ƏSİR ABİDƏLƏR
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Bu
gün Azərbaycanın işğal altında olan
torpaqları barəsində düşünəndə istər-istəməz
yeraltı və yerüstü sərvətlərimiz, əslində
həm də bizim kimliyimiz yada düşür. Çünki milləti, xalqı, ümumiyyətlə, coğrafi
məkanın sakinini dünyaya tanıdan onun maddi-mənəvi dəyrələridir. Bax, bu mənada
xalqımıza məxsus
olan yeraltı və yerüstü sərvətlər, onların
sırasında isə
insanın zəkasının
məhsulu olan abidələr xüsusi bir yer tutur.
Bu abidələrin sırasında ucaldılmış
qalalar, ayrı-ayrı
daş heykəllər,
məqbərələr, pirlər,
minarələr, eləcə
də körpülər,
qəsrlər və sairə özü-özlüyündə
danışır, təqdim
edir.
Bu gün barəsində
danışmaq istədiyim
abidələr bir zamanlar Dağlıq Qarabağ kimi təqdmi edilən, əslində isə Qarabağın dağlıq
hissəsinə aid bir
əraziyə məxsusdur. Yəni Sovet
dönəminin Hadrud və Martuni rayonlarının ləğvindən
sonra yaradılmış
Xocavənd rayonu ərazisindəki abidələrin
taleyi diqqətçəkəndir.
Bu da öz
növbəsində tariximizin
ən qədim dövrünə gedib çıxan, həmin dövrdən bu günümüzə işıq
salan Azıx mağarası ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, məhz dünyanın
ən qədim insan məskənlərindən
biri olan Azıx mağarası məhz Xocavənd rayonu ərazisində, Azıx kəndinin yaxınlığında yerləşir.
Ümumiyyətlə, bu
rayonun ərazisində
ən qədim insan məskənləri kimi təkcə Azərbaycanın tarixində
yox, həm də dünya tarixində qeyd olunmuş Azıx və Tağlar mağaraları var ki, bunların hər biri ayrı-ayrılıqda
coğrafiyamızın, bütövlükldə
Azərbaycanın qədimliyini,
onun maddi-mənəvi
dəyərlərinin çalarlarını,
özündə ehtiva
edir.
Bu gün işğal
altında olan və ermənilərin də dünyaya hay-küy salmaqla erməni abidəsi kimi təqdim etməyə çalışdıqları
Azıx mağarası
Azərbaycanın tanınmış
arxeoloqu mərhum
professor Məhəmmədəli Hüseynov tərəfindən
1960-cı ildə aşkarlanmış
və dəniz səviyyəsindən 900 metr
hündürlükdə yerləşən
bu mağara tətbiq olunmağa başlamışdır.
Mağara 6 otaqdan ibarətdir. Onun içərisində
aparılmış qazıntılar
sübut edir ki, tariximizin paleolit dövrünə
aid olan bu abidə özündə çox sirlər gizlədir.
O sirlərdən biri də bu ərazidə
insanların məskunlaşması,
oddan, eləcə də digər materiallardan istifadə etmək qabiliyyətlərini
büruzə verir. Çünki mağarada hələ
1968-ci ildə tapılmış
insanın alt çənə
sümüyü sübut
etmişdi ki, bu mağara həm də insanlar üçün bir sığınacaq olub. Onlar burada yaşayıblar.
Mağaranın içərisində ocaq yerləri də dediklərimizə əyani bir sübutdur. Alimlərin
hesablamalarına görə,
tarixin Aşel dövrünə aid olan tapıntıların 400 min il yaşı var.
Və qədimliyinə,
yaşına görə,
mağara dünyada
3-cü ən böyün
tarixi abidədir. Bunun özü
də Azıx mağarasının tariximiz
üçün nə
qədər önəmli
olduğunu aşkar şəkildə büruzə
verir.
Hələ professor Məhəmmədəli Hüseynovun
rəhbərlik etdiyi dövrlərdə Azıx
mağarasında aparılan
qazıntılar və
bu qazıntıları
müşahidə etmiş
bir yerli sakin kimi əminliklə
deyə bilərəm
ki, tapılan hər bir maddi
mədəniyyət nümunəsi
özü-özlüyündə çox mətləbləri
açırdı. Sanki sirlər dünyasına işıq düşürdü.
Xüsusilə mağaradakı 10 mədəni qat sübut edirdi ki, insanlar bu
mağarada uzun zamanlar yaşamışdılar.
Və onların da istifadə etdikləri müəyyən əşyalar,
alətlər Azıx
sakinlərinin ovçuluqla,
balıqçılıqla məşğul olduqlarını
büruzə verirdi.
Bir məqam
da diqqəti çəkir ki, mağaranın içərisndə
aşkarlanmış ocaq
yerində çox böyük miqdarda yandırılmış tonqalların
külü və kömürü qalmışdır. Deməli, bu
mağaraya sığınan
insanlar qaladıqları
ocaqlarla həm isinmiş, həm də burada öz qidalarını, ərzaqlarını hazırlaya
bilmişdilər.
O ki qaldı tapılan
insanın alt çənə
sümüyünün araşdırılmasına
və eləcə də mağaradakı mədəni qatlara, onların əsasında alimlər belə bir qənaətə gəliblər ki, mağara sakinləri, yəni Azıx adamları bir milyon il
bundan öncə Azərbaycan ərazisində
məskunlaşıblar. Bu fakt həm dünyaya,
həm də dünyanın ikili standartlarla yanaşdığı
bizim torpaqlarımızı
işğal etmiş düşmənə sübut
edir ki, Azərbaycan torpağı
neçə-neçə əsrləri
arxada qoymaqla bir şanlı tarixin səhifələrinin
yazılmasına da şərait yaradıb.
Yəni bu ərazilərin sakinləri öz kimliklərini abidələrdə
ifadə etməklə
onu tarixin yaddaşına da hopdurublar.
Azıx mağarası ilə yanaşı, Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində Tağlar mağarası da
1963-cü ildə aşkarlanıbdı. Təbii ki,
Azıx mağarası
ətrafında aparılan
araşdırmalar, tədqiqat
işləri zamanı
ondan çox da uzaqda olmayan
Tağlar mağarasının
da sirri bəlli olubdu. Yəni arxeoloqlar məhz Azıx mağarasında işləyərkən
belə bir sığınacağın, bir
az da
dəqiq ifadə etsək, yaşayış
məskəninin ətrafında
da başqa sığınacaqların olması
ehtimalı ilə ərazini daha geniş şəkildə
öyrənməyə başlayıblar.
Nəticədə də tarixin mustye mədəniyyətinə
aid olan Tağlar mağarası aşkarlanıbdı.
Həmin
mağarada aparılan
qazıntı işləri
zamanı məlum olub ki, burada
7 mindən çox da alət, 2 mindən çox heyvan sümüyü var.
Yəni mağaranı
öyrənən arxeoloqlar
bu tapıntılarla Tağlar mağarasında
6 mədəni qatın
olduğunu üzə
çıxarıblar. Həmin o mədəni
təbəqələr və
xüsusilə ocaq yerləri, heyvan sümükləri, alətlər
göstərir ki, Tağlar mağarası öz sakinləri tərəfindən çox
uzun illər istifadə edilib. Alimlərin gəldiyi son qərar budur ki, Tağlar mağarası təkcə
Azərbaycanda yox, bütün Qafqazda və eləcə də Yaxın Şərqdə yeganə
tarixi abidədir ki, buradan insanlar
çox uzun zaman kəsiyində sığınacaq kimi istifadə ediblər.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2017.-
12 dekabr.- S.7.