Əsrin dörddə birinin
yaşıdı və ya "525-ci qəzet"in
örnək missiyası
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan ictimai-mədəni, ədəbi-estetik fikrinin inkişafında milli mətbuatımızın danılmaz rolu vardır. Bu mətbuat
orqanlarından hər
biri milli məfkurə, azərbaycançılıq,
dövlətçilik, türkçülük,
maarifçilik, milli heysiyyət, milli mədəniyyət və
ədəbiyyatın formalaşmasında
bacardığı qədər
xidmət göstərmiş,
düşüncə lokomotivizmin
irəliləməsində əhəmiyyətli mövqe
qazanmışdır. Bununla belə, bu gün
əsrin dörddə
biri qədər yaşı olan, milli təəssübkeşlik
hissimizin, dövlətçilik
düşüncəmizin, iqtisadi,
siyasi, mədəni müstəqilliyimizin nəinki
inkişafına, həm
də dövlətçilik
konsepsiyamıza əməli
köməklik göstərən,
bu işi böyük şərəf
və ləyaqətlə
yerinə yetirən, tribun missiyasını öz üzərinə götürən "525-ci qəzet"in
fəaliyyəti haqqında
danışmamaq, bu fəaliyyətin əsaslı
konturlarını görüb,
təqdir etməmək
insafsızlıq olardı.
"525-ci qəzet" öz dəsti-xətti, öz prinsipləri, öz yanaşma meyarları, hadisələri
işıqlandırma, faktlara
münasibətdə obyektivliyi
əks etdirmək baxımından nəşr
olunduğu ilk günlərdən
bu günə qədər olduqca nəzərə çarpacaq
bir əməl sahibi oldu.
"525-ci qəzet" sözün həqiqi mənasında öz təbliğatçılıq missiyasını boynuna götürdü. Dövlətçiliyimizin, milli mənəviyyatımızın,
xalq ideallarına sadiqliyin, mədəni varlığımızı qoruyub
hifz etməyimizin qarantına, bayraqdarına
çevrildi. Ömrünün
lap ilk günlərindən başlayaraq, obyektivliyi özü üçün
meyar götürdü.
Heç
vaxt konyuktur fikir və ideyaların
təmsilçisinə çevrilmədi.
Qəzetin yaradıcı
kollektivi təsir altına düşmədi,
yersiz dedi-qodunu, hərc-mərcliyi, səbatsızlığı,
prinsipsizliyi öz iş təcrübəsində
sınaqdan keçirmədi,
özünə yaxın
buraxmadı. Qütbləşmələr yaratmadı, sağlam
yaradıcı yanaşmanı,
praqmatik düşüncə
tərzini özünün
həyat kredosu kimi bəyan etdi. Belə bir yaradıcı
platformada "525-ci qəzet"in
yeri digər mətbuat orqanları sırasında xüsusi göründü.
"525-ci
qəzet"in belə
bir məram və konsepsiya əsasında nəşr
olunmasında, oxucu rəğbəti qazanmasında,
heç şübhəsiz
ki, onun baş redaktoru Rəşad Məcidin, onun müavinləri Yusif Rzayevin və Seyfəddin Hüseynlinin və yaradıcı kollektivin, redaksiya heyətinin rolu xüsusilə görünməkdədir.
"525-ci qəzet" gənc jurnalistlərə
müxbirlik dəst-xətti,
yaradıcılığa təzəcə
başlayan şair, yazıçı, publisistlərə
sənət sirlərinə
yiyələnmə, ədəbiyyatşünaslara,
tənqidçilərə, dilçilərə, filosoflara,
estetlərə öz
sahələrində püxtələşmə
öyrədib. Orta və yaşlı
ziyalı nəslin nümayəndələrinə qələm təcrübəsinin
daha da təkmilləşməsini
cilalaşıb. Məhz buna
görə də
"525-ci qəzet"in Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin, ictimai
və fəlsəfi fikrinin, hərb tarixinin, dövlətçilik
uğrunda mübarizənin
əsas konturlarını
ortaya qoyub. Ortaya qoyub ki, Azərbaycan
xalqı, onlar uğrunda mübarizə aparsınlar, onun gələcəyini şərəflə
qorusunlar.
