə üz
ttutur:
Çox
darıxdım gözəlim,
gəl bağa, axşam görüşək,
Toplayaq sevgi dolu anları bağdan, bölüşək.
Açmışıq qönçəmizi,
biz təzə sevdalı
gülük,
Bizə olmaz ki, qalıb
həsrət içində
büzüşək.
Sənsiz
ey yar, mənə
gündüz də qaranlıq görünür,
Nurunu sal yoluma, qoyma azım,
ayrı düşək.
Zakir Bayramlı
indii yaşının
yetmişincm baharına
yaxınlaşır. Yetmiş yaş-insan
ömrünün kamillik
mərhələsidir. Arzum budür ki, o, şeirinin də kamillik mərhələsini yaşasın!
Vaqif
YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət $g 2017.- 5 dekabr.-
S.8.