ZƏKALAR KƏHKƏŞANINDA
Həsən
Əliyev - 110
(poema)
Azərbaycanda coğrafiya və torpaqşünas elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Xalqımız dekabr ayının 15-də Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli torpaqşünas alim, bacarıqlı elm təşkilatçısı, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar elm xadimi və Dövlət mükafatı laureatı, kənd təsərrüfat elmləri doktoru, professor Həsən Əlirza oğlu Əliyevin 110 illik yubileyini keçirməyə hazırlaşır. Onun əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika və təbii sərvətlərin qorunub daha səmərəli istifadə edilməsi problemlərini, bütünlüklə təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Akademik Həsən Əliyev əkinçilik və təbiəti mühafizə sahəsində son dərəcədə cəfakeş alim idi. Onun elmi və ictimai fəaliyyətinin əsas istiqaməti təbii ehtiyatların tədqiqinə, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılmasına və onların mühafizəsinin təşkilinə yönəldilmişdir.
Azərbaycan torpağının, meşə və suyunun mühafizəsi sahəsində onun xidmətləri misilsizdir.
ƏJDƏR QİYASLI
iqtisadçı-alim, şair
Dünya şöhrətli alim, müdrik el ağsaqqalı, akademik HƏSƏN ƏLİYEVİN anadan olmasının 110 illiyinə ithaf edirəm.
Yaxşılıq etmisən bəsdi deyincə,
Bəhrəsi tükənməz min il yeyincə...
ZƏNGƏZUR elinin COMƏRDLİ kəndi,
Səni xalqımıza bəxş eliyəndi.
Elə
bir kənd ki, axar-baxardı:
Qoynunda min cürə neməti vardı.
Göylərə
baş çəkir uca dağları,
Tükənməz sərvətdi barlı bağları.
Coşğun
bulaqları zümzümə çalır,
Zirvədə
qartalın könlünü alır,
Şəlalə dillənir könül tarında.
Qırçın
dalğalar var ixtiyarında,
Suları
şırhaşır aşıb daşanda,
Həsrətlə
mehriban qucaqlaşanda,
Gözləri
dikilir ucalan dağa,
Aləm heyran olur füsunkarlığa.
Cənnət
guşəsidi dağ yamacları,
Loğman çiçəklərdi onların varı.
Elə
çiçəklər ki, naz ilə baxır,
Gecənin şehindən sırqalar taxır.
Bənövşə
nazlanır qaya dibində,
Qənirsiz gözəldi öz görkəmində.
Harasa, nəyəsə
dikilir gözü;
Vəfalı yarını axtarır özü.
Nə
olsun başında mavi tacı var;
Könül
həmdəminə ehtiyacı var...
Qartal da
zirvədə xəyala dalır,
Səmaya qalxanda bol nəfəs alır.
Naəlac
qalıbdı el niskilində,
Oxuyur
öz qəmli qartal dilində...
Səmadan
baxaraq gözün dikəndə,
Tanrı
da heyrandı belə bir kəndə!..
Orada
keçirdin gənclik çağını,
Sevdin el-obam, öz torpağını.
Qoyun da
otardın, xışla yer əkdin;
Evin qayğısını atanla çəkdin.
Zəhmətlə
yanaşı qoşa böyüdün,
Əsla
unutmadın ata öyüdün...
Meylini
salaraq arana, dağa:
Əzəldən
bağlandın ana torpağa!
Gücünü,
əzmini sən ondan aldın,
İşıqlı zəkanla göyə ucaldın.
Kamalın
bir güclü məşələ döndü,
Elmin
ziyasilə nura büründü!
Əzminlə
gecəni gündüzə qatdın,
Yorulmaq bilmədəıı yazdın, yaratdın.
Güclü
yansın deyə elmin çırağı,
Şam
kimi əridi qəlbinin yağı!
Açıldı
üzünə səhərin danı,
Gəzdin
qarış-qarış AZƏRBAYCANI!
Torpağı,
suları... tədqiq elədin,
Kəndliyə işində uğur dilədin.
Dedin ki:
bağbanı olsun hər bağın,
Qədir-qiymətini bilin torpağın.
Elə
torpağın ki, bağçası, bağı...
Zəngin sərvətidir aranı, dağı.
Meşəsi,
suları, çölü, dənizi...
Bolluq
yaratmağa çağırır bizi!
Belə səxavətdən çox məmnunam mən.
Dünyada
yaranmış on bir iqlimdən,
Doqquzu bəxş
olub bizim diyara;
Şərait
yaradıb sərvətə, vara!
Elə
diyara ki, cənnət məkandı;
Bütün
YER üzünə nəqşi-cahandı!
Yazı
da, qışı da güldü, çiçəkdi,
Hər fəsil burada bir cür qəşəngdi.
Belə
torpaq-iqlim şəraitində,
Əkib-becərənlər
qalmaz çətində!
Çəkilən
zəhməti bol bar gətirər,
İldə
iki dəfə məhsul götürər...
Bunları
dedikcə coşurdu qanı,
Dönüb pərvanəyə yanırdı canı.