Mən "525-ci qəzet"i
nədənsə lap çox
istəyirəm, ona rəğbətim böyükdür. Çünki oxucu məhz bu qəzetdə özü üçün
daim nə isə oxumağa maraqlı şeylər tapa bilir. Çünki bu qəzet nəşrə başlayan ilk illərdən
mənim də ədəbiyyatımız, ədəbiyyatşünaslığımız,
mədəniyyətimiz , folklorumuz, epos düşüncəmiz, ədəbi
tənqidimizlə bağlı
fikir və düşüncələrimə meydan verib.
Yadınızdadırsa, Rusiyada XIX 40-cı illərindən
böyük mütəfəkkir,
şair, demokrat N.Nekrasovun baş redaktorluğu ilə "Sovremennik" jurnalı nəşr olunurdu. Bu jurnal həmin dövrlərdə öz ətrafında Rusiyanın
bütün elitar ictimai, siyasi, sosial, mədəni, fəlsəfi, estetik, ədəbi təfəkkür
sahiblərinin nəzər
nöqtələrini yayır,
təbliğ edirdi.
Mənim
düşüncəmdə XX əsrin sonu - XXI əsrin ilk on illiklərindən
"525-ci qəzet" Azərbaycanda
həmin titanik missiyanı yerinə yetirməkdədir. "525-ci qəzet"in plankası
o qədər yüksəkdir
və yuxarıdır
ki, bu qəzetlə
əməkdaşlıq etmək
istəyən hər bir müəllif öncə özünü
"525-ci qəzet" səviyyəsinə
yaxınlaşdırmağa kökləyib, məhz bundan sonra burada
məqalələrinin çap
olunmasına özünü
layiq bilir. Bu, heç şübhəsiz
ki, qəzetin baş redaktoru və onun redaksiya
heyətinin öz işinə və qəzetçiliyə məsuliyyətlə
yanaşması ilə
bağlıdır.
Bu mətbuat orqanında
yer almış məqalə və materialların qəzetçiliyin
yüksək kondisiyaya
uyğun olması baş redaktorun isə tələbkarlığını
göz önündə
canlandırmaqdadır. Elə zənn edirəm ki, prof. C.Məmmədlinin
"525-ci qəzet"in qəzetlə
bağlı hazırladığı
kitaba verdiyi "Zamanın sınağında"
adı bu qəzetin doğrudan da 25 il ərzində
keçdiyi mübarizə
və əzmkarlıq,
məqsədə doğru
irəliləyişinin dolğun
və məntiqi mənzərəsini yaradır.
Bu mənzərədə Azərbaycan siyasi, ictimai, fəlsəfi, estetik, etik fikri,
ədəbiyyatşünaslığımız,
ədəbi tənqidimiz,
dilçiliyimiz, jurnalistika-mız
öz rənglərində
yetərincə təqdim
olunmuşdur. Yazıçı
Əli İldırımoğlu
qəzetin məramını
"İşıqlı yol",
şair Ramiz Rövşən "Azərbaycanın
ən ziyalı qəzeti", Yunus Oğuz "Zamanın sınağından alnıaçıq,
üzüağ çıxan
"525-ci qəzet", akademik
İsa Həbibbəyli
""525-ci qəzet" məktəbi", akademik
Abel Məhərrəmov "Ümummilli qəzet" kimi dəyərləndirmələri
bu mətbuat orqanının mahiyyətini
doğru-dürüst mövqedən
açmağa tuşlanmışdır.
Bu qəzetin vasitəsi
ilə dövlətçilik,
vətənçilik, vətənpərvərlik,
vətəndaşlıq, Qarabağ,
milli qeyrət, milli mənsubiyyət, milli tarix, etnik
keçmişimizə bağlılıq,
adət-ənənələrimizə, folklorumuza, epik örnəklərimizə, epos təfəkkürümüzə
qayğı və sayğı ilə yanaşmaq istiqamətində
gedən, yaxud aparılan işlərin ölçüyəgəlməz masştabı görünməkdədir.
"525-ci qəzet"in oxunaqlılığını və
populyarlığını sübut edən mühüm dəlillərdən
biri də bu qəzetin tirajının kütləvilik
baxımından Azərbaycan
media məkanında ön
sırada dayanmasıdır.
Bir sözlə, "525-ci qəzet"
hamının qəzetidir.
Onun həftə ərzində beş
dəfə oxuculara təqdim olunması da bunu sübut
edir. Bu qəzetdə
xalqın bütün
zümrələrindən, bütün təbəqələrindən
olanlar öz mənəvi ehtiyaclarını
təmin edə bilirlər. Çünki bu qəzetin
amalı da, istəyi də xalq, dövlət, millət, Vətən qayğılarından su içməkdədir.