Canını
torpağa etmişdi fəda,
Bu
sözü deyirdi harda olsa da:
Hər
şey çox asandı insan əlində,
Xeyirxah olanda öz əməyində.
Babalar
xış ilə torpaq əkirdi,
Toxumu əl
ilə şuma səpirdi...
Suvarma
suyundan korluq çəksə də,
Vəfalı olardı verdiyi vədə.
Ulu
Tanrımızdan yağış dilərdi,
Ümidi gözündə onda gülərdi.
Kəndlinin
zəhməti bəhrə verəndə,
Zəmidə
bol olan məhsul görəndə,
Deyərdi:
hədərə getmədi oxum,
On çuvala döndü bir çuval toxum.
Qəlbində
arzusu, çox idi dərdi,
Həmişə
inamla belə deyərdi:
Torpaq
anamızdı, biz də övladı;
Anadan ucadı müqəddəs adı.
Yer
üzündə budur ən böyük dilək:
Anamız süd verir, torpaq da çörək.
Torpaqdan
yaranır südü ananın,
Qeyrəti güclüdür bunu qananın.
Uşaq
anasının südün əməndə,
Olur torpağına yanımlı bəndə.
Torpaqdı
ölkənin, xalqın varlığı;
Gərək
çox yüksəldək məhsuldarlığı!
Hər
qarış torpağın artanda barı,
Dönər
xəzinəyə elin anbarı!
Olmasın
nə kasıb, nə də acımız;
Mükəmməl
ödənsin ehtiyacımız!
Belə
bir torpağı olan ölkədə,
Yoxsulluq görünməz inan, heç vədə.
Bu
torpağın altı, üstü də ləldi,
Onun
xiridarı düzgün əməldi!
Öz
halal sahibi gərəkdir onun,
Əyninə geydirə qızıldan donun.
Anatək
eşidib övlad səsini,
Torpaq da
gen aça xəzinəsini!
Kim duya
bilirsə torpaq ətrini,
Köksündə
bəsləyər onun xətrini!
Kimsə
unutmasın bunları gərək,
Anamız
süd verir, torpaqsa çörək...
Bax belə
yanırdın müdrik yaşında,
Qədrini
bilirdin adi daşın da!
Keşiyin
çəkirdin, - olsa da çətin,
Torpağın, havanın... ətraf mühitin.
Qıymazdın
ağacda bir budaq sına,
Çalışdın
varlığın yaşamasına!
Deyərdin
hər şeydən insan halıdır,
Yaranan
yaranıb... yaşamalıdır!
Bir
ağac, bir çiçək, bir gül solanda,
Könlünü qəm-qüssə alardı onda.
Təkcə
təbiətə sən baş əyərdin,
Torpağın dərdini tez dinləyərdin.
Başından
aşsa da min cürə dərdin,
Loğmantək
torpağa əlac edərdin!
Üzündən,
gözündən nur yağa-yağa,
Qoymazdın onları şoranlaşmağa.
Lənət
yağdırardın vermədən ara,
Ana təbiəti
dağıdanlara!
Deyərdin:
ülvidir əzəldən bəri,
Qoruyub
saxlamaq gözəllikləri!
Gözəllik
gələndə gözəllik üstə,
Deyərdin sən məndən gözəllik istə.
Görəydin
gözəllik necə yaranır,
Zəmidə sünbüllər tel-tel daranır.
Torpağa
əyəndə bar budağını,
Yandırır bağbanın nur
çırağını.
Bağırı
yananda xallı lalənin,
Qovuşur səsinə gur şəlalənin.
Nəfəs
sərinliyi alsa da ondan,
Dincəlir
bir yandan, yanır bir yandan...
Bülbül
cəhcəh vurur gül açılanda,
Qönçənin
ətiri tər saçılanda...
Deyərdi:
az deyil canımda heyim,
Nə qədər
istəsən gözəllik deyim:
Dağların
döşündə turac süzəndə,
Durnalar səmada
qatar düzəndə,
Qayada kəkliklər
qaqqıldaşanda,
Qaya da səsini əks edir onda.
Mamır
da bir cürə ətir saçanda,
Meşənin
səfası ürək açanda,
İlahi
gözəllik yaranır onda,
Sanırsan behiştdir bizim cahanda.
Bəli,
görürsən nə gözəl gündür,
Bütün
gözəlliklər insan üçündür...
Bunları
dedikcə qəm də yeyirdi,
Qəlbən
yana-yana belə deyirdi:
Ovçu
ovlamasın yazıq ceyranı,
Qəm-qüssə
görməsin ömrün bir anı!
Turacın,
kəkliyin susmasın səsi,
Əsla təngiməsın
həyat nəfəsi!
Amandı!
Qoymayın namərd əlilə,
Fitnəsi,
fəsadı, bəd əməlilə,
Meşələr
qırıla, çiçəklər sola;
Mamır
saçlarmı qayalar yola!
Deyərdin:
adam da nankor olarmı?!
Doğma anasından qarğış alarmı?!
Ana
torpağına qənim çıxana,
Südünü
də halal eyləməz ana!