Ümumiyyətlə, "525-ci qəzet" Azərbaycan həyatının geniş
panoramını yaratmış
bir mətbuat orqanıdır. Mənim qənaətlərimə görə
"525-ci qəzet"in onun
baş redaktor Rəşad Məcid və redaksiya kollektivi tərəfindən
elə mükəmməl
və məsuliyyətli
bünövrəsi qoyulub
ki, bu qəzet
qərinələr, əsrlər
keçsə də, öz yaradıcı missiyasını dəyişməyəcəkdir.
Çünki bünövrə düzgün qoyulduqda, bina tikili, əzəmətli
görünməklə, həm
də çox təlatümlərdən, zəlzələlərdən
alnıaçıq, üzüağ
çıxır. Onun tağları,
dirəkləri zədələnmir.
Bax,
"525-ci qəzet" də
belədir.
"525-ci qəzet" nümunə yaratmış
qəzetdir. Bu nümunə
onun müxtəlif problemlərə həssaslıqla
yanaşmaqla, öz simasını, öz kompozisiyasını, öz
məzmun, üslub və stilistikasını formalaşdırmış qəzetdir.
Hamıya yaxşı məlumdur
ki, palaz-palaz materiallar dərc etmiş çoxsaylı qəzetlər var ki, onları necə səhifələməyə
başlayırsan, eləcə
də bir surətlə bağlayırsan.
Çünki burada oxumağa,
təfəkkürü hərəkətə
gətirməyə, hər
hansı rasional fikrə rast gələ bilmirsən.
Bu da maraqlıdır
ki, "525-ci qəzet"
həm də öz forma və məzmun əlvanlığı
ilə Azərbaycan jurnalistikasına bir jurnalistlik mədəniyyəti
gətirdi. İndiyə qədər jurnalistikamızda
olanlara (nəzəri,
təcrübi, metodoloji
və s. aspektlər) öz səmərəli arşını ilə yanaşdı. "525-ci qəzet" (qəzet italyanca qadzetta" - ən ucuz şey)
"qəzet" sözünün
özünü də
urvata mindirib, onun dəyərini artırdı. Və bu
vüsət, bu yüksəliş nə yaxşı ki, bu gün də
səngimir, uğurla davam etdirilir. "525-ci qəzet" jurnalistikanın və jurnalistliyin professional simasını
yaratmış qəzetdir.
Əminliklə söyləyə bilərəm ki,
"525-ci qəzet" söz
sərvətimizin, dil
varlığımızın, ədəbi dil imkanlarımızın qorunmasına
və zənginləşməsinə
öz töhfəsini
vermiş mətbuat orqanıdır. Çünki "525-ci qəzet" dilimizin bütün yaruslarının,
sahələrinin və
bütün bəhslərinin
- leksikologiyasının, frazeologiyasının,
onomalogiyaslının, morfologiyasının,
sintaksisinin və üslubiyyatının püxtələşməsinə
xidmət edən qəzetdir.
"525-ci qəzet" jurnalistikamızın müdrikliyini
və uzaqgörənliyini
formalaşdıran və
sübut edən qəzetdir. Bu qəzet "örnək", "ocaq"
və s. kimi yüksək mənəvi
dəyər və meyarları özündə
uğurla birləşdirən
qəzetdir. Qəzetin baş redaktoru
Rəşad Məcidi
əvvəllər bir
şair kimi tanıyırdıqsa, onun
bu qəzetdə işləyəndən sonra
naşirlik potenasiyası,
publisist məharəti
ictimaiyyət üçün
daha çox açıldı.
Azərbaycan mətbuatına və
inkişafına "525-ci qəzet"in hələ nə qədər
səmərə verəcəyinə ümid
gələcəkdə daha da reallaşacaq və
güclənəcəkdir. Çünki bu qəzet müstəqil düşüncəni,
plüralist yanaşmanı, multikultural dəyərləri, demokratik
yeniləşmələri öz məqsəd
və məramına uyğunlaşdıran qəzetdir.
"525-ci qəzet"in yolu gələcəyin
kompası rolunu oynayacaq
mətbu orqanı kimi onilliklər, qərinələr
və əsrlərdən boylanacaqdır.
(ardı növbəti
sayımızda)
Nizami Tağısoy
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2017.-5 dekabr.-S.7.