***
Gəzsən
də dünyanı... aranı, dağı,
Hamıdan bəhrəli öz bağımızdır.
Ən
isti, mehriban ana qucağı,
Analar anası torpağımızdır.
***
Düşünən
beynimız, görən gözümüz,
Məclislər
bəzəyi şirin sözümüz,
Vətənin
baharı - gülən üzümüz,
Analar anası torpağımızdır.
***
Bax belə
hünərli bir oğul kimi,
Sızladı qəlbinin yanıqlı simi.
Əsla dəyişmədən
qətiyyətini,
Yazdın
"AZƏRBAYCAN TƏBİƏTİ"ni!
Sanki
göndərmişdi TANRIMIZ səni,
Müqəddəs
torpağa keşik çəkəni!
Dözməyib
həyəcan təbili çaldın,
Eşidən olmadı... sən tənha qaldın.
Bu oldu ən
zəngin sərvətin, varın;
Çox
dəyərli elmi axtarışların...
Yaratmaq
eşqilə oda yanırdın,
Yenə də
özünü borclu sanırdın!
Coşub
çağlayırdı qəlbinin simi,
Sahilə
çırpınan dalğalar kimi!
***
Qəlbində
dinərdi kamanın, tarın;
Nəcib naxışıydın ən yaxşıların.
Yaxşını
yamandan seçib arardın;
Hikmətli
sözlərə bal hopdurardın,
Şirin
söhbətinin dadı-tamını;
Sən
valeh edərdin işdə hamını...
İndi qəlbimizdə
iz salıb dərin,
Bizə
söylədiyin xatirələrin!
Kamına
yetişən əhdin, ilqarın...
Zəngin xəzinəydi yaxşılıqların.
Özün
çox görmüşdün ağrı-acını,
Duyurdun ellərin ehtiyacını.
Görəndə
birisi çəkir qüssə-qəm,
Könlünə ən yaxın olurdun həmdəm.
Haqsızlıq
görəndə qəmə dolurdun,
Əzilən kəslərə arxa olurdun.
Haqqa dayaq
edib düz əməlini,
Uzatdın
haqlıya kömək əlini...
Əsiri deyildin qızılın, zərin.
Qeydinə
qalardın köməksizlərin,
Amalın,
məsləkin səxavət oldu,
Səninlə birlikdə o da doğuldu.
Meylini həmişə
sən ona saldın,
Bir
verdin... TANRIDAN on əvəz aldın!
Bir kimsə
çətinə, dara düşəndə,
Öz ümid yerini görürdü səndə.
Kasıbı,
yoxsulu sevindirirdin,
Könlünü alırdın, xoş dindirirdin.
Duyanda
kimsədə ağrı-acını,
Dərhal ödəyirdin ehtiyacını.
Soruşub
halını rəngi solanın,
Qeydinə qalardın xəstə olanın.
Özünü
yetirib dada çatardın,
Əlsiz-ayaqsıza sən əl tutardın.
Kömək
istəyənə sən "yox" deməzdin,
Varını,
canını əsirgəməzdin!
Ömrünü yaxşılıq etməkdə
gördün.
Min cürə yaxşılıq çələngi
hördün.
Ülvilik
var idi məhəbbətində,
HATƏMƏ çatmışdın səxavətində.
SƏXAVƏT...
hər kəsə bu qismət olmur,
Olsa da... sənintək oğul doğulmur.
Şan-şöhrət
qazandın gözəl ömründə,
Müqəddəs övladsan TANRI önündə.
Şad
etdin nə qədər kasıbı, acı...
Başına
qoyduğun səxavət tacı,
Qoymazdı
dərd çəkə kimsə acından,
Daha qiymətliydi
şahın tacından!
Zərrəcə
yox idi qəlbinin kini,
Sən haqda görürdün imanı, dini.
Səylə
çalışırdın sən yana-yana,
Daxili aləmin
saflaşmasına!
Qənirsiz
sevirdin şeri, sənəti,
Həyatın
naxışı - incə xilqəti...
Həyat
məktəbiydi sənin varlığın,
Alim
müdrikliyin, işgüzarlığın!
İşində
göstərdin sədaqətini,
Vətənə hüdudsuz məhəbbətini.
Qəlbin
istəyilə bölünmüşdü tən,
Bir
gözün XALQ idi, bir gözün VƏTƏN!
Xalqa xidmət
oldu məsləkin, andın;
Şöhrəti, şərəfi özün
qazandın.
İnamla
gedərək çətin bir yolu,
Xəzinə
yaratdın gövhərlə dolu!
Yaratmaq əzmini
torpaqdan aldın;
Taleyin yar oldu... sənsə ucaldın.
Dünyanın
ən uca məğrur dağına,
COMOLONQMA kimi göyün tağına...
Sənintək alimə min dəfə əhsən,
Hər yerdə, hər zaman ürəklərdəsən!
Bu gün
də köklənən elin tarısan,
Sən
ana yurdumun iftixarısan!
Sənin
də ulduzun hər bir anında,
PARLAYIR
ZƏKALAR KƏHKƏŞANINDA!
Ədalət 2017.- 12 dekabr. - S.5.